Amerikadakı azərbaycanlı dahi

 

Yaxud professor Lütfi Zadənin qeyri-səlis portreti

 

Çağdaş elm dünyasında ətrafında qızğın söhbətlər mübahisələr gedən ünlü bir alim var. O, dünya elm aləminə Lütfi Zadə adı ilə daxil olan Lütfi Rəhim oğlu Ələskərzadədir. Lütfi Zadə bizim müasirimiz soydaşımızdır. O, 1921-ci il fevral ayının 4-də Bakıda dünyaya göz açmış, ibtidai təhsilini 16 saylı məktəbdə almışdır. Lütfi Zadələr ailəsi ötən əsrin 30-cu illərində Bakıdan İranın Tehran şəhərinə köçmək məcburiyyətində qalmışdır.

 

Lütfi Zadə Tehranda ingilis təmayüllüAlbrozadlı peresvitran missioner kollecində təhsilini davam etdirmişdir. Sonra o, Tehran Universitetinin mühəndis-elektrik fakültəsinə daxil olmuşdur.

Lütfi Zadə 1942-ci ildə həmin universiteti uğurla başa vurub, Amerika Birləşmiş Ştatlarına getmişdir. O, 1944-cü ildən ABŞ-da yaşayır. 1946-cı ildə Masaquset Texnologiya İnstitutunu bitirmişdir. 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetində doktorluq dissertasiyası müdafiə edib professor elmi dərəcəsi almışdır. Bir müddət bu universitetdə çalışdıqdan sonra dünya şöhrətli alim Norbert Viperin təşəbbüs təkidi ilə o, Berklidəki Kaliforniya Universitetinə getmişdir. Elə həmin vaxtdan professor Lütfi Zadə burada çalışır.

Harada işləməsindən asılı olmayaraq, professor Lütfi Zadədə elmi araşdırmaya, yenilik yaratmağa güclü meyil maraq olmuşdur. Kaliforniya Universitetində işlədiyi dövrlərdə bu işə daha geniş imkan yaranmışdır. Ardıcıl elmi araşdırmalar nəticəsində 1965-ci ildə onunQeyri-səlis məntiq nəzəriyyəsimeydana gəlmişdir.

Misilsiz elmi əhəmiyyətə malik olan bu nəzəriyyəni elə ilk andan Amerika elmi ictimaiyyəti soyuq qarşılamış az, çox, düz 20 il bu münasibət beləcə davam etmişdir. Ayrı-ayrı dönəmlərdə Lütfi Zadənin özünə, həm yeni elmi kəşfinə hücumlar olmuşdur. Hətta çox sonralar bu nadir kəşfin praktik nəticələri Yaponiyada böyük əks-sədaya səbəb olanda belə Amerika elmi ictimaiyyəti professor Lütfi Zadənin yaxasından əl çəkməmiş, onun yeni istiqamətiniyalançı”, “zərərli” elm adlandırmışlar. Çox da uzaq olmayan bir zaman kəsiyində — 1989-cu ildə ABŞ-ın Milli Elmi Cəmiyyəti qəflətən Berklidəki Kaliforniya Universitetinin professoru Lütfi Zadənin qeyri-səlis məntiqə aid dərsliklərinin elmi kitabxanalardan yığışdırılması, müsadirə edilməsi, “yalançı elm” olduğu üçün dərslik proqramlarından çıxarılması məsələsini ortaya atmışdır. Amma çox təəssüf ki, Amerika Milli Elmi Cəmiyyətinin butəmizləməəməliyyatı bir nəticə verməmişdir. Çünki artıq professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi praktik bəhrəsini göstərməyə başlamışdı.

Bu nəzəriyyə ilkin olaraq dünya informasiya texnologiyalarında çox ciddi dəyişikliklərə səbəb olmuş, diqqətçəkən irəliləyişlər yaratmışdır. Həmin səbəbdən başabəla Amerika elm məmurları bu yeni riyazi fənnin onun tətbiqinin inkişafını dayandıra bilmədilər. Professor Lütfi Zadənin bu elmi nəzəriyyəsikəşfi ilk dəfə çox şeyi özünə yaxın buraxmayan Gündoğar ölkə adlandırdığımız Yaponiyanın nəhəng sənaye elektron şirkətlərində öz tətbiqini tapdı.

Onu deyək ki, professor Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsini ortaya qoymaqla həm dünya şöhrəti qazandı həm yeni riyaziyyatın əsasını qoydu. Bununla da həm dəqiq, həm ictimai elmlərin inkişafında dərin iz buraxdı, yeni yanaşma üsulları yaratdı. Lütfi Zadə qeyri-səlis məntiqlə bu nəzəriyyənin kökündə duran modeli əsaslı surətdə həyata yaxınlaşdırdı, reallığa körpü saldı. Hazırda sənayenin çox sahələri qeyri-səlis məntiq üzərində qurulub. Müasir kompüter, paltaryuyan maşın, fotoaparat s. qeyri-səlis məntiq nəzəriyyəsi əsasında hazırlanır gəlirlər milyardlarla ölçülür.

Bir ömürdə 6-7 elmi nəzəriyyə irəli sürən dünya elmində çevriliş yaradan professor Lütfi Zadə XX XXI əsrin ən böyük elm nəhəngidir. Müqayisə həmişə xətalıdır, ancaq daha anlaşıqlıdır. Fikir verin, Albert Eynşteyn fizikada inqilab etdi özünə kimi Nyuton mexanikasının hər şeyə qadir olduğu fikrini aradan qaldırdı. Nəticədə, bu ya digər elmi nəzəriyyələrin ideyaların işləmə sərhədləri müəyyən edildi. Aydın oldu ki, bu sərhədə kimi Nyuton mexanikası - yəni klassik mexanika işləyir, bundan sonra isə yüksək sürətlər mexanikası, Eynşteyn nəzəriyyəsi gəlir.

Dünya elm tarixindən yaxşı bəllidir ki, Lütfi Zadə 1965-ci ildə qeyri-səlis məntiq nəzəriyyəsini təklif etməklə Aristotelin bikar məntiqinin çərçivəsini yaxşı mənada dağıtdı, genişləndirdi. Riyaziyyatı ikiləşdirdi. Bu gün dünya universitetlərində iki riyaziyyat oxunur: klassik riyaziyyat, Zadə riyaziyyatı. Artıq bu, həqiqətdir: riyaziyyat dəyişəndə elmin dilləri onlara yanaşmalar da başqalaşır. Lütfi Zadə gözümüz qarşısında fizikanı, kimyanı, təbiət elmlərinin əksəriyyətini dəyişdi bu fərqlər onların sərhədlərini genişləndirdi.

94 yaşlı soydaşımız Lütfi Zadə indi bir addım da irəli getməyi təklif edir: ikiqat qeyri-müəyyənlik. Yəni ehtimalla qeyri-səlisliyi birləşdirmək, ikiqat qeyri-müəyyənliyi nəzərə almaq reallığa bir addım da yaxınlaşmaq. Xatırladaq ki, bu elmi ideya, istiqamət ətrafında bir vaxtlar Albert Eynşteyn baş sındırmışdı. Hətta ölümündən bir neçə saat əvvəlimkanlar nəzəriyyəsiifadəsini işlətmişdi. Bu, elə qeyri-səlis məntiqdir ki, indi onun bazasında Lütfi Zadənin təklif etdiyi ikiqat qeyri-müəyyənlik bərqərar olur.

Xatırladaq ki, Lütfi Zadənin elmi kəşfləri, ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, həyatını yaxşılaşdırmağa xidmət edir. Elə bunun nəticəsidir ki, indi dünyanın aparıcı şirkət firmaları Lütfi Zadə nəzəriyyələrinə, onun elmi ideyalarına dayaqlanırlar. Hamımızın yaxşı tanıdığı  “Hitachi”, “Matsushita”, “Mitsubishi”, “Sharp”, “Nissan”, “Canon”, “Fuji”, “Electric”, “Toshiba”, “Omron”, “Sanyo”, “Sony Trinitron”, “Daewoo”, “Samsung”, “Nec”, “Honda”, eləcə Amerikanın kosmik uçuşlar sənayesində, “General Motors”, “General Electric”, “Motorola”, “DuPont”, “Kodak” kimi dünya şirkətləri bu dahi alimin elmi nəzəriyyələrindən bəhrələnərək, sıçrayışla inkişaf edir böyük iqtisadi səmərəyə nail olurlar.

Həmyerlimiz Lütfi Zadə yaşının kifayət qədər yaşlı çağında da məhsuldar işləyir. O, NASA-nın NATO-nun aparıcı mütəxəssisidir. Həmişə olduğu kimi, yenə tez-tez dünyanın müxtəlif ölkələrində qeyri-səlis məntiq nəzəriyyəsi ilə əlaqədar keçirilən beynəlxalq konfranslara qatılır, elmi məclislərə sədrlik edib dünya alimlərini yeni istiqamətlərə yönəldir. Bununla paralel, yaşadığı Berkli şəhərində öz adına olan “Institute Zadeh-ZİFT” informasiya texnologiyaları institutuna direktorluq edir. Professor Lütfi Zadə ünlü alman alimi Maks Plankdan sonra dünyada yeganə alimdir ki, hələ sağlığında həm özünün, həm nəzəriyyəsinin adını daşıyan elmi mərkəz var.

Təltiflərə o qədər meyilli olmayan dahi alimin aldığı mükafatlar da yetərincədir. O, ayrı-ayrı vaxtlarda Yaponiyanın elmə ayırdığı ən nüfuzlu “Honda” Okavamükafatlarını almışdır. Bir vaxtlar idarəetmə sahəsinə əvəzsiz elmi töhfələr bəxş etmiş nüfuzlu beynəlxalq qurumların fəxri qızıl medallarına layiq görülmüş dörd nəfərinHarri Nuquist, Riçard Belman, Rudolf Kaxman Karl Astromun sırasına Zadə daxil edilmişdir. O, həm bir sıra beynəlxalq elmi qurumların üzvü fəxri üzvüdür. ZadəQriqor Moisil”, “Rudolf Oldenburger”, “Riçard V. Hamming”, “Kempe de Feriye onlarca başqa qızıl medal platin fəxri nişanlara da layiq görülmüşdür. Soydaşımız ABŞ Milli Mühəndislik Akademiyasına, Rusiya Təbiət Elmləri Akademiyasına üzv, Azərbaycan Milli Elmlər Akademiyasına fəxri akademik seçilmişdir.

Soruşula bilər: dahi alimi bu nəhəng işləri görməyə sövq edən nədir? Cavab birmənalıdır: gördüyü işə sonsuz sevgisi, nəzəriyyə kəşflərinin praktik nəticələrini görmək arzusu bir qoynunda dünyaya göz açdığı Vətəni Azərbaycanı dahiliyi timsalında dünyaya tanıtmaq iddiası!..

 

Möhbəddin SƏMƏD,

yazıçı-jurnalist

 

Xalq qəzeti.- 2015.- 1 yanvar.- S.6.