Gənclər siyasəti Azərbaycan dövlətinin

fəaliyyətində prioritet istiqamətlərdəndir

 

Müstəqil Azərbaycan dövlətinin son on ildə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qazandığı  çoxsaylı uğurların  sırasında gənclər siyasətinin formalaşdırılması da vardır. Bu siyasət nəticəsində Azərbaycan gəncləri dövlətin və hökumətin ən ali qurumlarında təmsil olunur, idarəetmənin bütün mərhələlərində nəyə qadir olduqlarını nümayiş etdirə bilirlər. Həm ulu öndər Heydər Əliyevin, həm də möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqəti nəticəsində Dövlət gənclər siyasətini həyata keçirmək üçün  ölkəmizdə əlverişli sosial-iqtisadi və ictimai-siyasi şərait yaradılmışdır.  Aparılan  hərtərəfli və ardıcıl islahatlar  nəticəsində iqtisadiyyatımız sürətli inkişaf yoluna qədəm qoymuş, əhalinin bütün təbəqələri, o cümlədən gənclər arasında yoxsulluğunişsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  oktyabr ayında Bakıda keçirilən Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun iştirakçılarına göndərdiyi məktubda qeyd edilirdi ki,  gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən fond yaradılmışdır.

Təbii ki, təkcə Azərbaycanda deyil, eləcə də bütün dünyada gənclərlə bağlı məsələlərdən söz açılarkən ilk növbədə əhalinin bu zümrəsinin təhsili yada düşür. Əslində, bunu zaman tələb edir və təsadüfi deyil ki, Prezident İlham Əliyev hələ 2009-cu il sentyabrın 15-də Bakı Dövlət Universitetində çıxış edərkən demişdi ki, biz ölkənin təbii sərvətlərindən qazandığımız neft kapitalını insan kapitalına çevirməliyik.  Yəni, Azərbaycanın gələcəyini təmin edəcək gənclər ordusu formalaşdırmalıyıq.

Dövlət başçımız yuxarıda adını çəkdiyimiz forumun rəsmi açılış mərasimindəki çıxışında da gənclik və təhsil məsələlərinin bir-birindən ayrılmaz olduğunu vurğulamışdır:  Bizim üçün mühüm prioritetlərdən biri də təhsildir. Fərəhlənirik ki, Azərbaycanda savadlılıq səviyyəsi, demək olar ki, yüz faiz təmin edilib. Gənclər siyasətinə gəldikdə, həmçinin olduqca mükəmməl qanunvericilik bazası mövcuddur. Gənclər siyasəti ilə bağlı qanun var. Azərbaycanda gənclərlə bağlı iki Dövlət Proqramı qəbul edilibuğurla həyata keçirilib. Bu yaxınlarda biz Gənclər Fondunu yaratmışıq. Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətə təqdim etməyə şərait yaradır. Onlar mədəniyyət, təhsil və sosial sahələrə, eləcə də siyasi islahatlara aid olan layihələr üzərində işləyirlər. Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətə təqdim etməyə və beləliklə, ölkəmizin inkişafına töhfə verməyə yardım edir”.

Dövlət başçımız dəfələrlə öz çıxışlarında  əmin olduğunu bildirib  ki, yalnız təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına kömək edə bilərlər. Əgər dünyada inkişaf etmiş ölkələrin keçdiyi yola və əldə etdiyi nailiyyətlərə nəzər yetirsək, görərik ki, uğurlu inkişafın əsas vasitələri enerji sərvətləri, mineral ehtiyatlar, neftqaz yox, məhz təhsil, elmtexnoloji yeniliklərdir. Yalnız təhsil, biliktexnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir. Bütövlükdə, bəşəriyyət innovasiyalardan, müasir texnologiyalardan faydalanır. Buna görə də təhsil Azərbaycanda prioritetlərdən biridir.

Bu zaman bir məsələni xüsusilə vurğulamaq lazımdır. Heç kəsin yadından çıxmayıb ki, ulu öndər Heydər Əliyev ölkəyə birinci dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə azərbaycanlı gənclərin SSRİ-nin və digər dövlətlərin ən nüfuzlu ali məktəblərində təhsil alması məsələsini daim diqqət mərkəzində saxlamış və böyük uğurlara imza atmışdı. Bu məsələ Prezident İlham Əliyevin də diqqət mərkəzindədir: “Hesab edirik ki, beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edərək biz daha böyük nailiyyətlər qazana bilərik. Bu səbəbdən uzun illər ərzində hökumətimiz gənc nəsillərimiz üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Bu il təqribən 40 milyon avroya yaxın vəsait gənclərimizin xaricdə təhsili üçün sərf edilib. Eyni zamanda, biz Azərbaycanda təhsilin səviyyəsini artırmaq üçün bu sahəyə böyük sərmayələr yatırırıq və universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları arasında beynəlxalq əlaqələri daha da artırmağa çalışırıq”.

Məlum olduğu kimi,  dövlətin gənclər siyasətinin  prioritet istiqamətlərindən  biri də idmandır.  Azərbaycan gənclərinin bu sahədə möhtəşəm nailiyyətləri vardır.  İdmançılarımız  beynəlxalq yarışlarda, dünyaAvropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında  xalqımızı və dövlətimizi layiqincə təmsil edir, bayrağımızı ucaldırlar.  Dövlət başçısı gənclərin həmin uğurlarını həmişə olduğu kimi beynəlxalq gənclər forumunda da fəxrlə  və məmnunluqla dilə gətirdi. Hamı açıq-aydın gördü ki, Prezident İlham Əliyev Azərbaycan gənclərinin idman uğurları ilə fəxr edir: “Sonuncu Olimpiya Oyunları bizim üçün tarixi əhəmiyyətə malikdir. Çünki 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan əvvəlki illərlə müqayisədə ən yüksək nəticəni əldə etdi. Azərbaycan, demək olar ki, 200 ölkə arasında 30-cu oldu. Gənclər arasında Olimpiya Oyunları da Azərbaycan üçün əlamətdar oldu. Yığmamız təxminən 200 ölkə arasında 10-cu oldu. Bu, onu göstərir ki, Olimpiya hərəkatının inkişafı, müasir idman qurğularının yaradılması siyasəti nəticə verir. Eyni zamanda, idman cəmiyyətimizin həyatının ayrılmaz hissəsinə çevrilib. Gənc nəslin idman fəaliyyətinə qoşulması və həvəsləndirilməsi məqsədini daşıyan Dövlət proqramları nəinki ölkənin beynəlxalq yarışlarda nüfuzu, o cümlədən gənclərə uğurlu yolun göstərilməsi baxımından vacibdir”.

 Xatırladaq ki, Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Bu  siyasətin həyata keçirilməsi  üçün əsas cavabdeh dövlət qurumu isə  Gənclər və İdman Nazirliyidir. Gənclər siyasətinin əsas istiqamətləri  kimi gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə, gənclər təşkilatlarına dövlət yardımı sahələri qəbul edilmişdir. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən imzalanmış 2005-2009-cu illər üçün “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın icrası, eləcə də, keçirilən gənclər forumları ölkədəki gənclər təşkilatlarının sürətli inkişafını təmin etmişdir.

Yeri gəlmişkən, hazırda ölkədə 250-dən çox  gənclər təşkilatı fəaliyyət göstərir. 10 il  əvvəl isə onların sayı cəmi 51 idi.  Yəni son on ildə ölkədəki gənclər təşkilatlarının sayı beş dəfə artmış, Gənclər və İdman Nazirliyi tərəfindən bu dövrdə 550  layihə dəstəklənmiş və həmin layihələrin  icrası məqsədilə  dövlət büdcəsindən 13 milyon manatdan çox vəsait ayrılmışdır.  Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Gənclər Fondunun yaradılması ilə gənclər təşkilatlarının xarici donorlardan asılılığına, demək olar ki, son qoyulmuşonlar üçün yeni imkanlar yaradılmışdır.

Xatırladaq ki, ölkədə həyata keçirilən uğurlu Dövlət gənclər siyasətinin nəticəsi olaraq Bakıda Gənclər Siyasəti üzrə Birinci Beynəlxalq Forumun keçirilməsindən başqa daha bir uğurumuz da vardır. Belə ki,  Gəncə şəhəri 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilmişdir.  Bundan başqa, məlum olduğu kimi, hər üç ildən bir keçirilən Ümumdünya Skaut Konfransı və Ümumdünya Skaut Gənclər Forumu  quruma  üzv olan təşkilatlar üçün ən vacib tədbirlərdən biridir. 1999-cu ildə Ümumdünya Skaut Konfransı və Ümumdünya Skaut Gənclər Forumu müvafiq ardıcıllıqla Cənubi Afrikada, Yunanıstanda, Tunisdə, Cənubi Koreyada, Braziliyada keçirilmişdir. 2014-cü ildə isə qeyd olunan konfransforuma ev sahibliyi etmək  Sloveniyanın bəxtinə düşmüşdür.  Ötən ilin fevralında  Dünya Skaut Bürosu 2017-ci ildə keçirilməli olan 41-ci Ümumdünya Skaut Konfransına və 13-cü Ümumdünya Skaut Gənclər Forumuna ev sahibliyi etmək üçün Milli Skaut Təşkilatlarının ərizələrini qəbul etmişdir. Azərbaycan Skautlar Assosiasiyasi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə öz namizədliyini irəli sürmüşdür. Hazırda Azərbaycan Skautlar Assosiasiyası 2017-ci ildə 41-ci Skaut Konfransının və 13-cü Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsi iddiasını davam etdirir.

Dövlət gənclər siyasətini icra etməli olan qurumların qarşısında duran vəzifələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev belə göstərmişdir: “Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edirlər. Bu, çox təqdirəlayiq bir haldır. Mən hesab edirəm ki, gənclər irəliyə doğru daha da inamla getməlidirlər, müvafiq dövlət, hökumət orqanlarında gənclərə böyük yer ayrılmalıdır, onlara inam olmalıdır. Çünki bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir”.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2015.- 7 yanvar.- S.5.