Dövlət
Proqramı milli kino
sənətimizin inkişafına güclü
stimul verib
Azərbaycan kinosu yeni inkişaf mərhələsinə
qədəm qoyub.
Yaradılan filmlərimizin beynəlxalq kinofestivallarda yüksək mükafatlara layiq görülməsi onu
deməyə əsas verir ki, bu sahədə həyata keçirilən islahatlar
öz nəticəsini verməkdədir. Son illər yeni istehsal
olunan filmlərin
sayı, gənc kadrların kinoya cəlb
olunmasına diqqət artıb, kino
istehsalının maddi-texniki bazası
möhkəmləndirilib, xarici əməkdaşlıq genişləndirilib. Ən
başlıcası budur ki, kinonun
inkişafına dövlət
qayğısı ilbəil
artmaqda davam edir. Prezident İlham Əliyevin sərəncamı ilə 4 avqust 2008-ci ildə təsdiq olunmuş
“Azərbaycan kinosunun 2008- 2018-ci illər üzrə Dövlət
Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində kinomuzda dinamik inkişaf müşahidə
olunmağa başlanmışdır.
Qəbul
olunmuş dövlət proqramının əsas
məqsədi milli kino
ənənələrinin bərpa edilməsi, ölkədə
kino istehsalının dirçəldilməsi,
filmlərin müasir texnologiyalar
əsasında qorunub
saxlanılmasının təmin olunması, beynəlxalq mədəni
əlaqələrin genişləndirilməsi və sahə üzrə lazımi
islahatların aparılmasından ibarətdir. Dövlət
proqramı milli
kinonun inkişafı ilə
bağlı on
il ərzində
görüləcək işlərin dəqiq hədəflərini müəyyənləşdirmişdir.
Burada kino sənayesinin
müasirləşdirilməsi,
filmlərin prokatı üçün yeni
imkanların yaradılması, film nümayişi
problemlərinin həlli, kino istehsalının
bütün proseslərinə yeni metodların tətbiqi və s. məsələlərə xüsusi yer verilmişdi.
Məsələ bundadır
ki, Sovetlər Birliyi dağılandan sonra Azərbaycan kinosu ciddi böhran keçirirdi. Dövlət kinoya vəsait ayrılmasını dayandırmış, ölkə yoxsulluq həddinə çatmış, prokat sistemi fəaliyyətini
dayandırmış, bir sözlə, milli kino sənəti acınacaqlı vəziyyətə
düşmüşdü. Yalnız ulu
öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra milli kino sənətinin dirçəldilməsi
ilə bağlı tədbirlər görülməyə
başlandı. Dövlət Film Fondu
yaradıldı, dövlət sifarişi ilə filmlər istehsal
olunmağa başlandı. Artıq kinonu tərk edən mütəxəssislər
yenidən bu sənətə
qayıtmağa başladılar.
Bu illərdə istehsal olunan qiymətli filmlər arasında ulu öndərin həyat
və fəaliyyətindən bəhs edən silsilə
filmləri diqqəti cəlb edir. Rejissor Vaqif Mustafayevin
çəkdiyi “Həqiqət anı” filmi
tamaşaçıların böyük marağına səbəb olmuşdur. Bundan başqa, V.Mustafayev Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 12 seriyalı “Heydər Əliyev” filmini çəkib. Bunlardan “General”, “Birinci”, “Moskva. Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”,
“Professional”, “Patriot”, “Əsl məhəbbət haqqında” filmləri böyük uğur qazanıb. Sonuncu film
Moskvada keçirilən
4-cü Avrasiya teleforumunda
əsas mükafata və xüsusi mükafata layiq görülüb. “Bir həsədin tarixi” filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli
filmlər festivalında
əsas mükafatlardan
birini, Moskvada keçirilən 5-ci Avrasiya
teleforumunda “Qran-Pri” mükafatına layiq görülüb. Bu filmlər müxtəlif ölkələrdə böyük
uğurla nümayiş
etdirilib.
Bakıda
məşhur dünya
neft şirkətləri
ilə bağlanmış
saziş Vaqif Mustafayein “Əsrin sazişi” filmində öz əksini tapmışdır.
Azərbaycanın kino
sənətini davam etdirən müasir rejissorlardan Eldar Quliyevin, Oktay Mirqasımovun, Fikrət Əliyevin, Yavər Rzayevin, Xamiz Muradovun, Şamil Əliyevin filmləri mövzu baxımından maraqlıdırlar.
Dövlət proqramı qəbul olunandan sonra ssenarilər ücün müsabiqələr elan olundu, Bakının “Nizami” kinoteatrı əsaslı təmir edilərək Nizami Kino Mərkəzi kimi yenidən fəaliyyətə
başladı,
Dövlət Film Fondu
üçün
“Azərbaycanfilm” kinostudiyasının ərazisində
yeni, müasir tipli bina inşa edildi, kinostudiyanın fəaliyyəti genişləndirildi və s.
Hələ
2006-cı ildən etibarən dövlət büdcəsindən kino üçün
vəsait ayrılmağa başlanmışdı. Bu vəsait ildən-ilə artırılırdı. Kino sənayesinin düzgün
qurulması üçün bir söra tədbirlər həyata keçirildi.
Bu proqramda gənclərin
kinoya cəlb olunması, kinofestivalların keçirilməsi,
xarici
ölkələrlə müştərək filmlərin
çəkilməsi, kinoteatrların təmir olunması kimi mühüm məqamlar
yer alıb.
Keçirilən müsabiqələrdə gənclərə xüsusi diqqət ayrılıb. “Azərbaycanfilm”
kinostudiyasının əsaslı
təmiri bu
gün
gündəmdə duran məsələlərdəndir. Azərbaycan
kinematoqrafçılarının yaradıcılıq təşkilatı olan
Kinematoqrafçılar İttifaqı da yeniləşdirildi. Yeni təsis olunan
Kinematoqrafçılar İttifaqı bu gün fəaliyyətini
uğurla davam etdirir. İndi dünyanın ən nüfuzlu
kinoməktəblərində təhsil almaq,
ən nüfuzlu festivallara
qatılmaq yüksək büdcəyə malik
film istehsal etmək
artıq xəyal deyil, reallıqdır. Hazırda il ərzində
büdcəsi milyonlarla ölçülən
6-8 tammetrajlı bədii film çəkilir.
Həmçinin, sənədli və animasiya
filmləri diqqətdən kənarda qalmır.
Son illər Azərbaycanda istehsal
olunan filmlər
janr və mövzu
müxtəlifliyi ilə diqqəti
cəlb edir. Qarabağ
mövzusunda olan filmlərə xüsusi
diqqət yetirilir. Son illərin
istehsalı olan
“Cavad xan”, “Hökmdarın taleyı”,
“Dərvişin qeydləri”,
“Qisas almadan ölmə”
kimi filmlər milli kinomuzun dəyərli
nümunələridir.
Birgə çəkilişlər
ölkəmizin beynəlxalq kino əməkdaşlığının genişlənməsinin göstəricisidir. “Mahmud və Məryəm” filmi Türkiyə , “Qorxma,
mən səninləyəm! 1919"
filmi isə
Rusiya
kinematoqrafçıları ilə bigə əməkdaşlıq nəticəsində ərsəyə gəlmişdir. “F2014” filmini
kinematoqrafçılarımız Fransa, İsveç, Braziliya kino ustaları ilə
birgə lentə almışlar. “Sarılar-Qarabağ
atının səyahəti” tammetrajlı sənədli filmi
isə Azərbaycan və Almaniya
kinematoqrafçılarının birgə işidir.
Son illər bir neçə Azərbaycan filmi nüfuzlu beynəlxalq festivalların qalibi olmuşdur. “Çölçü”
bədii filmi indiyədək 20 beynəlxalq
kinofestival və forumda
iştirak etmiş,
müxtəlif mükafatlara, o cümlədən diplomlara
layiq görülmüşdür.
Bu ekran əsəri
2013-cü ilin “Humay” milli mükafatına
da layiq görülmüşdür.
Film, həmçinin 86-cı “Oskar” mükafatının siyahısında Azərbaycanı təmsil
etmiş, Londonda keçirilmiş
XV Rainbow Beynəlxalq film
festivalında “Ən yaxşı bədii film”
nominasiyasında qalib elan
edilmişdir. “Nabat”, “Buta”, “Sonuncu”,
“Axırıncı dayanacaq”, “Axınla
aşağı” və digər filmlərimiz də beynəlxalq film festivallarının qalibləridir. Təkcə
2014-cü ildə Azərbaycan filmləri 50-dən artıq beynəlxalq festivalda
iştirak etmiş, mükafatlara layiq görülmüşlər.
Bu gün Azərbaycan kinosu yeni dövrünü
yaşayır. Dövlətimizin artan iqtisadi gücü bunu deməyə əsas verir
ki, kinomuzun yeni intibah dövrü
lap yaxındadır.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 9 yanvar.- S.6.