Sosial islahatların Azərbaycan modeli
Biz sosial sahəyə böyük diqqət göstərməliyik. Çünki köklü iqtisadi islahatlar bir çox hallarda sosial problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda bunun əksini görürük. Biz böyük sosial layihələri icra etmişik. Vaxtilə sovet dövründən qalan əmanətləri kompensasiya şəklində MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla insanlara qaytardıq...
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ötən ilin oktyabr ayında keçirilən IV Bakı Beynəlxalq Forumunda iştirak edən BMT-nin İnkişaf Proqramının direktoru Helen Klark çıxışında Azərbaycanın yoxsulluğun azaldılmasında əldə edilmiş təcrübəsinin başqa ölkələr üçün də örnək ola biləcəyini qeyd etmiş, təbii ehtiyatın ölkə sərvətinə və daha geniş insan inkişafına çevrilməsi üçün düşünülmüş və uzaqgörən dövlət siyasəti tələb olunduğunu və Azərbaycanın bu sahədə əhəmiyyətli qərarlar qəbul etdiyini vurğulamışdır.
Yoxsulluğun azaldılmasının bilavasitə iqtisadi və sosial siyasətlə
bağlı olduğunu dəfələrlə
bəyan edən Azərbaycan Prezidenti demişdir: “Bu bizim siyasətimizdir ki, sadəcə
olaraq iqtisadi islahatlarla məşğul olmamalıyıq. Biz sosial sahəyə böyük diqqət göstərməliyik. Çünki köklü
iqtisadi islahatlar bir çox hallarda sosial problemlərə
gətirib çıxarır. Ancaq Azərbaycanda
bunun əksini görürük.
Biz böyük sosial layihələri icra etmişik. Vaxtilə sovet
dövründən qalan əmanətləri
kompensasiya şəklində MDB məkanında
ən qısa müddət ərzində və ən yüksək
əmsalla insanlara
qaytardıq. Maaşlar, pensiyalar
durmadan artır. Bir daha demək istəyirəm ki,
yanaşmamız bundan ibarətdir və bu da ölkə
qarşısında yeni imkanlar
açır”.
Hazırda
dünyada yoxsulluq səviyyəsi
Dünya Bankının təklif etdiyi metodologiya üzrə
ölçülür və gündəlik
gəliri 2 dollardan aşağı olanlar yoxsul, həmçinin
1 dollardan aşağı gəliri olanlar ifrat yoxsul
hesab edilirlər. Əgər 2003-cü ildə
dünyada gündəlik gəliri 2 dollardan aşağı olan 2,6 milyard əhalinin müəyyən hissəsi
ölkəmizdə idisə, bu gün dünyada gündəlik
gəliri 2 dollardan az olan 2,5 milyard nəfər
arasında Azərbaycan əhalisi artıq yoxdur.
Çünki ölkəmizdə
adambaşına ehtiyac meyarının məbləği
(hazırda 100 manat) ayda
128 ABŞ dolları səviyyəsindədir və bundan aşağı gəlirlərlə həmin
səviyyə arasında yaranan fərq
yardım şəklində dövlət hesabına ödənilir.
BMT-nin son hesabatına əsasən, Azərbaycan
insan inkişafı indeksinə görə
187 ölkə sırasında 76-cı yerdə qərarlaşıb
və yüksək inkişaf səviyyəsinə
malik ölkələr qrupuna
daxil olub. Ölkədə
minimum əməkhaqqının məbləği
son 10 ildə 11,6 dəfə, bir nəfərə düşən orta
aylıq əməkhaqqı 5,5 dəfə, əmək pensiyalarının
orta aylıq məbləği 9,4 dəfə,
2006-cı ildən müəyyən edilən ehtiyac
meyarının məbləği isə ötən dövrdə
3,3 dəfədən çox
artmışdır. Bununla yanaşı, hazırda ehtiyac
meyarı məbləğinin (100 manat)
yaşayış minimumu məbləğinə
(125 manat) nisbət göstəricisi də
80 faiz olmaqla, bir sıra inkişaf etmiş ölkələrin müvafiq
göstəriciləri ilə eyni səviyyədədir.
Ümumilikdə əhalinin gəlirləri 2003-cü ildəki
5,7 milyard manatdan
2014-cü ilin əvvəlinə 37,6 milyard manata
çatmışdır. Əhalinin gəlirlərinin
artımı müqabilində inflyasiya səviyyəsinin
ilbəil birrəqəmli saxlanılması bu
gəlirlərin rifah halının
yüksəlməsinə təsirini stimullaşdırır.
Statistikaya görə, ötən ildə dövlət
büdcəsinin xərcləri 12 milyard
694 milyon manat və yaxud 86 faiz icra
olunmuşdur. Dövlət
büdcəsi xərclərinin 24,3 faizi və
ya 3 milyard 82 milyon manatı sosial təyinatlı
xərclərin payına düşür ki, bu da
2013-cü ilin eyni dövrü ilə müqayisədə 252 milyon manat və ya 8,9 faiz çoxdur.
2014-cü ilin 9 ayında dövlət
büdcəsinin əsaslı vəsait qoyuluşu
xərcləri 4 milyard 172 milyon
manat təşkil etmişdir.
Həmin vəsaitdən sosial-mədəni və
məişət təyinatlı obyektlərin tikintisi
və yenidən qurulması üçün
1 milyard 401 milyon manat, enerji, su və qaz təchizatı,
nəqliyyat, kommunal, meliorasiya
və digər infrastrukturların tikintisi
və yenidən qurulması üçün
2 milyard 184 milyon manat, Naxçıvan Muxtar
Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi
üçün 44 milyon
manat, müdafiə təyinatlı və
digər layihələrin maliyyələşdirilməsi üçün 545 milyon manat vəsait yönəldilmişdir. “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrası məqsədlərinə cari ilin dövlət
büdcəsindən 1 milyard 292 milyon manat vəsait sərf
edilmişdir.
Ötən il regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramında nəzərdə tutulan bütün infrastruktur layihələri uğurla
icra edilmiş, 80 mini daimi olmaqla
yüz mindən çox
yeni iş yeri açılmışdır. Proqramın əvvəlindən,
2004-cü ildən indiyə qədər 1 milyon
300 min yeni iş yerinin
açılması ölkədə işsizliyin
5 faiz səviyyəsinə enməsinə imkan vermişdir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 25-30 faizə, gənclər
arasında 50 faizə çatsa da, Azərbaycanda işsizliklə bağlı
problemlər öz həllini tapır və
burada əlbəttə ki,
dövlət investisiyaları, gözəl sərmayə iqlimi, biznes mühitinin
yaxşılaşdırılması faktorları, eyni zamanda,
regionların sosial-iqtisadi inkişafına
dair üçüncü
Dövlət Proqramının icrası əsas rol oynayır.
Azərbaycan Prezidentinin tapşırığı və nəzarəti
ilə sosial proqramlar,
layihələr icra edilmiş
və deyə bilərik ki, dövlətin
investisiya portfelində sosial
layihələrə xərclənən vəsait kifayət qədər
böyükdür. Məcburi
köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması üçün
önəmli addımlar atılmışdır. Ötən il də böyük vəsait
ayrılmışdır ki,
köçkünlər yeni evlərlə
təmin olunsunlar. Bakı və onun qəsəbələri proqramı icra edilib. Bu
proqram çərçivəsində 3
minə yaxın məktəb tikilib istifadəyə
verilib, onlarla xəstəxana,
olimpiya kompleksi, mədəniyyət
ocağı təmir edilib, tikilib, uşaq
bağçalarının sayı artıb və təminat
yaxşılaşıb. Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisi xüsusilə diqqət çəkir.
Bir
neçə il bundan əvvəl
uşaq bağçaları ilə təminat
cəmi 17 faiz idisə, son
iki-üç il ərzində
bu təminat 42 faizə qalxmışdır.
İndi bölgələrdə yeni açılan sənaye müəssisələrində,
tikiş fabriklərində işləyənlərin
demək olar ki,
mütləq əksəriyyəti qadınlar olduğundan bağçalara
ciddi ehtiyac var.
Sosial məsələlərin həlli ilə
bağlı ölkəmizin dinamik
inkişafı, 2014-cü ildə uğurla
davam etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhalinin sosial
müdafiəsinin gücləndirilməsi ilə bağlı
imzaladığı fərman və sərəncamların
icrasının nəticəsində, müharibə əlilləri
və onlara bərabər tutulanlara
Prezident təqaüdünün aylıq məbləği
50 faizə yaxın, Böyük Vətən
müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan
olan şəxslərə Prezident
təqaüdünün aylıq məbləği 81,8 faiz, əmək pensiyası almaq
hüququ olmayan Qarabağ müharibəsi veteranlarına
aylıq sosial müavinətin məbləği
21,6 faiz artırılmış, sosial təminat sistemində iki yeni təqaüd, bir yeni sosial
müavinət növünün tətbiqinə
başlanılmışdır. Belə ki, əmək pensiyası almaq
hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə sosial müavinət kimi
aldıqları 67 manatla birgə aprelin 1-dən ayda əlavə
olaraq 60 manat Prezident təqaüdü ödənilir, İkinci Dünya
müharibəsində müvafiq medal və döş
nişanı ilə təltif edilmiş
şəxslərə ilin əvvəlindən
Prezident təqaüdünün və
beşdən çox uşağı olan qadınların uşaqlarının hər
birinə görə ayda 30 manat müavinətin ödənilməsinə
başlanıb. Eyni zamanda, müharibə əlilləri
və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsili müəssisələrində
təhsil alan övladlarının təhsil
haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə
qərar verilib. 11 avqust
2014-cü il tarixli fərmanla
isə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl
borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş
və məhkəmə qaydasında ölmüş
elan edilən hərbi qulluqçuların
ailələrinə 2015-ci ildən ayda 200
manat məbləğində Prezident təqaüdü təyin olunacaq. Müharibə əlillərinə
və onlara bərabər tutulan
şəxslərə təyin edilən Prezident
təqaüdünün məbləği ötən il aprelin 1-dən I qrup əlillərə 110 manatdan
150 manata, II qrup əlillərə
85 manatdan 130 manata, III
qrup əlillərə 60 manatdan
100 manata qədər artırılmışdır. Ölkə üzrə əlilliyə
görə əmək pensiyası alanların
pensiyalarının orta aylıq məbləği
2006-cı ildə 32,3 manatdan 2014-cü ildə
149,2 manata yüksəlib. 2014-cü ilin əvvəlinədək növbədə
olan, Qarabağ
müharibəsi, 20 Yanvar, Böyük
Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət,
ümumilikdə 5259 nəfər (onların 1453 nəfəri
2014-cü ildə) avtomobillə təmin olunmuş,
oktyabra qədər bir
sıra rayonlar üzrə 172 nəfər
müharibə əlili və şəhid ailəsi mənzillə
təmin edilmiş, ilin
sonuna kimi
ayrı-ayrı bölgələrdə yeni
yaşayış binaları istifadəyə verilməklə,
daha 198 nəfər müharibə əlili
və şəhid ailəsinə mənzil verilmişdir.
Dövlət başçısının
2014-cü il 20 iyun tarixli sərəncamına əsasən isə
2014-cü il yanvar
ayının 1-dək mənzil növbəsinə
dayanmış 5731 nəfər əlil və şəhid ailəsi
də 2014-2018-ci illərdə mərhələlərlə mənzil
və ya fərdi evlə təmin
ediləcək.
Əlilliyi
olan şəxslərin reabilitasiya
göstəricisi ötən ildə 2,8 faizdən 3,8 faizə,
hissəvi reabilitasiya göstəricisi 0,8
faizdən 2,6 faizə yüksəlmiş, təkrar əlillik
müəyyən olunan şəxslərin
və sağlamlıq imkanları məhdud hesab
edilən uşaqların sayı ümumən 5 251 nəfər azalmış, 5 882 nəfərə
bərpa-müalicə xidməti göstərilmiş, əlilliyi
olan şəxslər 18 044 reabilitasiya vasitəsi və protez-ortopedik
məmulatla təmin olunmuşdur.
Əhalinin rifah halının yüksəlməsi
nəticəsində ünvanlı yardım alan
ailələrin sayı 17,1 faiz
azalmış, 200 peşə standartının layihəsi
hazırlanmış, məşğulluq orqanları 27
727 nəfəri münasib işlərlə
təmin etmiş, 3573 nəfər işsiz və işaxtaran
vətəndaş peşə kurslarına cəlb olunmuşdur.
AŞ
Nazirlər Komitəsinə sədrliyi dövründə Azərbaycan
AŞ-nın beynəlxalq və regional təşkilatlar,
o cümlədən Aİ ilə tərəfdaşlıq
əlaqələrinin genişləndirilməsi məsələsinə
xüsusi diqqət göstərir. Azərbaycan Hökuməti
Avropa Sosial
Xartiyasına qoşulduqdan sonrakı 10 il Azərbaycanın sosial-iqtisadi
inkişafı üçün çox səmərəli olub.
Ölkədə ÜDM 3,4 dəfə artıb, iqtisadiyyata yatırılan investisiyaların həcmi
132 milyard ABŞ dolları təşkil edib. Ölkə əhalisinin gəlirləri isə
6,5 dəfə artıb. Son on il ərzində
sosial-iqtisadi islahatların
aparılmasının məntiqi nəticəsi kimi 2014-cü ilin sonuna əmək pensiyalarının orta aylıq məbləği 172,9 manat olub, o
cümlədən yaşa görə əmək
pensiyasının orta aylıq məbləği
191,5 manat təşkil edib
ki, bu da Avropa Sosial
Xartiyasının tələblərinə tam
cavab verir.
Azərbaycanın
bir çox ölkələr
üçün nümunəyə
çevrilən, beynəlxalq qurumlar tərəfindən
yüksək qiymətləndirilən uğurlu
təcrübələrindən biri
dövlət başçısının fərmanına əsasən,
ötən il əmək müqaviləsi
bildirişi üzrə elektron informasiya sisteminin
yaradılması və tətbiqinə başlanmasıdir. Bu sistemdə artıq 1 milyon
440 mindən artıq əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib. “Dövlət
orqanlarının elektron xidmətlər
göstərilməsinin təşkili sahəsində bəzi
tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədar
pensiyaçılar, sığortaedənlər və
sığortaolunanlar üçün nəzərdə
tutulan əsas xidmətlər
elektronlaşdırılmışdır. “Elektron hökumət” portalının
statistikasına əsasən ən çox
istifadə olunan xidmətlər
sırasında ilk yerləri DSMF-nun təqdim etdiyi elektron xidmətlər tutmuş,
əhaliyə təqdim edilən elektron
xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş
yararlanmışdır.
Dünya Bankının biznes
mühitinin əlverişliliyi üzrə
qiymətləndirməni özündə əks etdirən “Doing Business 2015"
hesabatına əsasən, Azərbaycan ən çox
islahat aparan on ölkə sırasında səkkizinci yer alıb və məcburi dövlət sosial sığorta haqlarının ödənişi
və hesabat sisteminin
avtomatlaşdırılması nəticəsində 32 pillə
irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət
istiqamətləri üzrə ən yüksək göstəricidir.
Son 10 il ərzində Fondun
büdcəsinə daxil olmuş
sosial sığorta haqlarının məbləği,
ölkədə yoxsulluq probleminin
aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların
davamlı artırılması, orta
aylıq məbləğin hazırda pensiyaçılar üçün yoxsulluq həddini
üstələməsi, MDB-nin
minimum əməkhaqqı göstəricisi
yüksək olan ilk 3
dövləti arasında pensiyanın minimum
məbləğinin əməkhaqqının minimum
məbləğinə nisbətinə görə ölkəmizin
ilk yerdə qərarlaşması təqdir
edilən haldır.
Hazırda
vətəndaşların pensiya
kapitalı ödənilən sosial
sığorta haqqının 50 faizinin fərdi
hesablarda qeydə alınması ilə
formalaşdırılır, digər 50 faizi
isə sistemin ümumi
xərclərinin, o cümlədən
pensiyaçılar üçün bərabər
məbləğlərlə ifadə olunan
baza
hissəsinin maliyyələşdirilməsinə yönəldilir.
Azərbaycan Prezidenti İlham
Əliyevin 4 noyabr 2014-cü il tarixli sərəncamı
ilə “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin
islahatı Konsepsiyası”nın tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri
daha yüksək pensiya
alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar.
Aktiv
iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn 5-10 il
yüksək məbləğlə sosial
sığorta haqqı ödənildiyi halda,
staj tələbinin 12 il
olması səbəbindən pensiya hüququnu qazana bilməmə
kimi hallar tam aradan
qaldırılacaq. Minimum məbləğdən
yuxarı pensiya üçün
kapital toplamış şəxslərə,
ümumiyyətlə, staj tələbi qoyulmayacaq. Yaşa görə
pensiya alanların pensiyada
olma müddəti qadınlar üçün 17,7 il,
kişilər üçün isə 12,7
il təşkil edir. Bundan başqa, “Əmək pensiyaları haqqında”
Qanuna əsasən, güzəştli
şərtlərlə erkən pensiyaya
çıxan vətəndaşların pensiyada
olma müddəti orta
hesabla 22 il təşkil
edir. Ölkəmizdə 1 milyon
290 min nəfərdən çox
vətəndaş pensiya ilə təmin olunub, eyni zamanda
491 min nəfər sosial
yardım, 321 min nəfər sosial müavinət alır. Ümumiyyətlə,
sosial təminat sistemi
ölkə əhalisinin 22 faizini əhatə
edir.
Bu
gün nüfuzlu beynəlxalq
qurumlar və maliyyə institutları tərəfindən
sosial islahatların Azərbaycan modeli keçid ölkələri
üçün nümunə kimi qiymətləndirilir. Çünki
sosial siyasətin ana xəttini
təşkil edən ölkənin iqtisadi
həyatı ilə pensiyaçıların sosial
müdafiəsinin bazar iqtisadiyyatı
prinsipləri
əsasında əlaqələndirilməsi təmin edilmiş, müasir əsaslı
sığorta-pensiya sistemi vasitəsilə
iqtisadiyyatdakı əməkhaqqı fondu,
sosial sığorta haqları və həmin
haqlara görə təyin olunan
pensiyalar həlqəsi qurulmuşdur.
İkincisi, dünyada
olan çox mühüm bir problem - qlobal yaşlanma fonunda dəyişən
demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsi həyata keçirilmişdir. Üçüncü
isə pensiyaçıların sosial
müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni
vaxtda aparılması nəticəsində
mövcud maliyyə imkanlarının
ölkə əhalisinin 13,5 faizini təşkil
edən pensiyaçılar arasında ədalətli
bölgüsünə nail olunmuş və onların yoxsulluq
problemi əsaslı şəkildə öz həllini tapmışdır. Bütün bu uğurlara isə Azərbaycan Prezidenti
cənab İlham Əliyevin qarşıya
qoyduğu sosial siyasət
məsələlərinə daimi və ciddi nəzarəti, diqqəti,
qayğısı nəticəsində nail
olunmuşdur.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2015.- 10 yanvar.- S.5.