Xalqımızın istiqlal
mücadiləsinin dönüş nöqtəsi
20
Yanvar faciəsi ilə bağlı həqiqətləri
dünya ictimaiyyəti bilməlidir
Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi olan 20 Yanvardan 25 il ötür. Ölkəmizin ən yeni tarixində istiqlal mücadiləsinin dönüş nöqtəsi olan bu günün, bütövlükdə bu hadisələrin mahiyyət etibarilə dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Müstəqil Azərbaycan dövlətinin başçısı İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində ardıcıl iş aparılır.
20 Yanvar
Azərbaycanın XX əsrdə ikinci dəfə
milli müstəqilliyinə aparan çətin və şərəfli yolun başlanğıcını qoydu. Bu faciə xalqımızın tarixində
ağır, kədərli bir səhifə
olsa da, eyni zamanda, millətin azad yaşamaq haqqı olduğunu bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar
qırğını xalqımızın çoxəsrlik istiqlal arzusunu, əzmini
qıra bilmədi, əksinə, Azərbaycan haqqı uğrunda azman bir imperiyanın qəddar, məkrli siyasətinə
qarşı daha böyük qətiyyətlə mücadilə
apardı.
Bəli,
1980-ci illərin sonlarında ərazi bütövlüyünə
qarşı ağır təhlükə
yarandığını hiss edən
xalqımız böyük istiqlal mücadiləsinə başladı. Kreml Azərbaycanın qədim və əzəli
torpaqları olan Dağlıq
Qarabağı zəbt etmək istəyən erməni
separatçılarını cəzalandırmaq əvəzinə,
onları əl altından silahlandırır, vilayətin ərazisində,
eləcə də sərhəd bölgələrimizdə yaşayan dinc, silahsiz azərbaycanlı ailələrinə
qarşı zorakılıqlar törətmələrinə
şərait yaradırdı.
Bu tarixi ədalətsizlik
Azərbaycanda haqlı olaraq kəskin etirazlar yaradır, mərkəzin məkrli, ikiüzlü siyasətinə qarşı qəzəb
doğururdu. Sovet imperiyası bu dəfə də
öz yırtıcı xislətinə sadiq qalaraq, xalqın
azadlıq mücadiləsini boğmaq üçün ən qəddar üsullara əl atdı. Yanvarın 19-dan 20-nə
keçən gecə - Azərbaycanda fövqəladə vəziyyətin
elan edilməsinə 7 saat
qalmış sovet ordusu
birləşmələri respublikamızın paytaxtı
Bakı şəhərinə yeridildi.
Günahsız insanlar amansızlıqla qətlə
yetirildi, şikəst edildi.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev yazır ki,
Bakıdakı qanlı olaylar
dünyanın gözü
qarşısında baş verdi. M.Qorbaçovun rəhbərlik etdiyi Sovetlər
Birliyi 20 Yanvarda insan hüquqlarına
dair beynəlxalq sənədləri, “İnsan hüquqlarının Ümumi
Bəyannaməsi”, “Vətəndaş və siyasi
hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar
haqqında” beynəlxalq paktları, habelə keçmiş
SSRİ və Azərbaycan SSR-in
konstitusiyalarını kobudasına pozdu. Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və
daxili qoşunların Bakıya yeridilməsi
xüsusi qəddarlıq və
görünməmiş vəhşiliklə müşayiət
edildi. Kommunist
diktaturası Çexoslovakiyaya,
Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta
o zamankı Sovet
İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Azərbaycana
yeridilən ordu hissələrinin tərkibinə
Stavropol, Krasnodar və
Rostovdan səfərbərliyə
alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən
ermənilər, erməni kursantlar da daxil edilmişdi.
SSRİ
DTK-nın “Alfa” qrupu
yanvarın 19-da saat 19.27-də Azərbaycan
televiziyasının enerji blokunu
partlatdı, respublikada televiziya
verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil
oldu və əhaliyə divan
tutmağa başladı. M.Qorbaçovun
fərmanı
qüvvəyə minənədək
– yanvarın 20-də gecə saat 1-dək
artıq xeyli insan öldürülmüşdü. Bakıda
fövqəladə vəziyyətin elan olunması
haqqında məlumat isə əhaliyə yalnız yanvarın
20-də səhər saat 7-də respublika radiosu ilə
çatdırıldı. Həmin vaxt
öldürülənlərin sayı artıq 100 nəfərə
çatmışdı. Halbuki Qorbaçovun Azərbaycana ezam
etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər
ki, Bakıda fövqəladə vəziyyət
elan olunmayacaqdır.
Azərbaycanın
informasiya blokadasına
alındığı bir şəraitdə
baş vermiş həqiqətləri
operativ surətdə dünya
ictimaiyyətinə çatdırmaq zərurəti
yaranmışdı. Dəhşətli faciəyə kəskin
etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə
Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən
ümummilli liderimiz
Heydər Əliyev hadisəyə operativ və
düzgün qiymət verdi.
Ulu öndərin qətiyyətli mövqeyi respublikamızın informasiya
blokadasına alındığı ağır günlərdə
totalitar rejimə sarsıdıcı zərbə
oldu. Heydər Əliyev
çıxışında kommunist rejiminin gerçək simasını
açdı, xalqımızın suveren
hüquqlarına qəsd olunduğunu bildirdi, anneksiya siyasətinə
qəti etirazını ifadə etdi. Böyük öndər üzləşdiyi təzyiqlərə
məhəl qoymadan, öz
cəsarəti, yenilməzliyi ilə Azərbaycana sədaqətini
bir daha biruzə verdi.
Akademik Ramiz Mehdiyev daha sonra vurğulayır ki, psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar 1990-cı il yanvarın 21-də onun Moskva nümayəndəliyinin binasında qəzəbli
və qətiyyətli bəyanatının doğurduğu
əks-sədanı eşitdilər. Heydər Əliyev bütün
təzyiqlərə və təhdidlərə baxmayaraq,
mənsub olduğu xalqın faciəsinə
məsuliyyət daşıyanları Kremlin
bir addımlığında, həm də
bütün dünyanın gözü qarşısında ittiham edirdi.
Həmin dövrdə
aparıcı Qərb dövlətləri həqiqəti
müəyyənləşdirməyə, problemin
mahiyyətinə varmağa cəhd də
göstərmədilər. Əslinə qalsa,
bu, onlara heç lazım da deyildi. Əksinə, onlar
M. Qorbaçovun bütün
dağıdıcı əməllərini hər vəchlə
dəstəkləyirdilər. Hesab edilirdi -bir halda
ki, o, hətta
dolayısı ilə olsa da,
erməni separatizmini dəstəkləyir,
- deməli, həqiqət ermənilərin tərəfindədir.
Daha sonra, Qərbdə
yaxşı bilirdilər ki, bu cür millətlərarası
münaqişələr SSRİ-ni daxildən
zəiflədir, dağıdır. Bu da soyuq müharibədə
SSRİ-nin əleyhdarlarının mənafelərinə
və strateji məqsədlərinə
tamamilə uyğun idi.
Ayrılıqda Azərbaycan isə o
dövrdə onların geosiyasi
maraqları dairəsinə daxil deyildi.
Bakıya
qoşun yeridilməsindən sonra Azərbaycanda hakimiyyətə gətirilmiş
Ayaz Mütəllibov rejimi
Kremldəki havadarlarının əmr və göstərişlərinə
müticəsinə əməl edərək antimilli
siyasət həyata keçirir, 20 Yanvar hadisələrinin mahiyyətini Azərbaycan
və dünya ictimaiyyətindən gizlətməyə
çalışırdı. Təəssüf ki, o tarixi
dönəmin antiimperiya əhval-ruhiyyəsi
və xalqın istiqlal arzuları
dalğasında hakimiyyətə gəlmiş AXC-Musavat
cütlüyünün “başbilənləri”
də 20 Yanvar hadisələrinin əsl məğzini
xalqa və dünyaya
açıb göstərməkdə maraqlı deyildilər.
Onlar hadisələrin gedişatında və
sonrakı dövrdə buraxdıqları ciddi
səhvləri etiraf etmək belə istəmədilər.
Yalnız
ümummilli lider Heydər
Əliyevin Azərbaycanda siyasi hakimiyyətə
yenidən gəlişindən sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi
qiymət verildi. 1994-cü ildə bu məsələ ilə bağlı keçirilmiş müşavirədə
amansız faciəni törədənlərin və onlara rəhbərlik edənlərin cinayətkar əməlləri ifşa edildi. Yeri gəlmişkən, məhz bu dönəmdən başlayaraq
20 Yanvar hadisələri ilə
bağlı əsl həqiqətlərin dünya
ictimaiyyətinə geniş şəkildə
çatdırılmasına başlanıldı.
Ulu öndər çoxsaylı xarici
səfərləri zamanı, demək olar
ki, bütün
görüşlərində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
mahiyyəti, bu münaqişə zəminində
baş vermiş
qanlı cinayətlər - 20 Yanvar faiəsi,
Xocalı soyqırımı və s. barədə
geniş məlumat
verir,
ölkəmizin ərazi bütövlüyünün
bərpa edilərək haqq işinin dəstəklənməsinə nail olmağa
çalışırdı.
Böyük qürur doğuran haldır ki, Azərbaycan
Prezidenti cənab İlham
Əliyev də bu gün
Dağlıq Qarabağ probleminin
həlli məqsədi ilə ümummilli liderin başladığı işləri yeni dövrün
reallıqlarını nəzərə alaraq,
böyük uğurla
davam etdirir. Qlobal mediada tez-tez belə fikirlərə
rast gəlinir: Azərbaycanın gənc, xarizmatik dövlət başçısı
artıq dünyanı Dağlıq Qarabağ
məsələsinin ədalətli həllinin Qafqaz
bölgəsi və bütövlükdə dünya üçün
nə qədər vacib olduğuna
inandıra bilib.
Müasir beynəlxalq münasibətlərdə
“xalq diplomatiyası”nın nə qədər
böyük təsir imkanlarına malik olduğu yaxşı
bəllidir. Bu istiqamətdə də
uğurlarımız artır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın bu sahədəki uğurlu fəaliyyəti bütün
dünyada dərin rəğbət doğurur. Mehriban xanım
dünyanın ən nüfuzlu
dövlətlərində, mötəbər tədbirlərdə
xalqımızın tükənməz sərvəti olan folklorumuz, muğam sənətimiz və sair
barədə böyük sevgi
və təəssübkeşlik hissi ilə
danışır. Azərbaycanın birinci xanımı, bir qayda olaraq, belə tədbirlərdə
hazırda erməni əsarətində olan
gözəl və bənzərsiz Şuşamızdan da, Qarabağ ərazisində
zəngin təbii sərvətlərimizin talan
olunmasından da, oradakı
çoxsaylı maddi mədəniyyət
abidələrimizin vəhşicəsinə məhv edilməsindən
də dərin təəssübkeşlik hissi
ilə söz açır. Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın rəhbərliyi ilə
təşkil olunan 20 Yanvar
və Xocalı faciələrinə həsr olunan
kampaniyalarda ermənilərin Azərbaycan
torpaqlarında faşistlərdən də betər vəhşilikləri
barədə geniş məlumatlar verilir.
Bu gün müstəqil
Azərbaycanın dünyanın əksər dövlətləri
ilə diplomatik əlaqələri var. Bu günlərdə Azərbaycanın ABŞ, Çin, Yaponiya, Fransa, Böyük Britaniya və başqa
dövlətlərdəki səfirlikləri Azərbaycan və
türk diaspor təşkilatları
ilə birlikdə 20 Yanvarda Azərbaycan
paytaxtında baş vermiş
qanlı hadisələrlə bağlı geniş
tədbirlər keçirir, həmin
ölkələrin ictimaiyyətini bu
hadisələrin mahiyyəti barədə məlumatlandırmağa
çalışırlar.
Son illər qlobal mətbuatda
da 20 Yanvar hadisələri,
Xocalı soyqırımı, bütövlükdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ problemi
ilə bağlı məqalə və şərhlər artıb. Yaxşı haldır ki, hadisələrin mahiyyətinə obyektiv qiymət vermək cəhdləri də
çoxalıb. Lakin bir
sıra hallarda hadisələrə səthi,
hətta qərəzli mövqelərdən yanaşma
hallarına da
rast gəlinir. Belə yazılar Azərbaycanın
haqq işinə kölgə salmaq istəyənlər tərəfindən sifariş olunur. Lakin həqiqəti gizlətmək mümkün deyil. Azərbaycan
20 Yanvarda öz
istiqlalı uğrunda qan
töküb və qurbanlar
verib. Prezident İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, bu gün xalqımız ulu öndər Heydər Əliyevin müəyyən
etdiyi azad, demokratik dövlət quruculuğu
siyasətinə sadiq qalaraq
bütün sahələrdə böyük uğurlar qazanır.
20 Yanvar
hadisələrinin məğzinin dünya
ictimaiyyətinə çatdırılması ilə
bağlı bütün səviyyələrdə
səylərimizi daim artırmağa
çalışmalıyıq. Fikrimcə, bu
işi daha geniş və daha sistemli şəkildə qurmaq
olar və bunu etmək
hər birimizin, o
cümlədən biz jurnalistlərin də
vətəndaşlıq borcudur.
Məsaim ABDULLAYEV
Xalq qəzeti.- 2015.- 16 yanvar.- S.7.