Azərbaycanda turizmin
inkişaf perspektivləri
Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Hazırda turizm sektoru dünya üzrə ümumi daxili məhsulun 9, ixracın isə 6 faizini təşkil edir. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir.
Azərbaycan kontekstində
də ölkənin diversifikasiyası, regionların
inkişafı üçün məhz bu sənaye həlledici əhəmiyyət kəsb
edir. Turizmdə Azərbaycanın rəqabət
imkanları çox yüksəkdir. Təbii
sərvətlərimiz, rəngarəng iqlimimiz,
zəngin tarixi-mədəni irsimiz cəlbedici
turizm məhsulu yaratmaq
üçün mühüm
zəmindir. Bununla bərabər, Azərbaycan
dövləti turizm sahəsinin
inkişafını iqtisadiyyatın qeyri-neft
sektoru üzrə prioritet
istiqamət elan edib. Son 10 il ərzində
ölkədə turizmin təşviqi ilə
bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət
proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi
bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində
Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada
yeni turizm istiqaməti
kimi tanınmağa başlayıb, beynəlxalq
turizm bazarına inteqrasiya
ilbəil daha geniş
şəkildə təmin olunur.
Kadr hazırlığı
diqqət mərkəzindədir
Azərbaycanda turizm sahəsindəki davamlı
inkişafın nəticəsi kimi, peşəkar kadrlara olan ehtiyac
da sürətlə artmışdır. Bu
ehtiyacın təmin olunması məqsədilə hələ
Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 25 avqust tarixli fərmanı və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2006-cı il 13 fevral tarixli qərarı ilə Azərbaycan Turizm İnstitutu
yaradılmışdır. Azərbaycan Turizm
İnstitutu (ATİ) 15 sentyabr
2006-cı il tarixində 200 tələbə,
1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə
başlamışdır. Hazırda 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə
bakalavriatura səviyyəsində 1527 nəfər,
magistraturada 146 nəfər, doktoranturada 69 nəfər, ikinci
ali təhsildə 27 nəfər təhsil
alır. Bundan başqa,
ilk peşə-ixtisas təhsili üzrə
Bakı Turizm Peşə Məktəbində
(BTPM) 12 ixtisas üzrə 460 şagird sahənin tələbatına uyğun peşələrə yiyələnir.
Beləliklə, ATİ sistemində bütövlükdə
2229 gənc turizm sahəsi üçün
müxtəlif səviyyəli mütəxəssis kimi hazırlanmaqdadır.
Ölkəmizdə yeni iş yerlərinin
açılması ilə yüksək intellektli
mütəxəssislərə tələbat artdıqca, təbii
olaraq, ali təhsildə
keyfiyyətin əhəmiyyəti də gündəmə gəlir.
Bir neçə ildir ki, ölkə ali təhsil
ocaqlarında tədrisin Boloniya prosesinin tələbləri əsasında həyata
keçirilməsinə başlanılıb. Bu
yenilik digər ali təhsil
ocaqlarında öncə eksperiment kimi tətbiq edildiyi halda, ATİ Boloniya prosesini həyata keçirən ilk təhsil müəssisələrindən biri olmuşdur. Tədrisin
bu prinsiplər əsasında təşkili
ATİ-nin Avropa təhsil
müəssisələri ilə sərbəst əməkdaşlığına
şərait yaradıb. Belə ki,
ATİ Avstriyanın İMC Krems Tətbiqi
Elmlər Universiteti ilə bakalavr
və magistr hazırlığı sahəsində
ikili diplom
proqramını uğurla həyata
keçirməklə yanaşı, Avropanın digər ali məktəbləri ilə də sıx əməkdaşlıq
etməkdədir.
Ölkənin digər
ali təhsil ocaqlarından fərqli olaraq, ATİ tələbələrinin öz nəzəri biliklərini 20 həftəlik
istehsalat təcrübəsində möhkəmləndirmək
imkanı da mövcuddur.
ATİ tələbələrinin əksəriyyəti
Türkiyə, İsrail, Şimali
Kipr Türk
Cümhuriyyəti, Almaniya, Yunanıstanda yay tanışlıq və istehsalat
təcrübəsi keçir.
ATİ-ni indiyədək 1064 məzun bitirib, lakin turizm sektorunda rəsmi olaraq işləyənlərin sayı 10 min nəfərdən çoxdur.
Həmin işçilərin əlavə təhsil proqramı
və qısamüddətli kurslar vasitəsilə
ixtisas artırmasına, yenidən
hazırlanmasına (ixtisas dəyişməsinə)
nail olmaq üçün müvafiq
işlər görülür. Bununla bərabər, bacarıqlı xidmət
personalının hazırlanması üçün
2008-ci ildə ATİ-də Təlim Mərkəzi
yaradılmışdır. Mərkəz tərəfindən
Bakı ilə yanaşı, turizm
potensialının yüksək olduğu
bölgələrdə də “Bələdçi”, “Turoperator və turagent” və
“Qeydiyyat-ön büro”
peşə istiqamətləri üzrə kurslar
təşkil olunmuşdur. Bələdçi
kurslarını bitirmiş şəxslər
üçün Beynəlxalq Turizm Bələdçiləri Federasiyası
ilə birlikdə HOT 1 təlimi təşkil edilmiş
və beynəlxalq sertifikatlar
almışlar.
Bu günədək ATİ-ni
1031 bakalavr və 33 magistr
bitirmişdir. Onlardan
97 nəfəri (94 bakalavr və 3 magistr) ATİ ilə yanaşı,
Avstriyanın İMC Krems Tətbiqi Elmlər
Universitetinin diplomunu
almışdır.
Ölkənin
sürətli iqtisadi inkişafının
davamlılığının təmin edilməsi
strategiyası çərçivəsində “Qara qızılı insan
kapitalına çevirmək” ideyası çərçivəsində
atılmış son mühüm
addım olan Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət
Strategiyasına uyğun olaraq, ölkədə
təhsilin bütün pillələrində
ciddi və köklü
dəyişikliklərin həyata keçirilməsi nəzərdə
tutulub.
Məhz
bu tədbirlər çərçivəsində
ATİ-də müasir tələblərə
cavab verən kadrların
hazırlanması prosesinin daha
da təkmilləşdirilməsi məqsədilə
Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyev tərəfindən 22 dekabr 2014-cü il tarixində
ATİ-nin bazasında Azərbaycan Turizm və Menecment Universiteti
yaranmışdır. Bu, ölkə Prezidentinin təhsilə, turizm
sektorunun inkişafına, ümumiyyətlə,
ölkədə müasir menecment
təcrübəsinin tətbiqinə verdiyi
böyük dəstək olmuşdur.
Azərbaycan
Turizm və Menecment Universiteti ATİ-nin varisi olaraq mövcud
ixtisaslar qalmaqla, yeni ixtisasların açılması ilə
yaxın 5-10 ildə beynəlxalq tələblərə cavab verən, öz akademik şəhərciyi olan,
beynəlxalq akkreditasiyadan keçmiş
25-dən çox ixtisas
üzrə təxminən 6-8 min tələbəsi
olan “tədris-təlim-təcrübə-tədqiqat”
modelinə əsaslanan turizm və digər
xidmət sahələrində aparıcı dövlət ali təhsil müəssiəsinə
çevrilməyi nəzərdə tutur.
Eyni zamanda, turizmin
inkişafı üçün mövcud olan dəyərləri
qorumaq, bütün regionlarda turizmin
balanslaşdırılmış səviyyədə inkişafını
təmin etmək, düzgün idarəetmə
və turizm ehtiyatlarından səmərəli
istifadə mexanizmlərini qurmaq üçün respublikanın bütün bölgələrində müasir tələblərə cavab verən,
rəqabətədavamlı turizm xidməti
sahələrinin yaradılması zərurəti nəzərə
alınaraq, yaxın 10 ildə ölkədə yerləşdirmə
yerlərinin sayının ciddi
ölçüdə artırılması nəzərdə tutulur. Məhz bu
ehtiyacı ödəmək, regionlarda
inkişafı peşəkarlarla davamlı etmək üçün işlər görmək
lazımdır.
Turizm sənayesinin inkişafı ilə
bağlı aparılmış tədqiqatların nəticələrinə
görə, 2020-ci illərdə
turizm təhsilinin müxtəlif səviyyələri
üzrə ixtisaslaşmış təxminən 70-75 min nəfərə ehtiyac
olacaqdır. Bu ehtiyacı ödəmək
üçün kompleks
tədbirlər görüləcəkdir.
Təbliğat vasitəsi kimi
elektron marketinqin
rolu artır
Son vaxtlar elektron vasitələrin mühüm
və effektiv marketinq
kanalına çevrilməsi turizm sahəsində
ondan daha geniş istifadə edilməsi üçün
zəmin yaratmışdır. Tədqiqatlar göstərir ki, inkişaf etmiş Avropa, Asiya və Amerika ölkələrində
elektron marketinq
üsullarından daha geniş
istifadə olunur və bu,
daha böyük potensiala malikdir. Bunları
nəzərə alaraq, elektron
vasitələrlə Azərbaycanın turizm
potensialının xarici ölkələrdə
reklamının aparılması təbliğat siyasətimizin
prioritetlərindən biri hesab
olunur.
Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
yaradılmış www.azerbaijan.travel rəsmi
milli turizm portalı son illər ərzində daxili
və xarici turistlər üçün
Azərbaycanın turizm potensialı, o cümlədən təbiəti, turizm infrastrukturu, ictimai nəqliyyat sistemi,
ölkəmizin unikal turizm
məhsulları (uniquesellingpoints), turizm şirkətləri və mehmanxanaları barədə
geniş məlumat bazası və təbliğat
vasitəsi rolunu oynamışdır. Bu internet saytı
2013-cü ildə Azərbaycan, ingilis, rus və çin dillərində
yaradılmışdır. 2014-cü il ərzində
saytın türk və fransız
versiyaları təhvil verilmiş, alman versiyası isə gələn ilin əvvəlində istifadəyə veriləcəkdir.
Beləliklə, ölkəmizin rəsmi turizm
internet portalı bu
ildən etibarən 7 dildə fəaliyyət göstərəcək.
Qeyd etmək lazımdır ki, 2014-cü il ərzində
sayta Azərbaycan, Rusiya,
Böyük Britaniya, Ukrayna, ABŞ və digər ölkələrdən
təxminən 600000 nəfər istifadəçi daxil olmuşdur.
Bununla yanaşı, gəlmə turizmi üzrə prioritet
sayılan ölkələrdə turizm
potensialımızın təbliğ edilməsi məqsədilə
alman və rus
saytlarında müvafiq elektron
banerlər yerləşdirilmiş, onlayn
müsabiqələr keçirilmişdir.
Qeyd olunan dövr ərzində Mədəniyyyət və
Turizm Nazirliyinin turizm üzrə facebook səhifəsində
ölkəmizin turizm potensialı
haqqında məlumat və xəbərlər, habelə müvafiq şəkillər yerləşdirilmişdir.
Hazırda nazirliyin turizm
üzrə facebook səhifəsi izləyicilərin
sayına görə (like-lar üzrə)
dövlət qurumları tərəfindən
yaradılmış müvafiq səhifələr
sırasında 4-cü yerdədir.
“Euronews” telekanalının rəsmi saytı olan euronews.net səhifəsində Azərbaycanın
reklamı ilə bağlı kiçik baner yerləşdirilib və bu
baner vasitəsilə 48 559 istifadəçi
www.azerbaijan.travel ttp://www.azerbaijan.travel vebsaytına daxil
olub və ümumilikdə, bu müddətdə sayta daxil olan 8 milyona
yaxın insan Azərbaycan haqqında məlumatlanmışdır.
Maraqlıdır ki, ötən ilin əvvəlindən indiyədək bu baxımdan ən yüksək göstərici
əldə edilmişdir.
Yeri gəlmişkən, Azərbaycan banerinin Avropada 64 faiz, Asiyada 11,3 faiz, Şimali Amerikada 10,2 faiz, Yaxın
Şərqdə isə 5,9 faiz izləyicisi
olub.
Bundan əlavə, dünyanın nüfuzlu turizm portalı olan “HolidayCheck.com” da Azərbaycanın
turizm potensialına dair
alman dilində mikrosayt
yaradılmışdır. Saytda ölkəmiz
haqqında ümumi məlumat,
sağlamlıq, çimərlik, mədəniyyət
haqqında məlumatlar yerləşdirilmişdir. Mikrosayta 1 ay müddətində
719 226 baxış olmuşdur.
Elektron marketinq vasitələrinin
ənənəvi üsullardan daha effektiv və nisbətən
ucuz olmasını nəzərə alaraq e-marketinq sahəsində
tədbirlərin çoxaldılmasını məqsədəuyğun
hesab edirik.
Azərbaycanın
mədəniyyət və turizm
potensialının xaricdə təbliğ və təşviq
olunması, ölkəmizdə keçirilən mühüm tədbirlərin digər dövlətlərdə
işıqlandırılması, əcnəbi turist
axınının çoxaldılması məqsədilə biz bəzi populyar televiziya kanalları (CNN, Euronews, habelə rus,fransız, türk televiziya
kanalları...) ilə əməkdaşlıq edirik.
2014-cü ildə CNN
kanalı ilə əməkdaşlıq çərçivəsində
Avropa, Yaxın Şərq və Afrika ölkələrində Azərbaycana həsr
olunmuş video-çarxlar
960 dəfə nümayiş etdirilmişdir.
Qeyd olunan dövr ərzində
“Euronews” televiziya
kanalında Azərbaycan turizm
potensialına həsr olunmuş
videoçarxların nümayişi ilə
yanaşı, Heydər Əliyev Fondu, Heydər
Əliyev Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi və digər
qurumlar tərəfindən təşkil olunmuş konfrans, festival və başqa tədbirlərə həsr olunmuş
verilişlər hazırlanmışdır.
Rusiyada, fransız dilli ölkələrdə
və Türkiyədə turizm
potensialımızın təbliğ olunması məqsədilə
Fransanın TV5 Monde, France
24,Rusiyanın CTC, “Rossiya 1”, “Moya planeta” və digər kanallarda və Türkiyənin CNN Türk, “World Travel Channel”, TRT 1, “Kanaltürk” kanallarında müvafiq
videoçarx kampaniyaları və verilişlərin
yayımı həyata keçirilmişdir.
Həmçinin
Rusiyanın televiziya kanallarında ölkəmizə
həsr olunmuş verilişlər göstərilmişdir.
Novruz bayramına həsr edilən filmin istehsalı və “Rossiya
2, “Moya planeta”
telekanallarında nümayiş etdirilməsi
məqsədilə “Rossiya”
telekanalının əməkdaşları üçün
ölkəmizə səfər təşkil olunmuşdur.
Respublikamızın turizm potensialını əks etdirən filmin istehsalı və “Rossiya
2" və ”Moya planeta"
telekanallarında yayımlanan “Za kadrom” televiziya layihəsində
nümayişi məqsədilə Bakı
şəhərində və regionlarda
çəkilişlər aparılmışdır.
Ümumiyyətlə,
2014-cü ildə xarici populyar
televiziya kanallarında aparılan təbliğat
kampaniyaların coğrafiyası genişləndirilmişdir.
Azərbaycana
viza tələb olunan
ölkələrdən turizm məqsədilə
gələn əcnəbi turistlərin işini
asanlaşdırmaq məqsədilə dövlət
başçımızın müvafiq sərəncamı ilə 2013-cü
ilin mart ayından onlara elektron turist vizalarının verilməsi tətbiq olunur.
Ölkəmizdə elektron turist
vizasının tətbiqi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
turizm fəaliyyətinə lisenziya almış turizm
şirkətlərinin gəlmə turizm
növünə marağını artırmışdır.
Hazırda elektron turist
vizasının verilməsi ilə bağlı nazirlik
tərəfindən 55 turizm şirkəti
akkreditasiyadan keçmişdir.
2013-cü il ərzində turizm
şirkətləri tərəfindən elektron
turist vizası vasitəsilə ölkəmizə
gələn əcnəbi turistlərin sayı 6,147 nəfər
təşkil etmişdir. 2014-cü ilin yanvar-dekabr ayında bu rəqəm 16,735 nəfər olmuşdur.
Vətəndaşların
rahatlığının təmin edilməsi, şəffaflığın
artırılması və yeni
texnologiyaların tətbiqi məqsədilə Azərbaycan
Respublikası Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən turizm və mehmanxana fəaliyyətinə
xüsusi razılıq (lisenziya)
alınması və müraciətlərin edilməsi üçün
nazirliyin rəsmi internet
səhifəsində xüsusi portal (http://www.e-services.mct.gov.az)
yaradılmışdır. Bu portal vasitəsilə mehmanxana
və mehmanxana tipli
obyektlərin fəaliyyətinə xüsusi
razılıq (lisenziya) alınması üçün edilən müraciətlərə
baxılaraq, lisenziyaların rəsmiləşdirilməsi həyata
keçirilir.
Qış turizminin geniş
infrastrukturu yaradılır
Məlum olduğu kimi, ölkəmizdə
davamlı turizmə nail olmaq
üçün qış turizm bazasının yaradılması və mövsümlük anlayışının aradan qaldırılması zərurəti
yaranmışdır.
Bu məqsədə nail
olmaq üçün
Azərbaycan Respublikasındakı “Şahdağ”
Yay-Qış Turizm Kompleksi
dünyadakı bu tipli
komplekslərdən müasirliyi və
universallığı ilə fərqlənəcəkdir. Kompleksin tikintisinin
hazırlıq işlərinə 2006-cı ildən
başlanılmış və 2009-cu ilin
sentyabrında Prezident İlham
Əliyevin iştirakı ilə təməli qoyulmuşdur.
Bu nəhəng
obyektin tikintisi
zamanı ölkə başçısının
görülən işlərlə yerində tanış
olması məqsədilə həyata keçirdiyi
səfərlər dövlət tərəfindən turizmə
göstərilən qayğının bariz
nümunəsidir.
“Şahdağ”
Turizm Kompleksi Qusar rayonunun mərkəzindən
32 kilometr məsafədə Şahdağ Milli
Parkının yaxınlığında yerləşir. Dünyada ən mükəmməl layihələrdən
biri olan “Şahdağ” Yay-Qış Turizm
Kompleksi oxşar
istirahət mərkəzlərindən bənzərsizliyi ilə
fərqlənir. Bu layihənin
reallaşdırılması respublikamızda dağ-xizək
idmanı və digər qış idman
növlərinin inkişafı üçün
hərtərəfli imkanlar
açmışdır.
Kompleks
Azərbaycan tarixində
ilk dağ-xizək kurortudur. Ölkə
Prezidenti cənab İlham Əliyev Qusar rayonuna səfərləri
çərçivəsində kompleks ərazisində həm
2012-ci ildə, həm 2013-cü ildə bir neçə hotelin
açılışında iştirak etmişdir.
Azərbaycanda
qış turizm sənayesinin yaradılması və inkişaf
etdirilməsi məqsədilə “Şahdağ” Yay-Qış
Turizm Kompleksinin ilkin mərhələdə istifadəyə
verilmiş hissəsində 2012-2013-cü ilin qış
mövsümündən qonaqların qəbuluna
başlanılmışdır. İndiyədək təxminən iki yüz minə
yaxın yerli və əcnəbi turist kompleksə səfər
etmişdir.
Onu da deyək
ki, bir neçə il
öncəyə kimi Azərbaycan vətəndaşları
qış mövsümündə turizm məqsədilə
digər ölkələrə üz tuturdular. Lakin artıq Azərbaycanda
iki qış turizm müəssisəsi fəaliyyət
göstərir: Qusardakı “Şahdağ” Yay-Qış
İstirahət Kompleksi və Qəbələ rayonunda
2014-cü ilin yanvar ayında açılışı olan
“Tufan” Dağ-Xizək Mərkəzi. Bu iri
komplekslərin inşası göstərir ki, Azərbaycanda təkcə
yay turizminə alternativ turizm növlərinin də
inkişafına və bu sahədə infrastrukturun
yaradılmasına xüsusi diqqət göstərilir.
Özəl sektorun uğurlu
addımları
Azərbaycan turizm bazarının
formalaşması və inkişaf tarixi 2001-ci ildən
başlayıb desək, daha doğru olar. Məhz həmin ilin 4 iyul tarixində ulu öndər
Heydər Əliyevin sərəncamı ilə bu sahəyə
nazirlik statusu verildi. Ötən illər ərzində
dövlətin hərtərəfli dəstəyi nəticəsində
Azərbaycanın turizm sənayesinin inkişafına
başlanmışdır. Təsadüfi
deyil ki, 2001-ci ildə respublikamızda cəmi 3 turizm şirkəti
olduğu halda, hazırda bu rəqəm 276-dır. Bu şirkətlərin 35 faizi gəlmə və
daxili turizm, 65 faizi isə getmə turizm növü ilə məşğul
olur.
2014-cü il ərzində 79 mehmanxana və mehmanxana tipli
obyektə xüsusi razılıq (lisenziya) verilmişdir. Hazırda bu obyektlərin sayı 304-dür. Bunlardan 134-ü Bakı şəhərində, 170-i
isə respublikamızın regionlarında fəaliyyət
göstərir.
2014-cü ilin I yarımilliyinin
məlumatlarına əsasən, otaqların sayı 16,876
(inişilin müvafiq dövrü ilə müqayisədə
7,1 artıq), birdəfəlik tutum isə
34,731 (6,1 faiz artıq) olmuşdur.
Mehmanxana və
mehmanxana tipli obyektlərdə
çalışan işçilərin sayı 8,118 nəfər
olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 5,9 faiz çoxdur. 2014-cü ilin I yarısında göstərilən
mehmanxana xidmətindən əldə olunan gəlir isə təqribən
80 milyon manat təşkil etmişdir.
2013-cü ilin müvafiq
dövrü (241 şirkət) ilə
müqayisədə lisenziya əsasında fəaliyyət
göstərən turizm şirkətlərinin sayında 14,5 faiz artım müşahidə olunmuşdur. Bu da ölkəmizdə turizm fəaliyyəti
üçün əlverişli şəraitin
yaradılmasının, sahibkarların bu sahəyə marağının
artmasının və turizmin davamlı olaraq
inkişafının göstəricisidir.
Azərbaycanın
turizm şirkətlərinin
və mehmanxanalarının birgə fəaliyyətini
özündə birləşdirən və hazırda 300-ə
yaxın üzvü olan Azərbaycan Turizm Assosiyası fəaliyyət
göstərir. Bu təşkilatın əsas
məqsədi dövlət sektoru ilə turizm sənayesi
arasında körpü rolunu oynamaq, üzvlərinin
hüquqlarını qorumaq və turizm sənayesinin təbliğatına
dəstək verməkdən ibarətdir.
Bununla
yanaşı, 2014-cü ilin
əvvəlindən etibarən
Azərbaycan Konqreslər
Bürosu (AKB) fəaliyyət
göstərir. Ölkəmizə
biznes tədbirlərinin
cəlb olunması vasitəsilə Azərbaycanda
işgüzar turizmin
inkişaf etdirilməsi
məqsədilə fəaliyyətə
başlayan təşkilat
(MİCE) dövlət və
özəl sektorlarının
partnyorluq modeli üzrə yaradılmışdır.
Belə ki, AKB Mədəniyyət
və Turizm Nazirliyinin və ölkəmizdə fəaliyyət
göstərən brend
mehmanxanalar, turizm və digər növ şirkətlərin
birgə təşəbbüsü
nəticəsində təsis
edilmişdir.
2014-cü ildə turizm sahəsində yaradılan təşkilatlardan
biri də Azərbaycan Sağlamlıq
və Termal Turizmə Dəstək Assosiasiyasıdır. Bu təşkilatın fəaliyyət
istiqaməti Azərbaycanda
sağlamlıq turizminin
inkişafına töhfə
vermək, bu sahədə geniş potensialı olan ölkəmizi bu turizm növü kimi də tanıtmaqdır.
* *
* *
Beləliklə,
Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. Əldə edilən nəticələr,
ölkəmizə gələn turistlərin sayının ildən-ilə
artması da onu
göstərir ki, bu
istiqamətdə dövlət
və özəl sektorun
apardığı birgə siyasət öz
səmərəsini verir.
Vüqar ŞİXMƏMMƏDOV,
Mədəniyyət və Turzim Nazirliyinin
informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Xalq qəzeti.- 2015.- 18 yanvar.- S.6.