Etibarlı ərzaq təminatı
Azərbaycanın
iqtisadi sabitliyinin əsas
şərtidir
2015-ci
il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı
ili” elan olunmuşdur
Kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək, modernləşdirmək, bu sahədə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı reallaşdırmaq, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixdə imzaladığı sərəncamla 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib.
Həmin sərəncamda
bildirilir ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar nəticəsində
kənd təsərrüfatının dinamik
inkişafı üçün zəmin yaradılmışdır.
Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və
mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə
səmərəliliyin və şəffaflığın
artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.
Kənd
təsərrüfatının inkişafına dövlət dəstəyinin
gücləndirilməsi, yeni
çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi
sözügedən sahənin keyfiyyətcə yeni
mərhələyə keçməsinin təməlini
qoymuşdur. Hazırda əhalinin ərzaq
təhlükəsizliyinin təmin edilməsi, aqrar
sahədə ixrac potensialının
artırılması məqsədi ilə ölkəmizdə müasir aqroparklar və iri fermer təsərrüfatları
təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair
dövlət proqramları çərçivəsində
bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası
avtomobil yollarının şəbəkəsi
genişləndirilir.
Dövlət fermerlər
üçün bir
sıra güzəştlər müəyyən etmişdir. Belə ki, kənd
təsərrüfatı məhsulları
istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişlər. Fermer
və sahibkarlar güzəştli şərtlərlə
kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti
tərəfindən lizinqə verilən və lizinq
yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin
becərilməsində istifadə olunan yanacaq üçün
dövlət subsidiyalar verir.
Hazırda
kənd təsərrüfatına yararlı torpaqlardan
və su resurslarından səmərəli
istifadə olunması məqsədilə dövlətin dəstəyi
ilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının
yaradılması işləri aparılır. Samur-Abşeron suvarma sistemi hesabına isə
Xızı rayonunda aqroparkların
yaradılması məqsədilə baş
plan hazırlanır.
Aqrar sektorda son illər görülən işlər
ötən ilin 11 ayında meyvə
ixracının 12,5 faiz, tərəvəz
ixracının 28,6 faiz
artırılmasına imkan vermişdir.
Aqrar sektorun
inkişafına müsbət təsir göstərən amillərdən
biri də özəl bölmənin,
sahibkarlığın qayğı və diqqət ilə əhatə
olunmasıdır. Dövlət
başçısının
“Sahibkarlığın inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” fərmanına
uyğun olaraq ötən
il biznes və investisiya mühitinin daha da
yaxşılaşdırılması, o
cümlədən prosedurların sadələşdirilməsi,
elektron xidmətlərin əhatə dairəsinin
genişləndirilməsi, əsassız müdaxilələrin
qarşısının alınması və digər istiqamətlər
üzrə işlər davam etdirilmişdir.
Ötən il
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara
295 milyon manat güzəştli
kredit ayrılmışdır. Bu layihələr hesabına 39 iri
istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə
verilmişdir. Cari ildə
isə daha 81 müəssisənin istifadəyə
veriləcəyi gözlənilir.
Kiçik sahibkarlıqla məşğul olan vətəndaşların uzun
illərdir ki, üzləşdikləri girov probleminin həlli məqsədilə
bank olmayan kredit təşkilatları ilə qurulmuş əməkdaşlıq da hazırda onlara kredit almaq
imkanı verir, fermerlər arasında kooperasiya əlaqələrini gücləndirir.
Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına
və 2015-ci ildə qarşıda duran vəzifələrə
həsr olunan iclasında Prezident İlham
Əliyev demişdir: “Bu
il də sahibkarlara
güzəştli şərtlərlə kreditlərin verilməsi
təmin ediləcəkdir. Bu təşəbbüsün
çox gözəl nəticələri
vardır. Biz bunu əyani
şəkildə görürük.
Bölgələrdə açılan yeni
müəssisələr və iş yerləri
bunu göstərir. Eyni
zamanda, dövlət tərəfindən sahibkarlara böyük mənəvi
dəstək göstərilir...”.
Dövlət
başçısı sözügedən iclasda
aqrar sektorun inkişafından danışarkən
həmçinin qeyd etmişdir
ki, biz keçən il və 2013-cü ildə iki
nəhəng layihəni istismara vermişik - Şəmkirçay və Taxtakörpü su anbarlarının
tikintisi başa
çatıbdır. Azərbaycan
tarixində bu layihələrin çox mühüm yeri var. Bu
layihələri ancaq müstəqillik
dövründə icra edə bilmişik və həmin layihələr Azərbaycanın
nə qədər güclü ölkə
olduğunu bir daha göstərir.
Bu layihələrin davamı olaraq kanallar çəkilməli,
yeni əkin sahələri dövriyyəyə
buraxılmalıdır. Ona görə meliorativ tədbirlər də prioritet
olaraq qalacaqdır. Bunlar
bilavasitə ərzaq təhlükəsizliyi ilə
bağlı olan layihələrdir. Biz keçən
il də görmüşük
ki, ərzaq təhlükəsizliyi ilə
bağlı olan planlar
vaxtında müəyyənləşdirilmiş və icra edilməyə
başlamışdır. Çünki ərzaq
təhlükəsizliyi hər bir ölkə
üçün enerji
təhlükəsizliyi qədər önəmlidir. Əlbəttə,
Azərbaycanın bəzi ərzaq məhsullarını
xarici bazarlardan idxal etməsinə baxmayaraq,
çalışmalıyıq ki, daxili istehsalı maksimum
artıraq, fövqəladə hallardan özümüzü qoruyaq.
Çünki keçən ildə bir sıra ərzaq məhsullarının
ixracı ilə bağlı bəzi ölkələrdə qadağalar qoyulduğunu gördük...
Prezident İlham Əliyevin tövsiyəsi
ilə hazırda ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd
təsərrüfatında istehsalın və ixracın
stimulnlaşndınrılnmansı, məhsulun rəqabətqabiliyyətliliyinin
artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli
istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin
səmərəliliyinin yüksəldilməsi məqsədilə bitkiçilik və
heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri
tədqiq edilərək sinfi təsnifatı
hazırlanmışdır. Azərbaycanın
regionları üzrə ənənəvi kənd təsərrüfatı
məhsullarının mövcud vəziyyəti
öyrənilərək müvafiq təklif
və tövsiyələr verilmiş, həmçinin,
aqrar sektorun əlavə
dəyərdə payının dinamikası
araşdırılmış, qiymət, gəlirlər,
istehsalın həcmi üzrə qiymətləndirmələr
aparılmışdır.
Azərbaycanda aqrar-sənaye
kompleksinin 270 sayda məhsul
üzrə məhsullararası balansı tərtib edilmiş, rəqabətqabiliyyətliliyinin üstünlüyünün qiymətləndirilməsi
modeli yaradılmışdır. Model üzrə aparılmış hesablamalar göstərir ki,
respublikamızın həm bitkiçilik,
həm də heyvandarlıq məhsullarının əksəriyyəti
beynəlxalq rəqabət üstünlüyünə malikdir. Bu rəqabətqabiliyyətliliyi reallaşdırmaq məqsədilə
ölkədə müxtəlif
aqro-xidmətlərin səviyyəsinin yüksəldilməsi,
dövlətin subsidiya, kredit,
maliyyə və digər dəstəklərindən səmərəli
istifadə, istehsal, bazar
və sosial infrastruktur
sahələrinin inkişafı, müasir
yemçilik müəssisələrinin
yaradılması, maarifləndirmə, elmi
və kadr təminatının
yaxşılaşdırılması üzrə təklif və
tövsiyələr hazırlanmışdır. Kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı zəncirində kompleksliliyin
təmin olunması maya dəyərinin
azaldılması, əlavə dəyərin
artırılması, sosial rifahın
yüksəldilməsi və nəticədə rəqabətqabiliyyətliliyin
artırılması baxımından çox
vacibdir.
Vaqif
BAYRAMOV
Xalq qəzeti.- 2015.- 18 yanvar.- S.6.