Qarabağ müharibəsi
haqqında yeni kitab
Bu günlərdə gənc hüquqşünas Qaya Əliyevin “Bir bölüyün manifesti” oçerki “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis tərtibatda kütləvi tirajla çap olunub. Əsər Yasamal taboru şəhidlərinin timsalında Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf edilib.
Kitabda Yasamal taborunun
II bölüyünün tərkibində
Azərbaycanın ərazi bütövlüyünün
müdafiəsi uğrunda rəşadətlə
döyüşmüş igid
oğullarımızın hər birinin keçdiyi ömür və
döyüş yolu
ayrı-ayrılıqda təhlil olunaraq,
bütövlükdə bölüyün hərbi-psixoloji panoraması
yaradılıb.
Əsərdə tabor komandiri, Azərbaycan
Respublikasının Milli Qəhrəmanı
Mirələkbər İbrahimovun həyat
və fəaliyyəti, keçdiyi
şanlı döyüş yolu da geniş
işıqlandırılıb. Kitabda, həmçinin
Qarabağ münaqişəsinin,
Xocalı soyqırımının, 20 Yanvar
hadisələrinin hüquqi aspektlərinə də toxunulub.
Kitabda “Ön sözü”ün müəllifi və redaktoru
fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanovdur.
Əsərə Milli Məclisin
deputatı, AMEA-nın müxbir üzvü və A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudov, “Yeni Azərbaycan” qəzetinin baş
redaktoru, siyasi elmlər
doktoru, politoloq Hikmət Babaoğlu, filologiya elmləri doktoru, professor Vüqar Əhməd,
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə
fəlsəfə doktoru, professor
Cəbi Bəhramov və yazıçı-publisist, polkovnik-leytenant Şəmistan Nəzirli rəy
vermişlər.
Xatırladaq
ki, sözügedən əsər ötən
il “Cinayət-prosessual qanunvericiliyin
mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” mövzusunda
monoqrafiyası nəşr edilmiş gənc
hüquqşünas Qaya
Əliyevin bədii-publisistik janrda ilk qələm təcrübəsidir.
V. ƏLİYEV
Xalq qəzeti.- 2015.- 18 yanvar.- S.8.