Qanlı Yanvar günlərində
Bakıda böyük
qırğın
törədildiyini “SOS” siqnalı ilə dünyaya
çatdıranlar
Əgər
Azərbaycan xalqına qarşı bu təcavüzü bir tərəfdən
Qorbaçov başda olmaqla Sovet İttifaqının, Sovet
İttifaqı Kommunist Partiyasının rəhbərliyi
etmişdirsə, ikinci tərəfdən və ən çox
Azərbaycan Kommunist Partiyasının rəhbərliyi, Azərbaycan
hökumətinin rəhbərliyi etmişdir və bu sonuncular
bəlkə də daha çox
günahkardırlar.
Heydər ƏLİYEV
Ümummilli lider
1990-cı il yanvarın 19-dan 20-nə gecə “şanlı sovet ordusu” Bakıda və Azərbaycanın bir sıra rayonlarında bюyük qırğın törətdi. Cəmi iki-üç gün ərzində 147 nəfər günahsız soydaşımız amansız güllələrin qurbanı oldu. 744 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbsə alındı, onlardan 112 nəfəri SSRİ-nin muxtəlif şəhərlərinə aparılaraq həbsxanalara atıldı. Sovet ordusunun hərbçiləri tərəfindən 200 ev və mənzil, 80 maşın, o cumlədən, təcili tibbi yardım maşınları sıradan çıxarıldı, yandırıcı gullələrin tюrətdiyi yanğınlar nəticəsində külli miqdarda dovlət əmlakı və şəxsi əmlak məhv edildi. Dəqiq hesablamalara görə, dovlət, ictimai və şəxsi əmlaka həmin dюvrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu.
Həmin günlərdə
bu qanlı qətliamın dünya ölkələrinə
çatdırılması böyük önəm kəsb edirdi. Bu istiqamətdə
ilk addımı o zaman Moskvada yaşayan ümummilli lider Heydər
Əliyev atdı. O, Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyində böyük toplantı keçirərək
haqq səsimizi dünyaya bəyan etdi.
Amma yanvarın o
qarlı-şaxtalı və qanlı günlərində Xəzər
dənizində gəmilərin davamlı və fasiləsiz
olaraq siqnallar verərək həyəcan təbili
çaldığı da yadımızdadır. Bəs bunlar
hansı gəmilər idi? Bu “SOS” siqnallarını verən
qorxmaz oğullarımız kimlər idi? Bu barədə hər
şeyi bilirikmi? Bax, bu gün həmin hadisələrin
iştirakçısı olmuş vətənpərvər
oğullarımızın öz
dilindən bütün bunlar barədə ətraflı məlumat
alacaqsınız.
Kərəm Yusif oğlu Məmmədov, Xəzər Dəniz Neft Donanmasının ÜİLKGİ-nin (rusca VLKSM) 40 illiyi adına gəmisinin kapitanı:
– Biz, Xəzər Dəniz
Neft Donanmasının dənizçiləri 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecəni dənizdə,
iş yerimizdə qarşıladıq. Qəfildən xəbər
çatdı ki, gecə Bakıya sovet qoşunları daxil
olub, böyük
qırğın törədilib,
çoxlu ölən var.
Bütün gəmilərə xəbər
verdik ki, sahilə tərəf getmək lazımdır. Öz gəmilərimizlə
Bakı buxtasına yaxınlaşanda binokl vasitəsilə
baxıb gюrdük ki, Azərbaycan KPMK-nın (Prezident
Administrasiyası) qarşısında izdiham var. Çoxlu
tanklar, BTR-lər toplaşıb. Yanvarın 20-də
günorta saat 12-13 arası Bakı buxtasına 110-115 gəmi
yığışdı. Amma dispetçerlər bizə sahilə
yan almağa icazə vermirdilər, deyirdilər ki, şəhərdə
qırğın var, təhlükəlidir.
Bizim gəmilər
buxtada dayananda burada olan SSRİ donanmasına məxsus hərbi
gəmilərin şəxsi heyəti - onlar, əsasən,
ruslardan ibarət idi, ermənilər də vardı -
soruşurdular ki, niyə gəlmişik, çıxıb getməyimizi
tələb edirdilər. Axşam saatlarında hərbi gəmilər
gəmilərimizin arasından keçib gedərkən bizə
iriçaplı silahlardan atəş açmağa
başladılar. Və tələb etdilər ki, burada
dayanmayaq, çıxıb gedək. Demək olar ki, gecəni
səhərə qədər onlarla mübahisədə olduq.
Gecənin bir vaxtında xəbər aldıq ki, şəhərdən
meyitləri indiki Bayraq Meydanının yerində yerləşən
hərbi donanmanın binasına gətirirlər. Təxminən
saat 2 radələrində binoklla müşahidə etdik ki,
doğrudan da, BTR-lər donanmanın binasına tərəf gəlir.
Bizdə olan məlumata gюrə, məqsəd
həmin hərbi texnikalarla gətirilən meyitləri gəmilərin
anbarlarına doldurub dənizə aparacaqlar və suların dərinliyinə
atacaqlar.
Bu zaman bütün gəmilərin
kapitanları bir yerə toplaşdıq. Danışdıq ki,
nəsə etməliyik. Amma topumuz yox, silahımız yox, neyləyə
bilərdik? Qərara gəldik ki, iclas keçirək, təşkilati
işlər gюrək, nə kimi addımlar
atacağımızı müəyyənləşdirək.
Beləliklə, “Sabit Orucov” sərnişin gəmisini özümüzə qərargah seçdik.
Onun kapitanı Mövlud Məmmədov
rus dilini yaxşı bildiyinə gюrə
bizim rəhbərimiz seçildi və hərbi və mülki
gəmilər arasında danışıq aparmağa
başladı.
İlk nюvbədə, “SOS” siqnalları verməyi qərara
aldıq. Bu, yanvarın 20-dən 21-nə keçən gecə
baş verdi. Dünyanı Bakıda baş vermiş
qırğınla bağlı xəbərdar etməyə
başladıq. Cavablar da aldıq. Baltik, Azov və digər dənizlərdən
cavablar aldıq ki, Bakıda qırğın olduğundan xəbər
tutduq, amma qışdır, köməyə gələ bilmirik.
Siqnallarımız əvvəlcə bütün günü səslənirdi,
sonra onu da tənzimlədik. Gecələr hər saatdan bir 5 dəqiqə,
gündüzlər isə hər yarım saatdan bir 5 dəqiqə
siqnal verməyi qərarlaşdırdıq. Bütün 100 gəminin
hamısı eyni vaxtda siqnal verirdi. Bu vəziyyət düz
yanvarın 25-nə qədər davam elədi.
Hərəkətlərimizi
idarə etmək üçün 7 gəmi kapitanından ibarət
heyət seçildi. Qərara aldıq ki, şəhərdə
baş verən qırğınlar barədə əlimiz
çatın yerlərə müraciət edək. Eyni zamanda, hərbi gəmilərin dənizə
çıxmasına mane olmaq üçün kanalı
(Bakı buxtasından dənizə çıxış bu
kanalla baş tuturdu) bağlamağı qərara aldıq.
Şərt qoyduq ki, ordu təcili olaraq Bakıdan
çıxmasa, əvvəlcə işarə vermək
üçün bir gəmi yandıracağıq. Əgər
tələblərimizə yenə əhəmiyyət
verilməsə, Qaraşəhərdəki bütün neft
rezervuarlarını yandıracağıq. Bu tələblərimizi
ratsiya vasitəsilə hərbi qərargahda oturan Sov.İKP
MK-nın məsul nümayəndəsi admiral Sidorova da
çatdırdıq. O, bizi qəbul etdi, tələblərimizi
dinlədi. Və izah etməyə çalışdı ki, dənizə
aparılanlar meyitlər deyil, hərbçilərin ailələri
olacaq. Təklif etdik ki, sahildən uzaqlaşan gəmilərə
bizim nümayəndələr baxış keçirsinlər.
“Babazadə” gəmisinin kapitanı, ağsaqqalımız
Müzəffər Məmmədov (indi 85 yaşı var) dedi
ki, yaşlı olduğum üçün qoyun mən gedim, юlməli olsam da, mən юlüm, siz
cavansınız. Lakin sonra Sidorov buna imkan vermədi, bildirdi ki,
nə vaxtdan mülki gəmilər hərbi gəmiləri
yoxlayan olub, tutun onları, güllələyin. Bu zaman
bütün 100-dən artıq gəminin kapitanı bəyan
etdik ki, biz də tarana gedəcəyik. Bundan sonra bizim oradan
salamat çıxmağımıza imkan verdilər.
Bakıdan da xəbər
almaqda çətinlik çəkirdik. Şəhərdə
nə baş verdiyini bilmirdik. Yalnız dispetçerlərimiz
qorxa-qorxa müəyyən məlumat çatdıra bilirdilər.
Onların da başının üstündə rus hərbçiləri
oturmuşdular.
Səhər
Neftçi Qurbanın müavini vardı, rəhmətlik
Ağasif Hacıyev, bizim idarənin baş mühəndisi
Gülağa Bağırov (indi o da rəhmətə gedib) və
biz 7 kapitan o zamankı Ali Sovetin (indiki Milli Məclis) sədri
Elmira Qafarovanın qəbuluna gəldik. O zaman SSRİ Ali Sovetinin
deputatı olan rəhmətlik Tofiq İsmayılov da orda idi,
bizi çox gözəl
qarşıladı, dedi ki, sizin fəaliyyətinizdən
yaxşı xəbərdarıq, siz qoymadınız
qırğın davam eləsin, artıq qırğını
saxlayıblar. Bəstəkar, Xalq artisti Arif Məlikov da
orda idi. Elmira Qafarova qara çarşab
bağlamışdı. Bizi çox mehribanlıqla qəbul
etdi. Dedi ki, elimizin qəhrəman
oğlanları, siz gecə-gündüz o siqnalı verirsiniz,
qoymursunuz camaatımız ruhdan düşə. Burda da məsələ
qaldırdıq ki, dənizdə gəmilərin anbarında
meyitlər var, onları aparıb dənizə atmaq istəyirlər,
buna mane olmaq lazımdır.
Ordan bölünüb, yarımız Sidorovla,
yarımız da Yazovla görüşə
getdik. Bunu rəhmətlik Elmira Qafarova təşkil etdi. O, həm
də gəmilərin yoxlanacağını da bildirdi.
Yazovla görüşə Müzəffər
Bağırov, Şeyxülislam Allahşükür Paşazadə,
Arif Məlikov getdilər. Biz isə Sidorovla gюrüşə
yollandıq. Hərbi Dəniz Donanmasının
Bayıldakı qərargahına çatanda gюrdük
ki, burda xeyli adam yığışıb, əsasən də
qadın-uşaq, qışqırırlar. Bizə onları hərbçilərin
ailələri kimi təqdim edərək bildirdilər ki, siz
bunların ailələrini qırmısınız, indi də
qoymursunuz onları aparaq. Qərargahda Azərbaycandakı hərbi
donanmanın komandanı Lyaşovla gюrüşdük.
O, çox aqressiv idi, bizi güllələməklə hədələdi.
Burda bizə hədə-qorxu gəldilər ki, buxtadan
çıxmalısınız, yoxsa sizi gülləbaran edəcəyik.
Beləliklə, 4
gün ərzində nə qədər mümkün idisə,
müqavimət göstərdik.
Yanvarın 24-də dənizdə fövqəladə vəziyyət elan edərək,
bizim gəmiləri gülləbaran etməyə
başladılar. Sahildən tanklar-toplarla, dənizdən hərbi
gəmilərdən iriçaplı silahlarla
başımıza od yağdırdılar, gəmilərimizi
deşik-deşik elədilər. Murad Əliyevin gəmisinə
3600 güllə dəymişdi. Gəmi
yanmağa başladı. O vaxt eşitmişdim ki, “İnturist”
mehmanxanasının 12-ci mərtəbəsindən SSRİ
xalq deputatı, məşhur qazax yazıçısı Oljas
Süleymenov, rəhmətlik Yusif Səmədoğlu və
Anar yaranmış acınacaqlı mənzərəni
müşahidə edərək ağlayırmışlar.
Sonralar hökumətdən
xahiş elədik ki, bu gəmi o günlərin canlı
şahidi kimi, beləcə, gülləbaran edilmiş vəziyyətdə
qorunub saxlansın. Ancaq baxan olmadı, gəmini doğrayıb
tökdülər, indi ondan yalnız şəkillər
qalıb.
Bir neçə
saatlıq gülləbarandan sonra gəmiləri çəkməyə
məcbur olduq. Bizim heç bir silahımız yox idi, onlar isə
ən müasir silahlardan atəş açırdılar.
Bizim yalnız tarana getmək imkanımız vardı. Bunu rus hərbi
dənizçiləri də bilirdilər. Tarana gedəsi
olsaydıq, onların gəmilərini batıra bilərdik.
Çünki bizim gəmilər dəmirdən,
onlarınkı isə alüminiumdan idi. Buna imkan vermədilər.
Nəhayət, Xəzər Dəniz Neft Donanmasının gəmi
kapitanlarını, onların müavinlərini həbs etdilər.
Mən də onların arasında idim. Təxminən, 40-50 nəfər
idik, bizi əvvəl Şüvəlan həbsxanasına,
oradan da yük təyyarələri ilə Krasnodara
apardılar. Burada isə alman əsirləri kimi küçələrdə
gəzdirdilər, yerli əhali bizi ekstremist, rusların qatili
deyə sюyür, təhqir edirdi. Oradan isə
bir hissəmizi Orenburqa, digər hissəmizi Ulyanovsk şəhərinə
gюndərdilər. Mən Ulyansovka
düşən dəstənin içində idim. Beləcə,
hər cür zülmlə qarşılaşdıq, bitli
kameralarda cəza çəkdik. Nəhayət, burada
yaşayan azərbaycanlılar 30 gündən sonra bizi xilas
edib Bakıya yola saldılar.
O odlu-alovlu günlərdən çox çətinliklə
çıxdıq. Amma indi yeni “qəhrəmanlar”
meydana çıxıb. Mən qəti şəkildə
bildirirəm ki, o qanlı yanvar günlərində dənizdə
xalqın səsinə səs verən, hər cür cəfalara
qatlaşan yalnız bir idarənin dənizçiləri olub -
Xəzər Dəniz Neft Donanmasının. Bakıda bir
neçə gəmiçilik idarəsi var:
balıqçılıq idarəsi, “Kaspar”, Xəzər Dəniz
Neft Donanması. Birinci ikisi o hadisələrdə
iştirak etməyib. Biz orda mübarizə
aparanda “Kaspar”ın rəis müavini gəlib mənə irad
tutmuş, demişdi ki, sən kimsən, bu gəmilərin
(sovet hərbi gəmilərinin) qabağını kəsmisən.
Mən də sualla cavab vermişdim ki, sizin şəhərdə
ölənlərdən
xəbəriniz varmı. Demişdi ki, cəhənnəmə
ölsünlər.
İndi onun adına gəmi var. Həmin
idarədən bir gəmi belə bizə
qoşulmamışdı.
Əlbəttə, biz o zaman vuruşanda
bilmirdik ki, gələcəkdə Azərbaycan bu qədər
gюzəl, abad bir юlkə olacaq. Sinəmizi
qabağa vermişdik ki, ölkəmizi viran qoymasınlar,
insanlarımızı юldürməsinlər.
Nə yaxşı ki, Heydər Əliyev ikinci dəfə
hakimiyyətə gəldi, nə yaxşı ki, sonra İlham
Əliyev prezident oldu və Azərbaycan bu qədər
inkişaf edə, gözəlləşə
bildi. Amma indi bəzi yalançılar özlərini qəhrəman
kimi təqdim etməyə çalışırlar. “Kaspar”ın “qəhrəmanı” televiziya ekranına
(ANS kanalı) çıxıb bəyan edir ki, bu işlərə
o başçılıq edib. O hadisələrin
iştirakçısı olmuş dənizçilər isə
buna etiraz edirlər. Biz həmin kanalla da əlaqə
saxlamışıq. Həmin adam o
vaxt “Kaspar”ın baş mühəndisi olub. İndi
də hansısa firmada işləyir, özü də Həccə
gedib-gəlib.
Bilirsinizmi, aradan 25 il keçib, bizim
də sıralarımız yavaş-yavaş seyrəlir, bu
anlaşılmazlığa biryolluq son qoymaq lazımdır.
Biryolluq hamı bilməlidir ki, 20 Yanvar gecəsində,
sonrakı günlərdə dənizdə sinəsini sipər
edib “SOS” siqnalı verərək dünyanı Bakı
qırğınından xəbərdar edən, qırğının
uzun müddət davam etdirilməsinin qarşısını alan kimlər olub. İndi müxtəlif
telekallarda, qəzetlərdə gənc insanlar işləyirlər,
o günləri görməyiblər.
Özünü “qəhrəman”
kimi təqdim edən təsadüfi adamları
danışdırıb müsahibə alırlar. Amma əsl iştirakçılar kənarda
qalır. Mən təklif edərdim ki, ya
bizim idarəyə (Xəzər Dəniz Neft Donanması), ya da
o zaman yığışdığımız yerə
(Bakı buxtası) bir lюvhə
vurulsun və orada yazılsın ki, “Burda Xəzər Neft
Donanmasının dənizçiləri sovet faşist ordusu ilə
mübarizə aparıblar”. Və hamı
bilsin ki, lazım gələndə kimi danışdırmaq
lazımdır. Həm də dənizçilər hər
il yanvarın 20-də həmin yerə əklil
qoya, o günləri yada sala bilərlər.
Unutmaq lazım deyil ki, o günlərdə
od-alovun altında yüzlərlə insan - dənizçi
hünər gюstərib, milli
qeyrət gюstərib. Moskvanın fikri Bakıda bir həftə
qırğın aparmaq idi. Meyitləri isə xəlvətcə
daşıyıb dənizə tökəcəkdilər,
nə qədər adamın öldüyünü
heç kim bilməyəcəkdi. Ortaya 5-10 meyit çıxaracaqdılar ki, ölüm
halları bundan ibarətdir. Bunu rəhmətlik
Tofiq İsmayılovla söhbətində
Yazov da etiraf etmiş, planı tam həyata keçirə bilmədiklərini
demişdi. İndi biz 7 kapitandan 4-ü rəhmətə
gedib. Heç olmasa, indi həmin hadisələri
xatırladan bir lюvhə
qoyulsa, əsl həqiqətin harda olduğu aydın olar.
Rövşən
Əsgər oğlu Dəmirov - Xəzər Dəniz Neft
Donanmasının “Nefteqaz-64” gəmisinin kapitanı:
– Yanvarın 20-də səhər tezdən gəmilərimizin
yerləşdiyi Limanbazaya (Zığ ərazisi) gəldim. Burada iki-üç kapitanın
yığışdığını gюrdüm. Axşam
baş vermiş qırğın haqda söhbət etdik. Danışdıq ki, bəlkə etiraz səsimizi
ucaltmaq üçün Bakı buxtasına
yığışaq. Təklifi kapitan Gülağa Məcidov
verdi. Kapitanı olduğum gəmini
işə salıb Dəniz Vağzalı istiqamətində hərəkətə
başladım. Gülağa isə
donanmamızın başqa gəmilərinə də xəbər
vermişdi. Bir azdan bütün gəmilərin
ardımızca düzüldüyünü gюrdüm. Bir
azdan “Vixr-12" gəmisi (kapitanı İbrahim Salayev) də gəlib
qabağa keçdi. Bütövlükdə 100-dən
çox gəmi toplaşdı.
Sonra “Sabit Orucov” gəmisində kapitanlar Mövlud Əliyev,
Müzəffər Əliyev, Murad Əliyev, Hidayət
Atakişiyev, Ağalar İbrahimov, Gülağa Məcidov bir
yerə toplaşaraq qərar qəbul etdilər ki,
bütün dünyaya SOS siqnalı verək. Belə
də etdik.
Həmin gün axşam saat 7 radələrində
xəbər gəldi ki, hərbi gəmilər meyitləri dənizə
atmaq üçün aparır. Mən öz gəmimizlə
onları müşayiət edərək Nargin adası istiqamətində
yola düşdüm və yaxınlaşanda gördüm ki, iki hərbi gəmi
işıqlarını sюndürüb,
hərbi postu keçib gedir. Mən isə
öz gəmimin
işıqlarını yandırıb-söndürməklə
işarə verdim ki, dayansınlar. Lakin həmin
gəmilərdən bizim gəmini atəşə tutmağa
başladılar. Mən öz gəmimlə bu gəmilərdən
birini vurdum (tarana getdim). Bundan sonra atəşlər bir az da intensivləşdi. Bizdə
isə heç bir silah yox idi. Bu vaxt qarşıdakı
iki gəminin yanında üçüncü torpedo gəmisini
də gördüm. Bu gəmidən
bizi təxminən yarım saat atəşə tutdular. Gəmimin idarə mərkəzində salamat
şüşə qalmadı. Bu gəmini
Polşadan oktyabr ayında gətirmişdim. Hərbi gəmilərdən də böyük, təzə bir gəmi
idi. Mərmilər onu deşik-deşik eləmişdi.
Gördüm,
atəş dayanmır, işıqları yandırdıb
işarə verdim ki, gəmimiz saya oturub. Onlar,
sən demə, belə də başa düşüblər,
elə biliblər ki, bizim gəmini vurub deşiblər. Bunu sonralar öyrəndik.
Bundan sonra hərbi gəmilər uzuqlaşıb
getdilər.
Sonralar Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyası"ndan gəlib bizim gəmini
çəkmişdilər. 1000-ə qədər
güllə yeri saymışdılar. Əksəriyyəti
pulemyot mərmilərinin izi idi. Gəminin
santimetr yarımlıq dəmirini avtomat gülləsi ilə
deşmək mümkün deyildi. Mənim
kayutumdakı bir çox əşyalar, hətta yataq
otağımdakı şkaf da deşilmişdi. Gəmidəki adamlarımızı isə əvvəlcədən
aşağı mərtəbələrdəki otaqlarda yerləşdirmişdik
ki, güllə onları tutmasın. Beləcə,
qayıdıb Dəniz Vağzalında dayandıq.
Sonradan bildik ki, bizim gəmilərin xorla
siqal verməsi böyük effekt verib. Birinci nюvbədə,
Bakıda qırğınlar dayandırıldı. Bizdə məlumat
vardı ki, Moskvanın qırğınları bir neçə
gün davam etdirmək fikri var. Gəmilərin o vahiməli
siqnalından rus əsgərləri özlərini itirmiş, xalqımız isə
ürəklənmişdi. Eyni zamanda, radiosiqnal vasitəsilə
məlumatlar alırdıq ki, siqnallarımız, Aralıq,
Baltik və digər dənizlərdəki gəmilər tərəfindən
eşidilib. Yazırdılar ki, biz də sizinlə həmrəyik.
Bu məlumatlar “Sabit Orucov” gəmisindəki radistlər tərəfindən
qeydə alınırdı. Bilirsinizmi, gəmilərdə belə
bir qayda var ki, günün müəyyən saatlarında
bütün rabitə kəsilir, yalnız “SOS” siqnalları
eşidilir. Bizim siqnallar da bu qayda ilə dünyaya
yayılırdı. Bu, dünya üzrə qəbul edilmiş
qaydadır. Məhz bu siqnallardan sonra daxil olan həmrəylik
cavabları rus ordusunu, hətta müdafiə naziri Yazovun özünü də çıxılmaz vəziyyətə
salmışdı. Buna görə
də qırğınları nəzərdə
tutulduğundan tez dayandırmağa məcbur olmuşdular.
O hadisə zamanı bizim kapitanlardan tutulanlar oldu. Onları Rusiyanın müxtəlif şəhərlərinə
aparmışdılar. Təsadüfən
mənim dənizlə heç bir əlaqəsi olmayan
qardaşım da tutulmuşdu. O, gəmiyə mənim
yanıma gəlibmiş. Mən isə o vaxt
işdə olmamışam. Hərbçilər
gəmilərdə həbslərə başlayanda onu da
tutmuşdular. Sonra Elmira Qafarovanın
müdaxiləsi nəticəsində onu
buraxmışdılar.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2015.- 20 yanvar.- S.3.