20 Yanvar
- Qürur mənbəyimiz
Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
1988-ci ilin fevralından etibarən keçmiş SSRİ rəhbərliyinin ədalətsiz mövqeyi, millətlər arasında ayrı-seçkilik toxumu səpməsi və təcavüzkarı şirnikləndirmə siyasəti Ermənistanın, habelə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vılayəti rəhbərlərinin millətçi-şovinist təbliğatına və yerli azərbaycanlı əhaliyə qarşı Konstitusiyaya zidd hərəkətlərinə rəvac verdi. Bu, Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi-sıyasi təcavüzünün başlanğıcı idi.
Sovet İttifiqanın rəhbəri Mixail
Qorbaçov Azərbaycan xalqına divan tutmaq, onun
haqq səsini zorla, silah gücünə boğmaq
üçün SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər
Nazirliyi və Dövlət Təhlükəsizlik
Komitəsinin, həmçinin, “ALFA” və SSRİ DTK-nın
“A” təxribat qruplarının xüsusi hazırlıq keçmiş
qoşunlarından istifadə etdi. Bu dəhşətli
hərbi cinayəti həyata keçirmək üçün
DTK “təxribat maşını” işə salındı.
Bakıda hərbi xidmətdə olan rus zabitlərinin ailələri qabaqcadan ölkədən
çıxarıldı və süni surətdə
“rus qaçqınları” problemi
yaradıldı. M.Qorbaçovun bilavasitə
göstərişi ilə güc
nazirləri Yazov, Bakatin
və Kryuçkovun
başçılıq etdikləri sovet ordusunun kontingenti
1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə heç bir xəbərdarlıq edilmədən qəflətən
Bakıya yeridildi. Kommunist
diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana
qarşı cinayətkar hərbi təcavüzü 1990-cı
ildə Azərbaycan xalqına qarşı törətdi. Bu cinayət öz qəddarlığına
görə əvvəlkilərdən tamamilə fərqlənirdi.
Çünki Azərbaycana göndərilən
amansız və peşəkar cəza dəstələrinin tərkibində
erməni əsgər və zabitləri çoxluq
təşkil edirdilər. Stavropol, Krasnodar, Rostov
və digər yerlərdən səfərbərliyə
alınan, hətta Azərbaycandakı sovet
hərbi hissələrində xidmət edən erməni əsgər
və zabitlərinin əliyalın xalqın üzərinə
göndərilməsi qabaqcadan
planlaşdırılmış qətliam idi.
Sovet imperiyasının milli
münaqişələri silah
gücünə “tənzimləməkdə” “böyük
təcrübə” qazanmış ordusu öz qəddarlığını Azərbaycan
xalqından da “əsirgəmədi”.
20 Yanvar 1990-cı il tarixdə
dinc əhaliyə qarşı həyata
keçirilən cəza tədbirləri zamanı, insanlıq
əleyhinə törədilmiş dəhşətli əməl
nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, 1949-cu il Cenevrə
Konvensiyasının, habelə insan
hüquqlarına dair digər beynəlxalq
hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.
Bu faciəyə ilk olaraq öz
etirazını bildirən isə ulu
öndər Heydər Əliyev oldu. Həmin dövrdə sovet
imperiyasının rəhbərliyi tərəfindən ciddi nəzarət altında saxlanılan və
anbaan təqib olunan
Heydər Əliyev bütün bunlara baxmayaraq, 1990-cı il
yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə
gələrək mətbuat konfransı keçirdi.
O, baş verənlərlə bağlı
açıqlama verdi və
xalqımıza qarşı törədilən cinayəti ifşa etdi. Heydər
Əliyev sovet rəhbərliyinin
xalqımıza qarşı etdiyi bu zorakılığı kəskin pislədi.
Azadlıq və istiqlaliyyət uğrunda öz haqq səsini
qaldıran dinc, əliyalın insanlara qarşı həyata keçirilmiş
hüquqa, demokratiyaya
və insanlığa zidd aksiya
kimi ittiham etdi. Ulu öndər Bakıda törədilən
qanlı faciənin təşkilatçılarını cinayətkar
adlandırdı və aksiyanı törədənlərin məsuliyyətə
cəlb olunmasını qətiyyətlə tələb etdi: “Mən baş vermiş hadisələr haqqında dünən
xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl
ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada
kiçik parçası olan
Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına
başsağlığı verim. İkinci tərəfdən, bu
məsələyə öz
münasibətimi bildirmək istəyirəm. Azərbaycanda baş vermiş hadisələri
hüquqa, demokratiyaya,
humanizmə və ölkəmizdə elan olunmuş hüquqi
dövlət quruculuğu prinsiplərinə
zidd hesab edirəm”.
Kommunist ideologiyasının hökmranlıq etdiyi
bir dövrdə, imperiyanın hələ də hökmünü yeritdirdiyi vaxtda ölkəni və onun
başçısını mərkəzdə bu şəkildə kəskin tənqid etmək,
sözün əsl mənasında, böyük hünər və cəsarət tələb
edirdi.
Müdrik şəxsiyyət öz bəyanatında
açıq şəkildə o
zamankı SSRİ rəhbərinin birbaşa
göstərişi ilə tökülən qanlara
etiraz etdiyini,
insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söyləmiş,
ağır günlərdə xalqının yanında olduğunu bir daha sübut etmişdir. Xalqımızın böyük oğlu Heydər
Əliyevin 20 Yanvar hadisələri ilə
bağlı Azərbaycan xalqına göndərdiyi
başsağlığında deyilirdi:
“Bakı şəhərinə sovet ordu hissələrinin yeridilməsi ilə əlaqədar
xalqımızın başına gətirilən faciədən,
dinc əhalinin qırılmasından böyük ürəkağrısı ilə
xəbər tutdum. Bu
matəm günündə həlak olanların ailələrinə
və yaxınlarına, bütün Azərbaycan
xalqına dərin hüznlə başsağlığı
verirəm”.
Heydər
Əliyev 20 Yanvar faciəsini qəsbkarlıq
və cinayətkar hərəkət adlandırdı, bütün İttifaq rəhbərlərini
mətbuat konfransında iştirak edənlərin
gözü qarşısında ittiham etdi və qətliama kəskin etirazını bildirdi. Ulu öndərin
siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri ilə bağlı informasiya blokadası darmadağın edildi və dünya
ictimaiyyəti Sovet İttifaqının
növbəti qəddarlığından, dinc
əhaliyə amansızcasına divan
tutmasından, qadağan olunmuş
silahlardan atəş açmasından xəbərdar
oldu.
Qanlı Yanvar faciəsi ilə bağlı Heydər
Əliyev tərəfindən verilən kəskin bəyanat artıq
Azərbaycan tarixində yeni siyasi dövrün
başlanmasını bildirirdi. Heydər
Əliyevin növbəti sərt addımı isə SSRİ
Nazirlər Sovetinin partiya
təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, kommunist
partiyası sıralarından çıxmasına dair bu ərizəsində
kommunist rejiminin
ölkəni uçuruma
apardığını, SSRİ-nin
dağılmasının labüdlüyünü
açıq bəyan etmişdi. Heydər
Əliyev bu müraciətdə 20 Yanvar hadisəsi ilə bağlı qeydlərində
bildirirdi: “Bu antihumanist, konstitusiyaya və
hüquqa zidd hərəkəti
ittiham edərkən Sov.
İKP və Azərbaycan KP MK-nın bu
cinayətin üstünü
açacağına və günahkarları üzə
çıxaracağına ümid edirdim. Artıq yarım il
keçib. Nəinki bu
dəhşətli cinayətlərin hamıya çoxdan
məlum olan günahkarları üzə
çıxarılmayıb, əksinə, bunları ört-basdır
etmək üçün əllərindən
gələni edirlər. Ümid edirlər
ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı
cinayətləri on illər keçsə
də, unutmaq və bağışlamaq mümkün deyil.” Beləliklə,
1991-ci ilin iyulunda Heydər
Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını
tərk etdi.
Təəssüf
ki, Azərbaycan dövlət müstəqiliyini
əldə etdikdən sonrakı ilk illərdə
başı hakimiyyət uğrunda
mübarizəyə qarışmış respublika
rəhbərləri 20 Yanvar
qırğınına siyasi-hüquqi qiymət
verilməsi və cinayətkarların müəyyən edilməsi
istiqamətində heç bir iş aparmadılar. İlk dəfə ulu
öndər Heydər Əliyev tərəfindən
Naxçıvan Muxtar Respublikasının
Ali Məclisində 20 Yanvar
faciəsinə siyasi qiymət verildi. Ümummilli liderimizin təşəbbüsü ilə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il
21 noyabr tarixli
sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə
siyasi qiymət verilməsi haqqında” qərar
qəbul olundu. 1992-ci il
yanvarın 13-də “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı”
qəbul olundu.
1990-cı
ilin yanvarından sonra
hakimiyyətdə olan qüvvələrin
bu məsələdə ilk
vəzifəsi faciəni təhlil etmək, günahkarları
üzə çıxarmaq və dövlət səviyyəsində
siyasi-hüquqi qiymət vermək olsa da, respublika
əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla
bağlı 1993-cü ilə
qədər faktiki olaraq heç bir tədbir görülməmişdi.
1990-cı il yanvar
ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə
sessiyası öz işini
yarımçıq qoymuş və
sonrakı sessiyalarda bu
məsələnin müzakirəsini davam
etdirməmişdi. Ali Sovetin yanvar hadisələrini
tədqiq etməli olan komissiyasının
işi başa
çatdırılmamış qalmışdı.
1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında
çıxış edən xalq
deputatı Heydər Əliyev 20 Yanvar hadisəsini
növbəti dəfə çox sərt
şəkildə şərh edib:
“...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan
xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan,
xəbər vermədən, dövlət qanunlarını
kobudcasına pozaraq, Bakı şəhərinə
müasir silahlı sovet
ordusunun qoşun hissələri
yeridilmiş, onlar vəhşilik,
qəddarlıq etmiş, nəticədə
nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət
almış, itkin düşmüşdür.”
Xalqın
təkidli xahişlərindən sonra
müstəqil Azərbaycana rəhbərlik edən Heydər
Əliyev 20 Yanvar
faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilməsini təmin etdi. 1994-cü ilin
fevralında Milli Məclisin xüsusi sessiyasındakı müzakirələrdən
sonra Azərbaycana qoşun yeridilməsi
xalqımıza qarşı hərbi təcavüz və cinayət
kimi qiymətləndirildi. Həmin il mart ayının 29-da isə Milli
Məclis “1990-cı il yanvarın 20-də
Bakıda törədilmiş faciəli hadisələr
haqqında” qərar qəbul etdi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət
almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet
hərb maşınının gücünü
nümayiş
etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən
hərbi təcavüz və cinayət kimi
qiymətləndirildi. Beləliklə, ümummilli
lider Heydər Əliyevin rəhbərliyi
altında 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi milli dövlətçiliyimizin bərpası
istiqamətində də mühüm rol oynadı.
1994-cü
il yanvarın 12-də keçirdiyi
müşavirədə Prezident Heydər
Əliyev 20 Yanvar faciəsinə
münasibət bildirərkən respublika
rəhbərliyinin bu dəhşətli
hadisə barədə xalqa müfəssəl
məlumat verməməsini qətiyyətlə pisləmişdir: “...Xalqa təcavüz
olunmuş, günahkarlar
isə hələ müəyyənləşdirilməmişdir.
Görünür ki,
ötən yaxın illərdəki Sovetlər Birliyi,
respublika rəhbərliyi, məsul şəxslər
öz mənafeləri naminə bu böyük faciənin əsl
mahiyyətini xalqa bəyan etməmişlər”.
Heydər
Əliyev şəhidləri və şəhid ailələrini
heç vaxt diqqətdən
kənar qoymurdu. 20 Yanvar
faciəsinin bütün ildönümlərində
şəxsən Şəhidlər xiyabanını ziyarət
edən ulu
öndər, şəhid ailələrinə müraciətlə
bütün Azərbaycan xalqı
adından onlara başsağlığı verir,
problemləri ilə yaxından maraqlanırdı.
Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev
şəhidlərin xatirəsinin uca
tutulmasına, şəhid ailələrinin sosial
məsələlərinin yoluna
qoyulmasına xüsusi diqqət göstərir.
Dövlətimizin başçısının “20 Yanvar şəhidinin ailəsi üçün
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında” 19 yanvar
2006-cı il tarixli fərmanı
bu baxımdan müstəsna əhəmiyyət
kəsb edir. Prezident İlham Əliyev Azərbaycanın
azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda
həlak olmuş şəhidlərin xatirəsinin
dövlət səviyyəsində böyük
ehtiramla yad edilməsi
üçün müvafiq
qərarlar qəbul edib. Məhz dövlətimizin
başçısının təşəbbüsü
ilə Şəhidlər xiyabanında əsaslı təmir və
yenidənqurma işləri aparılıb, Bakının “20 Yanvar” dairəsində Qanlı Yanvar
şəhidlərinin xatirəsinə memorial
abidə kompleksi ucaldılıb.
...Son
illərdə ölkədə əlil və şəhid ailələrinin
mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına fərdi
və yaşayış evləri inşa olunur. Müvafiq olaraq 20 Yanvar şəhidlərinin
ailələri, əlilləri də belə mənzillərlə
təmin olunur. Konkret rəqəmlə desək,
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən
40 nəfər şəhid ailəsi və 20 Yanvar
əlili mənzillə, 47 nəfər əlil isə “Oka” markalı maşınla təmin edilib. Əlillərin
sağlamlığının bərpası da
diqqət mərkəzindədir. Onların
reabilitasiyası üçün respublikada yeni
sağlamlıq mərkəzləri inşa
olunub. Bu gün xalqımız 20
Yanvar hadisələrinin 25-ci ildönümünü qeyd
edir, igid
övladlarının fədakarlığını məhəbbətlə
xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bu
qədirbilənlik həm də o deməkdir
ki, az keçməyəcək
Qarabağda da eyni mətinliklə Qələbə
qazanacağıq...
Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir...
Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru,
professor
Xalq qəzeti.- 2015.- 24 yanvar.- S.6.