Prezident İlham Əliyev:
Dövlət tərəfindən sahibkarlara
böyük mənəvi dəstək göstərilir
Hər bir yerdə yerli icra
orqanlarının rəhbərləri, icra
başçıları, vəzifəli şəxslər
sahibkarlara köməklik göstərməlidirlər. Onların
fəaliyyətinə dəstək verməlidirlər,
onların işinə müdaxilə etməməlidirlər,
qanunsuz tələblər irəli sürməməlidirlər.
Sahibkarlara yalnız köməklik göstərmək
lazımdır ki, öz işlərini daha da səmərəli
şəkildə qura bilsinlər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycanın
sürətli iqtisadi inkişafında özəl sektorun,
kiçik və orta sahibkarlığın rolu
böyükdür. Təkcə bu faktı qeyd etmək kifayətdir
ki, son illərdə ölkə iqtisadiyyatına
yatırılan investisiyaların böyük əksəriyyəti
özəl sektorlar tərəfindən qoyulan daxili
investisiyalardır. Bu, həm də onu göstərir ki, Azərbaycan
dövlətinin gücü artmış, özəl sektor
ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir.
Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2015-ci ildə
qarşıda duran vəzifələrə həsr olunan
iclasında Prezident İlham Əliyev bununla bağlı
demişdir: “Bu il də sahibkarlara güzəştli şərtlərlə
kreditlərin verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün çox gözəl nəticələri
vardır. Biz bunu əyani
şəkildə görürük.
Bölgələrdə açılan yeni
müəssisələr və iş yerləri
bunu göstərir. Eyni
zamanda, dövlət tərəfindən sahibkarlara böyük mənəvi
dəstək göstərilir. Yerlərdə də
bu işlər düzgün
təşkil edilməlidir və sahibkarlara
bu il həm də öz vəsaitlərindən istifadə etməklə
ölkəmizin real sektoruna
vəsait qoymağı tövsiyə edirəm. Çünki dövlət sahibkarlara
uzun illərdir ki, böyük dəstək verir.
Güzəştli şərtlərlə verilən bu kreditlərin həcmi yüz
milyonlarla ölçülür,
bəlkə də milyardı ötüb.
Sahibkarlar da həm o imkanlardan istifadə etməlidirlər,
eyni zamanda, - artıq uzun illərdir ki, onlar da öz
kapitallarını əldə ediblər, - ölkənin
inkişafına, real sektorun
inkişafına daha da
çox sərmayə qoymalıdırlar.
Eyni zamanda, biz xarici investorları da qeyri-neft sektoruna
cəlb etməliyik. Əlbəttə ki, xarici investorlar daha çox neft-qaz sektoruna investisiya qoymağa
maraqlıdırlar. Ancaq biz
onları indi digər sektorlara
da cəlb edirik və
edəcəyik. Yaradılan xüsusi proqramlar çərçivəsində texnoparklar, aqroparklar
salınacaq və bütün bunlar xarici investorları da cəlb edəcək”.
Özəl sektor, kiçik və orta sahibkarlıq, sadəcə olaraq,
biznes mühitini
yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir.
Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat
ölkə başçısı İlham
Əliyevin fərman və sərəncamlarına əsasən
Azərbaycanda uğurla aparılır.
Ölkə başçısının
“Sahibkarlığın inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında” fərmanına uyğun
olaraq ötən il biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi,
elektron xidmətlərin əhatə dairəsinin
genişləndirilməsi, əsassız müdaxilələrin
qarşısının alınması və digər istiqamətlər
üzrə işlər davam etdirilmişdir.
2014-cü ildə
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara
50 faizi qaytarılmış vəsait
hesabına olmaqla 295 milyon
manat güzəştli kredit
verilmişdir. Bu layihələr
üzrə 12500-dən çox yeni iş yerinin
yaradılması nəzərdə tutulur.
Fond tərəfindən maliyyələşdirilmiş
güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal
və infrastruktur müəssisəsi
istifadəyə verilmişdir. 2015-ci ildə
isə daha 81 müəssisənin istifadəyə
veriləcəyi gözlənilir. Kiçik sahibkarlıqla məşğul
olan vətəndaşların uzun illərdir ki, üzləşdikləri
girov probleminin həlli
məqsədilə bank olmayan
kredit təşkilatları ilə qurulmuş əməkdaşlıq onlara kredit almaq
imkanı verir, fermerlər arasında kooperasiya əlaqələrini gücləndirir.
Ölkə Prezidenti demişdir:
“Hər bir yerdə yerli
icra orqanlarının rəhbərləri,
icra başçıları, vəzifəli
şəxslər sahibkarlara köməklik
göstərməlidirlər. Onların fəaliyyətinə
dəstək verməlidirlər, onların işinə
müdaxilə etməməlidirlər, qanunsuz
tələblər irəli sürməməlidirlər. Sahibkarlara yalnız köməklik göstərmək
lazımdır ki, öz
işlərini daha da
səmərəli şəkildə qura
bilsinlər”.
Hazırda Azərbaycanda
sahibkarlığın inkişafının yeni
təşkilati-iqtisadi modellərinin - xüsusi
iqtisadi zonaların, sənaye şəhərciklərinin
və biznes inkubatorların tətbiqi sahəsində
müvafiq işlər aparılır. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq strukturlarının
yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi
və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli
əmtəələrin və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən
müvafiq şərait yaradılmışdır. Ötən
illərdə vergi yükünün
azaldılması və vergi
prosedurlarının asanlaşdırılması, dövlət
qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin
tətbiqi, sahibkarlıq subyektlərinə güzəştli
kreditlərin verilməsi özəl sektorun
inkişafını daha da
sürətləndirmişdir.
Azərbaycan dövləti
tərəfindən ölkəmizin davamlı
inkişafında, ictimai-siyasi və makroiqtisadi sabitliyin təmin
olunmasında, sosial məsələlərin
həllində özəl bölmənin roluna
mühüm önəm verilir.
Dövlətimizin başçısı bu
məsələnin vacibliyini xüsusi vurğulayaraq demişdir: “Həm bölgələrdə, həm
böyük şəhərlərdə
sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir.
Bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur”.
Son 11 il ərzində Azərbaycanda
sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli
dərəcədə liberallaşdırılması,
sahibkarlığa dövlət maliyyə yardımı
mexanizmlərinin təkmilləşdirilməsi, ölkədə
ixrac rüsumlarının ləğvi
özəl sektorun yüksəliş tempini daha çevik etmişdir. Buna misal olaraq
deyə bilərik ki, yerli
sahibkarlığın inkişaf etdirilməsi,
onların birbaşa vergi
yükünün azaldılması məqsədi
ilə 2010-cu ildən mənfəət vergisinin
dərəcəsi 22 faizdən 20 faizə, fiziki
şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi
sahibkarlar üçün
isə 35 faizdən 20 faizə endirilmiş,
bir sıra fəaliyyət növləri üçün xüsusi
razılıq (lisenziya) alınmasına
görə dövlət rüsumunun məbləği
azaldılmışdır.
Sadələşdirilmiş
verginin ildə bir dəfə
ödənilməsi, elektron vergi hesab-fakturalarının tətbiqinə
başlanılması, kənd təsərrüfatı məhsullarının
istehsalçıları üçün
yanacaq, motor
yağları və mineral gübrələrin
dəyərinin 50 faizinin dövlət tərəfindən
verilməsi, “Aqrolizinq” ASC tərəfindən
ölkəyə gətirilən texnikaların və texnoloji avadanlıqların 10 illik
lizinqlə paylanması, buğda
istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 80
manatın ödənilməsi, bəzi fəaliyyət növləri
üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə
dövlət rüsumunun məbləğinin
aşağı salınması da özəl
bölmə üçün yaradılan
yüksək şəraitdən xəbər verir.
Hazırda Azərbaycan
İnvestisiya Şirkəti
iqtisadiyyatın qeyri-neft sahələrinin
inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji
bazasının yeniləşdirilməsinə investisiya
qoyuluşunun təşviqi məqsədilə
fəal iş aparır. Paralel olaraq
müvafiq dövlət strukturları
sahibkarların işgüzar əlaqələrinin
inkişafı və ixrac
imkanlarının dəstəklənməsi sahəsində də
müvafiq işlər görürlər.
2003-cü ildə ölkənin ixrac
qabiliyyətinin artırılması, xarici
investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin
reallaşdırılması məqsədilə təsis olunmuş Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu
(AZPROMO) özəl bölmənin ixrac
potensialının artırılmasında, investisiya
imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların
tapılmasında və birgə əməkdaşlıq
layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.
Azərbaycan
Prezidenti cənab İlham
Əliyevin “Dövlət orqanlarında elektron
xidmətlər göstərilməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında” 2011-ci il
23 may tarixli fərmanının
icrası ilə əlaqədar 2011-ci il iyul ayının 1-dən etibarən ölkədə
yeni elektron xidmətin göstərilməsinə
başlanılmışdır. Belə ki, həmin tarixdən sahibkarlıq fəaliyyətini
hüquqi şəxs yaratmadan
həyata keçirmək istəyən fiziki
şəxslər vergi orqanlarına getmədən
- İnternet Vergi
İdarəsi vasitəsilə birbaşa “online” rejimində qeydiyyata
alınırlar və bu da
qeydiyyat sahəsində mütərəqqi
bir üsuldur.
Şəffaflığın
təmini və korrupsiyaya qarşı
mübarizə tədbirləri çərçivəsində
vergitutma bazasının genişləndirilməsi,
kiçik və orta
sahibkarlığın təşviq edilməsi, vergidən
yayınma hallarına qarşı ciddi və
məqsədyönlü mübarizənin aparılması da hökumətin diqqət mərkəzindədir. Şəffaflığın
təmini baxımından qarşıda duran
əsas vəzifələrdən biri
sahibkarlıq subyektlərinin fəaliyyətində
hesabatlılığın artırılması,
nağdsız hesablaşmalara üstünlük verilməsi, müasir
dünyanın istifadə etdiyi ödəniş
alətlərinin tətbiqinin genişləndirilməsidir.
Bu məqsədlə Mərkəzi Bank və digər aidiyyəti qurumlar
ticarət və xidmət sahələrində
pos-terminalların quraşdırılması işini
daha da sürətləndirmişlər.
Eyni zamanda, stasionar telefon rabitəsinin
olmadığı obyektlərdə mobil
rabitə vasitəsilə çalışan
pos-terminalların ölkəmizə gətirilməsi təmin
edilmişdir.
Sahibkarların
hüquqlarının müdafiəsi və əsassız
müdaxilələrin aradan
qaldırılması istiqamətində bu
gün də mühüm
tədbirlər həyata keçirilir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli
Qanunu bunun bariz ifadəsidir. Bu qanunla
Konstitusiyanın müvafiq bəndlərinə
uyğun olaraq,
sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd
və prinsipləri, təşkili və aparılması
qaydaları, yoxlamalar zamanı
yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin
hüquq və vəzifələri,
sahibkarların hüquq və
maraqlarının müdafiəsi ilə bağlı tələblər
müəyyən edilir. Ölkə Prezidenti İlham Əliyev
Azərbaycanın inkişaf perspektivlərindən
danışarkən demişdir: “Ölkəmizin
inkişafı sahibkarlığın inkişafından
asılıdır. Biz bu
istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar
gətirir”.
Azərbaycan
dövləti tərəfindən son 11
ildə milli inkişaf
prioritetləri düzgün müəyyənləşdirilmiş,
ölkənin bütün potensialı intellektual resursların, insan
kapitalının gücləndirilməsi yönümündə
səfərbər edilmişdir. Bu dövrdə
respublikanın iqtisadi inkişafı
keyfiyyətcə yeni mərhələyə
qədəm qoymuşdur. Bu mərhələdə əsas
məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin
yüksəldilməsinə və dünya
təsərrüfat sisteminə səmərəli
inteqrasiyasına nail olmaqla
uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi
inkişafın davamlılığını
reallaşdırmaqdan, sahibkarlığı və özəl
sektoru daha da gücləndirməkdən ibarətdir.
Son illər imzalanan fərmanlarda,
təsdiq edilən dövlət proqramlarında bu hədəfin reallaşması üçün zəruri vəzifələr
müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının əsas məqsədi də respublika iqtisadiyyatındakı pozitiv
meyilləri daha da
sürətləndirmək və mövcud
potensialı davamlı inkişaf naminə
səfərbər etməkdir. Buna nail olunması üçün
rəqabətqabiliyyətli, ixracyönümlü,
çoxşaxəli, innovativ
iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə
siyasətinin sürətləndirilməsi, mütərəqqi
təcrübəyə əsaslanan sənaye zonalarının
yaradılması, müəssisələrin texnoloji
cəhətdən yeniləşdirilməsi, intensiv
metodların tətbiqinin daha da genişləndirilməsi və digər tədbirlər nəzərdə
tutulur.
Əlipənah
Bayramov
Xalq
qəzeti.- 2015.- 25 yanvar.- S.4.