1990-cı ilin yanvarında
Sədərək
düşmənə gözdağı oldu
Naxçıvanın coğrafi mövqeyi və sərhədləri elədir ki, onun yaşayış məntəqələri üç tərəfdən qonşuluğa xəyanətdə tayı- bərabəri olmayan erməni quldur yuvaları ilə əhatələnib. Yüz illər boyu özlərinin çirkin əməllərini gah gizlin, gah da aşkarda həyata keçirən bu namərd qonşunun 1988-ci ildə yenidən baş qaldıran əsassız torpaq iddiaları getdikcə şiddətlənən faciəli hadisələrə gətirib çıxartdı, Naxçıvanın sərhəd kəndləri sakinlərini yurdun ayıq- sayıq döyüçülərinə çevirdi.
Belə
yurd yerlərindən biri
ümummilli liderimiz
Heydər Əliyevin “Qeyrət qalası”
adlandırdığı Sədərək rayonudur.
1990— 1993-cü illərdə ermənilər Sədərəyə
14 dəfə hücum etmişdilər. İlk döyüş
1990-cı il yanvar
ayının 18-də olmuşdu. Moskvanın Bakıda
hazırladığı qanlı təxribat və
qırğından xəbərdar olan ermənilər
Azərbaycanda yaranacaq hərbi- siyasi böhrandan istifadə
edib Naxçıvanı işğal
etmək üçün hərəkətə
keçmişdilər. Yanvarın 19-dan 20-nə
keçən gecə Bakıya qoşun
yeridiləndə Naxçıvan MSSR Ali Sovetinin muxtar
respublikanın SSRİ-nin tərkibindən
çıxmaq barədə qərar qəbul etməsi
yaratdığı kəskin beynəlxalq əks- səda ilə
ermənipərəst Kremlin və daşnak yuvası Yerevanın bu
amansız niyyətinin qarşısını kəsmişdi.
Həmin ilin mart ayında ermənilər
Sədərəyə 300-ə yaxın top
mərmisi atıblar, 500-ə yaxın evi,
məktəb binalarını, ictimai-inzibati
binaları, sosial obyektləri
dağıdıblar. Həmin illərdə muxtar
respublikamızın hər yerindən, həmçinin ölkəmizin
14 rayonundan Sədərəyə kömək
gəlib. Döyüşlərdə 109 nəfər şəhidlik
zirvəsinə ucalıb ki, onların 52 nəfəri
rayonun yetirmələridir.
O illəri
xatırlayanda ulu öndərin sözləri
yada düşür:
“Muxtar respublikanın sərhəd kəndləri
dəfələrlə silahlı təcavüzə məruz qalmışdır.
Lakin biz hamımız
yaxşı bilirik ki,
əsas ağırlıq həmişə Sədərəyin
üzərinə düşmüşdür.
Sədərək kəndində vəziyyət tamam başqadır. Burada əsl
müharibə gedib, atışmalar olub”. O qanlı- qadalı günlərdə, aylarda Sədərəkdə səngərlərdə
döyüş gedəndə həyətlərdə
təndirlər tüstülənib.
Rayonun ağsaqqalları, ziyalıları ilə söhbətimizdə 25 il bundan əvvəin qanlı yanvar günlərinə yenidən qayıtdıq. Onlar bizim hələ də bilmədiklərimizdən danışdılar. Sədərək kənd 2 nömrəli tam orta məktəbdə başladığımız bu söhbətə qoşulanlar getdikcə çoxaldı, təbii bir dəyirmi masa yarandı. İllər ötsə də hamı o günlərdən həyəcanla söz açdı. Sədərək Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Teymur Quliyev bildirdi:
- O ağır günlərdə
səngərlər bizim daimi
evimizə çevrilmişdi. Bu “evlər”də müharibə ömrü yaşadıq. Ancaq
işimizin haqq olduğunu bilirdik. Ona görə də düşmən
qabağında bütün sədərəklilər
mərdliklə dayandılar.
Teymur müəllim bir məqamı da
xatırladı:
- Sədərək
hadisələrini izləmiş bir jurnalist kənddə bəzi həyətlərdən
tüstü qalxdığını görüb. Fikirləşib ki, müharibənin qanunudur,
yəqin, əks tərəfdən atılan silahlar
düşdüyü yeri
yandırır. Əsl həqiqətdə isə o vaxt Sədərəkdə
qadınlar səngərdə döyüşən igid eloğullarımıza təndir
çörəyi bişirirdilər. Bu,
insanların torpağa
bağlılığının ən yüksək nümunəsidir.
Bugünkü gənclərin bu ruhda tərbiyəsi olduqca zəruridir.
Sədərək kənd
2 nömrəli tam orta
məktəbin müəllimi Qadir Rəhimov
da ağır günləri gözləri
ilə görüb. O deyir ki, güllə səslərindən
qulaq tutulan, mərmi
yağışından həyət-bacaları dağılan
Sədərəkdə 1993-cü il avqust ayının 13-də axırıncı
döyüşdə ermənilər “Qeyrət
qalası”nı qoruyan hünərli oğullara bata bilməyəcəklərini
yəqin edərək yerlərində oturdular.
Sədərək belə qorundu. Bu gün də qorunur. Özü də yüksək səviyyədə
- həm torpaq təəssübünü,
yurd sevgisini hər
şeydən üstün tutan
sədərəklilərin, burada xidməti
borcunu yerinə yetirən, sərhəddə
ayıq-sayıq dayanan əsgərlərimizin
hesabına, həm də dövlətimizin böyük qayğısı gücünə.
Bu məqamda istər-istəməz
ulu Dədə Qorqudun
aforizmə çevrilmiş sözlərini
xatırlayırsan: “Torpağı qorumursansa
– əkib-becərməyinə, əkib-becərmirsənsə
– qorumağına dəyməz”. Sədərəkdə torpaq həm qorunur, həm
də becərilir.
Rayon Təhsil Şöbəsinin əməkdaşı Əmir İbrahimov söhbətə qoşuldu:
- O vaxt rayon ərazisindəki
Əyyub mağarası, Cin təndiri,
Yetimlər, Həsənqulu bağı, Qaraağac,
Qurdbaba, Nadirin düzü kimi ərazilər
sədərəklilərin səngərinə çevrilmişdi.
İlk düşmən gülləsinə
tuş gələn sədərəkli iki qardaş - Malik və Elvin oldu. Hələ
məktəbə də getmirdilər. Bakının
başı hakimiyyət davasına
qarışdığından, oçətin günlərdə
sədərəklilərin, güc
aldıqları yeganə qüvvə ulu
öndərimiz Heydər Əliyev idi.
Sədərək kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Əliyeva dedi:
– Bəhs olunan hadisələr başlayanda
9 yaşım var idi. O illəri uşaq kimi xatırlayıram. Və bu
gün dərs dediyim şagirdlərə
aşılamağa çalışıram
ki, bizim mübarizəmiz haqq işidir. Haqq işi isə
həmişə qalib
gəlib. Sədərək hadisələri ilə bağlı dərs prosesində, məktəbdənkənar
və sinifdənxaric məşğələlərdə söhbətlər aparırıq,
inşa-yazı və
rəsm müsabiqələri
keçiririk. Onu da qeyd edim ki,
proqramlarda da bu mövzuya kifayət qədər yer ayrılıb. Hansı fənni tədris etməsindən asılı
olmayaraq, bu gün məktəbin bütün müəllimləri
bu işdə fəallıq göstərirlər.
Odur ki, Sədərəyin məktəbyaşlı ən
kiçik şagirdindən
tutmuş, yuxarı sinif şagirdlərinə
qədər hamı Sədərək döyüşlərində
şəhidlik zirvəsinə
yüksəlmiş eloğullarımızın
xatirəsini əziz tutur.
Sədərək Rayon İcra Hakimiyyətinin
əməkdaşı Samil
Kazımov:
- 25 il bundan əvvəl baş verənləri unutmayan sədərəklilərə
hərtərəfli dövlət
qayğısı hamımızda
məmnunluq yaradır.
Ulu öndərimizin həmin illərdə dəfələrlə
Sədərəyə gəlməsi,
bölgə sakinlərinə
tövsiyələr verməsi
təkcə buranı
deyil, bütün Naxçıvanı erməni
işğalından qorudu.
Bu gündən sabaha ümidləri olmayan sədərəklilər
o zaman dahi şəxsiyyətin ətrafında
sıx birləşdilər,
hər qaranlıq gecənin bir işıqlı gündüzü
olacağına inandılar.
Bu gün qovuşduğumuz
bu əmin- amanlıq, geniş quruculuq, yüksək rifah məhz Heydər Əliyev ideyalarının gercəkləşməsi
hesabına mümkün
olub.
Müshiblərimiz
Sədərəyin hərtərəfli
dövlət qayğısı
ilə əhatə olunmasından minnətdarlıqla
danışdılar. Söhbət
iştirakçıları düşmənə gözdağı
olan bu yurd
yerinin adamlarının
bu gün muxtar respublikada gedən sürətli və miqyaslı quruculuq işlərində
də öndə getdiklərini qürurla söylədilər.
Muxtar
MƏMMƏDOV
Naxçıvan şəhəri
Xalq qəzeti.- 2015.- 25 yanvar.- S.4.