Heydər Əliyev və müstəqil

Azərbaycanın vergi sistemi

 

Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı yenicə qazanılan müstəqilliyimizi, xaricidaxili amillərin təsiri altında dağılmaqda olan dövlətçiliyimizi xilas etdi. Bu dövrdə demokratik inkişafın əsasları qoyulmaqla, uğurlu iqtisadi siyasət müəyyənləşdirilib həyata keçirildi.

 

Həmin vaxt vergi sistemində köklü dəyişikliklərin aparılması, vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması da mühüm vəzifə kimi qarşıya qoyulmuşdu. Çünki bütün təsərrüfat sisteminin səmərəli fəaliyyəti vergi sisteminin yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğun qurulmasından asılı idi. Elə buna görə də o illərdə ulu öndər Heydər Əliyev böyük müdrikliklə demişdi: “Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik”.

Beləliklə, o dövrdə ümummilli liderin diqqət və qayğısı ilə prinsipial cəhətdən yeni vergi siyasətinin həyata keçirilməsinə başlanıldı. Vergi sisteminin təkmilləşdirilməsi, onun vahid normativ hüquqi bazasının yaradılması, vergi dərəcələrinin aşağı salınması hesabına vergitutma bazasının genişləndirilməsi, kiçikorta sahibkarlıq üçün əlverişli vergi mühitinin yaradılması, həmçinin vergi xidməti orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması tədbirləri xüsusi diqqət mərkəzində saxlanılmışdı.

Ulu öndər Heydər Əliyevin dövlət nəzarətinin qaydaya salınması, əsassız yoxlamaların qadağan edilməsi, həmçinin dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması istiqamətində verdiyi fərman və sərəncamlar vergi xidmətinin bir struktur olaraq öz fəaliyyətini yenidən qurmasında əhəmiyyətli rol oynamışdır. Bu baxımdan xüsusilə 1999-2005-ci illər Azərbaycanın vergi xidmətinin mühüm islahatlar dövrü kimi diqqət çəkir. Ümummilli liderimizin tövsiyələrinə uyğun olaraq, bütün diqqət təkmil qanunvericiliyin yaradılmasına, inzibati idarəetmənin yaxşılaşdırılmasına və vergilərin dövlət büdcəsinə tam səfərbər olunmasına yönəldilmişdi. İlk növbədə, vergi xidmətində kompleks islahatların müfəssəl strateji planı və bu islahatların həyata keçirilməsinin optimal müddətləri işlənib hazırlandı. Qısa müddətdə dünya standartlarına cavab verən yeni qanunvericilik bazası yaradıldı, onlarca mütəxəssisin cəlb edilməsi ilə aparılan böyük və gərgin prosesindən sonra 2001-ci ildə Vergi Məcəlləsi qüvvəyə mindi. Məcəllənin qəbulu sözügedən dövrdə əldə edilmiş ən böyük uğurlardan biridir.  Xüsusilə qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin hazırlanması prosesi ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə aparılmış, onun ayrı-ayrı hissələri dövlət başçısı yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilmiş, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması və s. barədə dahi şəxsiyyətin dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına imkan vermişdir.

Vergi Məcəlləsinin qəbul edilməsi vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addımlardan biri idi. Sənədin qəbulu islahatların genişləndirilməsi üçün təkan rolunu oynadı. Vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməsi üçün vergi orqanları qarşısında mühüm vəzifələr qoyuldu.

Məcəllənin qəbulu, yenivahid qanunvericilik bazasının təşkili vergi sistemində aparılan islahatlara mühüm təkan verməklə dövlət-sahibkar münasibətlərində yeni bir yanaşmanın əsasını yaratdı. Vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməsi üçün vergi orqanları qarşısında mühüm vəzifələr qoydu.

Ulu öndərin 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması isə yeni mərhələnin inkişaf meyarlarından biri olmaqla, iqtisadiyyatı yüksək artım templəri ilə müşahidə edilən Azərbaycan dövlətinin qarşısında vergi siyasətinin həyata keçirilməsinin və vergi siyasətinin iqtisadi siyasətin mühüm tərkib hissəsinin əyani təzahürü idi.

Ulu öndər müstəqil Azərbaycanın vergi xidmətinin müasirləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlayırdı. Məhz elə buna görə də reallaşdırılan struktur islahatları nəticəsində MDB məkanında bənzəri olmayan bir idarəetmə sistemi quruldu. Azərbaycanın vergi xidmətinin yeni strukturu sistemlilik, çeviklik, operativlik, əlaqələndirmə və güclü təşkilati-idarəetmə mexanizmi kimi müsbət keyfiyyətləri özündə birləşdirdi. Vergi xidmətinin kadr heyətinin yenidən komplektləşdirilməsi aparıldı, qanunvericiliyin təkmilləşdirilməsi prosesi davam etdirildi, kiçikorta sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini özündə birləşdirən optimal bir sistem yaradıldı, sadələşdirilmiş vergi sistemi tətbiq edildi. Bütün bunlar son nəticə etibarilə vergi inzibatçılığının əhəmiyyətli şəkildə yaxşılaşmasına, vergilərin məcburi yığılmasından tədricən könüllü ödənilməsinə keçidə şərait yaratdı.

Bu gün ümummilli liderin müəyyən etdiyi strategiyaya uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə vergi xidmətinin təkmilləşdirilməsi uğurla davam edir. Dövlət başçımızın müasir vergi sisteminin qurulması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq ardıcıl islahatlar həyata keçirilir. Elə bunun nəticəsidir ki, artıq vergi ödəyiciləri ilə münasibətlər dövlət və biznesin qarşılıqlı maraqlarına söykənməklə kütləvi nəzarətdən partnyorluq əlaqələrinə çevrilmişdir. Vergi sistemində xidmətin texnoloji inkişafına nail olunmuşdur. Vergi inzibatçılığı prosesinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqinə başlanılmışdır.

Sahibkarlıq fəaliyyəti subyektlərinin “Bir pəncərə” prinsipi üzrə qeydiyyatının aparılması ölkədə biznes mühitin sağlamlaşdırılması istiqamətində reallaşdırılan islahatların tərkib hissəsi kimi beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bununla yanaşı, vergi ödəyicilərinə elektron vergi bəyannamələrindən və elektron vergi hesab-fakturalarından istifadə etmək, vergiləri elektron şəkildə ödəmək, vətəndaşlarla dövlət qurumu arasında elektron formada məktublaşma imkanı verən “Online kargüzarlıq” sistemindən faydalanmaq imkanı yaradılmışdır.

Azərbaycanda ilk dəfə ƏDV inzibatçılığı prosesində vergi nəzarətinin tam elektronlaşdırılmasına imkan verən ƏDV depozit hesabı tətbiq edilmişdir. Vahid ƏDV depozit hesabının tətbiqi ƏDV üzrə vergidən yayınmaların qarşısının alınmasına, eyni zamanda, vergi ödəyicilərinin ƏDV üzrə inzibati yükünün azaldılmasına da şərait yaratmışdır.

Biznes strukturlarına və vətəndaş cəmiyyətinə beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsi işləri davamlı və ardıcıl olaraq həyata keçirilmişdir. Onu da qeyd edək ki, bu gün dövlət orqanlarının göstərdikləri elektron xidmətlər arasında vergi sistemi üzrə elektron xidmətlər uğurla tətbiq olunur. Belə ki, Vergilər NazirliyininElektron hökumət” portalı üzərindən göstərdiyi xidmətlərin sayı 59-a çatıb.

Elektron xidmətlərin geniş formada tətbiqi vətəndaş və biznes cəmiyyətinin vergi sisteminə olan inamını artırır. Ümumiyyətlə, Azərbaycanda vergi ödəyicilərinə xidmət sahəsi daim diqqət mərkəzindədir. Vergi ödəyicilərinin məlumatlandırılması, onlara hüquqi yardım, qarşılaşdıqları problemlərin həllində yardımçı olmaq işi bu sahədə həyata keçirilən siyasətin əsas prinsipləridir.

Son illər vergi ödəyicilərinə xidmətin keyfiyyətcə yeni bir mərhələyə qaldırılması üçün vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılmış, Vergilər Nazirliyinin Çağrı Mərkəzinin səmərəli fəaliyyəti təmin edilmişdir. Nazirliyin rəsmi internet saytı olan www.taxes.gov.az adamları arasında böyük populyarlıq qazanmışdır. Vətəndaş müraciətlərinə baxılması kimi mühüm məsələ də daim diqqətdə saxlanılmışdır. Bütün bunlarla yanaşı, vergi xidmətinin müasirləşdirilməsi istiqamətindəki islahatlar vergi qanunvericiliyinin təkmilləşdirilməsinə, vergi inzibatçılığının səmərəliliyinin artırılmasına, vergi ödəyicilərinə xidmətin təşkilinə, vergi nəzarətinin gücləndirilməsinə, kadr potensialının bilik və bacarığının artırılmasına öz töhfəsini vermişdir.

Vergi xidmətinin modernləşdirilməsi məqsədilə aparılan islahatlarda inkişaf etmiş Avropa ölkələrinin təcrübəsindən geniş istifadə olunur. Vergilər Nazirliyi Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA), OECD-nin Vergi İnzibatçılığı Mərkəzi ilə işgüzar əlaqələr qurmuşdur. Dünya Bankı və Avropa İttifaqı ilə birgə müxtəlif layihələrdə həyata keçirilən əməkdaşlıq Azərbaycanın vergi xidmətinin modernləşdirilməsi prosesinə öz töhfəsini verir. Artıq beynəlxalq və yerli ekspertləri, habelə vergi sahəsində tanınmış mütəxəssisləri cəlb etməklə ölkəmizdə geniş formatlı vergi forumları təşkil olunur. Həmçinin aparıcı dövlətlərin, xüsusilə Avropa ölkələrinin vergi administrasiyaları ilə ikitərəfli qaydada sıx əməkdaşlıq qurulur. Artıq dünyanın 48 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması və eləcə də 10 ölkə ilə qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında ikitərəfli sazişlər imzalanmışdır. Vergilər Nazirliyi Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş fəaliyyət planını uğurla həyata keçirirvergi qanunvericiliyini Avropa standartlarına uyğun təkmilləşdirir.

Bu gün digər sahələrdə olduğu kimi, vergi xidmətinin də qarşısında yeni, qlobal çağırışlar durur. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası milli vergi sistemi üçünyeni hədəflər müəyyən etmişdir. Vergilər Nazirliyində 2013-2020-ci illər üçün vergi sisteminin strateji inkişaf planı təsdiq olunmuşdur. Bu plan çərçivəsində 22 istiqamət üzrə 86 tədbirin həyata keçiriləcəyi nəzərdə tutulur. Onlar əsasən vergi sistemində müasir informasiya texnologiyalarının, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin qurulması istiqamətində aparılan islahatlardan ibarət olacaqdır.

Bu gün həyatımızın bütün sahələrində əldə edilmiş uğurlar ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlananonun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların nəticələri və bəhrələridir. Ona görə də Heydər Əliyevin adı müstəqil Azərbaycan dövlətinin, onun iqtisadi yüksəlişinin memarı kimi tarixdə əbədi yaşayacaqdır.

 

Vaqif  BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 28 yanvar.- S.6.