Çağdaş həqiqətlərə işıq salan ədib
Xeyrəddin Qoca — 65
Tanınmış yazıçı Xeyrəddin Qocanın anadan olmasının 65 illiyini ədəbi ictimaiyyət yubilyarın yaradıcılığına və şəxsiyyətinə böyük hörmət və qədirbilənliklə qeyd edir. Ədib ömrünün yarım əsrini ictimai qayəli sözə, cəmiyyəti narahat edən mövzuların yüksək vətəndaşlıq mövqeyindən gündəmə gətirilməsinə, ciddi publisistikaya və satirik-bədii yaradıcılığa həsr etmişdir.
Duyub-düşündüklərini
oxucularla bölüşmək ehtiyacı
Xeyrəddin Qocada hələ orta məktəbdə oxuduğu
illərdə qarşısıalınmaz özünüifadə
kimi təzahür etmişdir.
Elm- bilik öyrəndiyi məktəb dərsliklərinin,
bədii kitabların səhifələrindən bəlirlədiyi
Azərbaycan maarifçi ədəbiyyatı
və demokratik mətbuatı klassiklərinin
– böyük mirzələrimiz Fətəli
Axundzadənin, Ələkbər Sabirin, Cəlil
Məmmədquluzadənin, böyük əsilzadələrimiz Həsən bəy Zərdabinin, Üzeyir
bəy Hacıbəyovun, Əbdürrəhim bəy Haqverdiyevin və digər milli
oyanış, ictimai tərəqqi fədailərinin
xalqa sözlə xidmət məfkurəsinin
tilsiminə düşən yeniyetmə Xeyrəddin bir də heç vaxt bu cazibəli çevrədən
çıxa bilməmişdir. Bu müstəvidə həqiqət
axtarışına çıxan, Bakıya gəlib ali təhsil alan, qəzet-jurnal
redaksiyalarına ayaq açıb, ilk qələm təcrübələrini böyük mətbuatdan oxuculara
təqdim edən gənc yazar illər
keçdikcə ədəbi-bədii mühitdə, ictimai arenada özünü həqiqətsevər
ədib, yurdsevər ziyalı kimi
tanıtmağı bacarıb.
Aradan on illər keçəndən sonra demokratik ədəbiyyat
və mətbuatımızın görkəmli tədqiqatçısı,
akademik İsa Həbibbəyli
bu möhtəşəm milli-
estetik irsin fədakar
və istedadlı davamçılarından olan
Xeyrəddin Qocanın keçib gəldiyi
sənət yolunu belə formulə edib: “Çoxcəhətli fəaliyyətə malik olan Xeyrəddin
Qocanın keçdiyi yol
maarifçilikdən publisistikaya, ictimai fəaliyyətdən rəsmi diplomatik işə, qəzetçilikdən satirik nəşrə qədər geniş bir dairəni
özündə cəmləşdirir. Keçilən yolun təhlili göstərir ki,
maarifçilik onun
çoxcəhətli fəaliyyətinin möhkəm
bünövrəsini təşkil edir.
Yazıçı üçün zəruri
olan cəmiyyət həyatının, ictimai gedişatın, insanlararası
münasibətlərin dərindən dərk olunub
ələkdən keçirilməsi maarifçi
düşüncənin səviyyəsi ilə müəyyən
olunur. Müəllim ailəsində böyüyüb boya-başa
çatması, Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda ali təhsil
alması Xeyrəddin Qocanın maarifçi
dünyagörüşünün
formalaşmasında mühüm əhəmiyyətə
malikdir.”
Söz xiridarlarının dediyi
kimi, Xeyrəddin Qoca cəmiyyətin
və insanların ağrıyan yerinə yaxşı bələddir.
O illərdir ki, bu
ağrıların içində yaşayır.
Yazıçı insanların daxili aləminə
bələd olmasa, onların içdiyi suyun
dadını bilməsə, udduğu
havanı ciyərlərində hiss etməsə
heç zaman mükəmməl
əsər yarada bilməz. Xeyrəddin Qoca qələmini, yazmaq məharətini
cəmiyyətin ovqatı üstə kökləyən bir yazıçı-dramaturq, satirikdir.
Ədib indiyə qədər günün
sualını cavablandıran və sabah da aktual olacaq
məsələlərə ayna tutur. Bu güzgüdə
eybəcər görünənlər bizim
yanımızda, yaxud beş-on
addım uzaqda olanlardır.
Bax beləcə, Vətən sevgili, yurd qeyrətli
ustadların xeyir-duası ilə Xeyrəddin Qoca
illər keçdikcə püxtələşib-yetkinləşib,
dövrümüzün
sözükeçən publisist-yazıçısı kimi mötəbər mövqe
qazanıb. Onun ömür
və yaradıcılıq yolunu
açıqlıq, sadəlik, səmimilik, doğruluq,
xeyirxahlıq kimi dünyanın o başından üzü
bəri Xeyirin Şərlə
savaşında silaha çevrilmiş
ulu dəyərlər səciyyələndirir.
Beləliklə, ömür yolu soyuq bir qış
günündən başlayan Xeyrəddin Qoca indi ömrünün
65-ci ilinin zirvəsində qərar tutub. Arxada qalan
illərin diqqətçəkən məqamlarını
birlikdə vərəqləyək.
1950-ci il
yanvarın 29-da Ağdaşın Qülbəndə
obasında dünyaya göz
açan Xeyrəddin Qoca
Qəsil kənd orta məktəbini bitirib. 1971-ci ildə Pedqaqoji Universiteti, 1977-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu
bitirib. Uzun
müddət müxtəlif qəzet-jurnal, teleradio
redaksiyalarında çalışıb və əməkdaşlıq
edib. “Dan ulduzu” qəzetində baş
redaktorluğu isə həyatının
seçilən və öyünclü bir dovrü kimi xatırlanır. Korlar üçün
buraxılan bu çoxtirajlı nəşrdə
1990-1991-ci illərdə ümümmilli lider Heydər Əliyevi çevrələyən
sərt informasiya blokadasını yaran materiallar çap etdirdiyinə, korların belə fəhm
etdiyi həqiqətləri gözlülərin də görməsinə
çalışdığına görə bundan
xəbər tutan səlahiyyətlilər
“cəsarət və itaətsizliyin qarşısını almaq” üçün onu redaksiyadan kənarlaşdırıblar.
Lakin cəza və hədə-qorxular
artıq çoxsaylı satirik hekayə və
yazıları ilə tanınan, geniş oxucu rəğbəti qazanan
yazıçı-publisisti haqq yolundan döndərə bilməyib. “Mədəniyyət”və “Açıq söz” qəzetlərində,
ölkə jurnallarında mübarizəsini davam
etdirib, ümummilli lder Heydər Əliyevin itirilməkdə olan dövlət müstəqilliyimizi qorumaq və pozulmuş ərazi
bütövlüyümüzü bərpa
etmək, xalqı bəlalardan xilas etmək
üçün hakimiyyətə
qaytarılması ilə bağlı zamanın
çağırışını daha ucadan səsləndirib. Bu mübarizə zəminində
xalqın ayıq-sayıq və dəyanətli
ziyalılarının çağırışı ilə ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının əsas
publisistlərindən olan Xeyrəddin Qoca ilk 5 ildə
partiyanın orqanı olan “Yeni
Azərbaycan” qəzetinə baş redaktor kimi rəhbərlik
edib. 1995-ci ildə Milli
Məclisə deputat seçilən
tanınmış yazar 1997-2003-cü illərdə
Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətinin
İstanbul şəhərində baş konsulu olub.
Hazırda Xeyrəddin Qoca
dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsinə
xidmət göstərən nüfuzlu
ziyalılardan, ədəbi- mədəni aləmin söz sahiblərindən biri
sayılır. Tanınmış
yazıçı- publisist, sabiq millət vəkili və diplomat
Azərbaycan Respublikası Prezidentininin fərdi təqaüdünə layiq görülüb.
Çoxcəhətli fəaliyyəti ilə o,
müxtəlif yaradıcılıq və vətəndaş cəmiyyəti
qurumlarında təmsil olunur. Yubilyar təmiz ad, geniş populyarlıqla yanaşı,
çoxsaylı ədəbi təltif və mükafatlar
da qazanıb.
Ədəbi
prosesə keçən əsrin 70-ci illərində “Kirpi” jurnalında çap
edilən “Hədiyyə” hekayəsi ilə qoşulan
Xeyrəddin Qoca yarım əsrə
yaxındır ki, öz
qələmilə cəmiyyətin eyiblərini
qamçılayır, naqis insanları islah olunmağa
çağırır. Onun satirik hekayə və miniatürlərində böyük
maarifçi-demokratlarımızın milli
oyanışa səslədikləri mürgülü,
öz maraqları ilə yaşayan
tarixi tiplərin bizim
günlərdəki xələflərinin qanqal və kol- kos kimi
baş qaldırması dəyişməz
hədəflərdir. İnsanlıqla qoşa
doğulmuş Şər adlı naqislikləri Xeyrəddin
Qocanın Xeyirdən ovxar almış
qılıncı kəsib- tökür. Bu ədəbi
mübarizəsi haqqında danışan yazıçı deyir: “Vaxtilə Mirzə Cəlil, Sabir, Haqverdiyev niyə
yazırdılar? Mən də onun üçün yazıram”.
Ömrünün ahıllıq,
yaradıcılığının məhsuldar dövrünü yaşayan
ədib minlərlə çap olunmuş yazı və teleradioda
çoxsaylı çıxışından əlavə, son 20 ildə ölkəmizdə və xaricdə
buraxılmış “Filankəslər”, “Hərə öz payını götürsün”,
“Marallar”, “Gərək yazam”,
“Pyeslər”, “Bu da belə həyatdır”, “Biz
bizə bənzərik” kimi kitabların da müəllifidir. “Hərənin öz payı...” pyesi Milli Akademik Dram Teatrında, “Qonşularıma,
qohumlarıma, kirvələrimə” komediyası Azərbaycan
Televiziyasında, “Düzü-düz, əyrini-əyri”,
“Bu bizim zəmanədir”,
“Toy olacaq...” pyesləri
Azərbaycan radiosunda tamaşaya
qoyulub.
Ciddi publisist, satirik yazıçı-dramaturq Xeyrəddin
Qocanın əhatəli və dövrün
aktual mövzuları ilə sıx
bağlı olan
yaradıcılığı ötən illərdə ədibi
geniş tanıdıb və şöhrətləndirib.
Onun əsərlərini təhlil edən,
dəyərləndirən bir sıra məqalə
və kitablar işıq üzü
görüb. Son
dövrdə daha bir kitab - “Həyati proseslərin axarında” toplusu ərsəyə gəlib. Nəşrdə
ölkənin tanınmış elm və
mədəniyyət xadimlərinin dəyərli mülahizələri,
Xeyrəddin Qocanın həyat və
yaradıcılığına işıq salan
fakt, sənəd və illüstrasiyalar
toplanıb. Yazıçı- şairlərdən
Anarın, Elçinin, Qabilin,
Cabir Novruzun, Zəlimxan
Yaqubun, Sabir Rüstəmxanlının,
Ramiz Heydərin, alimlərdən Pənah
Xəlilovun, İsa Həbibbəylinin, Nizami Cəfərovun və s.
yazılarında Xeyrəddin Qoca
yaradıcılığının bədii-satirik özəllikləri,
yazıçının ədəbi prosesdəki mövqeyi yüksək dəyərləndirilir.
Ustad ədəbiyyatşünas, professor Pənah Xəlilov Xeyrəddin
Qocanın bədii yaradıcılığında əsas yön olan ictimai
satiranın özəlliyini belə təqdim edir:
“Mən Xeyrəddin Qocanın əsərlərini oxuyanda Əbdürrəhim bəy Haqverdiyevin “Marallar”ı yadıma düşür. Demək istəyirəm ki, Xeyrəddin Qocanın əsərlərində
o kişinin ruhu yaşayır. Onun
açdığı, qoyduğu
cığırı Xeyrəddin Qoca indi öz əsərlərində
yaşadır.
Xeyrəddin
Qoca həyatda adi, sadə
görünənləri, sanki, gülməli,
keçici bir adilik saymır, bu “adiliklərin”
“kiçikliyi” qarşısında bizdən
biganəlik deyil, ayıq-sayıqlıq
istəyir. Əbdürrəhim bəy Haqverdiyev,
xüsusən, Yusif Vəzir məişətimizin
“adicə” lövhələrini
çəkəndə həmin adilikdə fəlakət
görürdülər”.
Müasirləri
Xeyrəddin Qocanı əsərlərində mühüm
ictimai məsələlərə toxunan, oxucusunu uydurmalar, illüziyalar aləmindən
ayırıb, real həyata gətirən,
nöqsanları milli maraqlar
mövqeyindən tənqid edən satirik kimi tanıyıb qəbul edirlər. Onun satirik qələminin məziyyətlərindən
söz düşəndə birmənalı
olaraq bildirilir ki, Xeyrəddinin yumorlu
istehzası öz üslubuna
görə klassiklərimizin kinayəli təhkiyəsinə
söykənsə də, təmsillərinin,
atmacalarının, hekayələrinin məzmunu təzədir,
günümüzü əks etdirir. Müasir həyatımızın
acı həqiqətlərini satirik qələmlə
oxuculara çatdıran
yazıçı öz
“marallar”ının min bir
xislətini məharətlə açıb göstərir.
Ədibin uğuru bir
də ondadır ki, o,
mövzuya konkret
yanaşır və mətləbi oxuculara
xalq leksikonunun sadə,
sərrast ifadələri ilə, yığcam və
inandırıcı situasiyalarla
çatdırır.
Xeyrəddin Qoca güclü
müşahidə qabiliyyətinə malikdir.
Ancaq o, təkcə
müşahidə ilə kifayətlənmir, onların səbəblərini
açaraq, canlı obrazlar
yaratmağa müvəffəq olur, ən ümdəsi, nəticə
çıxarmağı oxucunun öhdəsinə
buraxır.
Komediyalar, satirik hekayələr,
novellalar və miniatürlər ustası
Xeyrəddin Qocanın yaradıcılığı haqqında
Azərbaycan və türk
yazıçıları, tənqidçiləri, sənətşünasları
dəyərli fikirlər söyləmişlər. Onun jurnalistikanın ciddiyyətindən bədii
yumora, sonra satiraya, nəhayət, dramaturgiyaya
gəlişində qanunauyğunluq var. Pyeslərində hadisələrə dərin
bir baxış olmaqla
yanaşı, ictimai ziddiyyətlərə
də əhatəli və ciddi münasibət
var.
Xeyrəddin Qoca müsahibələrinin birində bədii
məsləkini və satirik “mən”ini belə
açıqlayır:
“Başqalarına nikbin təsir bağışlasam da, əslində, hər dərdi ürəyimdə
çəkirəm. İnsanları çox
sevirəm. Mənim tənqidim də insanlara
olan hədsiz sevgimdən irəli gəlir.
İstəyirəm ki, cəmiyyətimizdə
nöqsansız, eyibsiz insanlar
çox olsun. Onu da deyim
ki, kövrək, hissiyatlı adamam. Məsələn, “Segah”
muğamını dinləyərkən ürəkdən
kövrəlirəm. Heç vaxt satiralarımı gülüş
naminə yazmıram. Ona görə
yazıram ki, yazmaya
bilmirəm.
Bəzən
özümə qarşı çox qəddar
oluram. Düşünürəm ki, boş vaxtım çox keçib, təəssüf
edirəm ki, həmin vaxtdan
lazımınca istifadə edə bilməmişəm. Lakin düşünürəm ki, özümdən razı qalmaq
üçün də səbəblər
var. Sadə insanam,
şəxsiyyətimi hər şeydən üstün
tuturam. Hiss edirəm ki, insanlar da
mənə hörmətlə yanaşırlar. Həqiqəti
sevən insanlar məni qiymətləndirirlər”.
Azərbaycan satirik ədəbiyyatının ən
yaxşı ənənələrini yaşadan
və zənginləşdirən Xeyrəddin Qocanın
yaradıcılığının əsas keyfiyyətini incələyən
akademik İsa Həbibbəyli
yazır: “Hazırda Xeyrəddin Qoca yeni dövr Azərbaycan ədəbiyyatında
satirik nəsr və publislistika
sahəsində mövcud boşluğu
aradan qaldırmağa şərəflə
xidmət edən ən aparıcı
yazıçı-publisistdir. Məhz onun yorulmaz satirik kimi ardıcıl yaradıcı fəaliyyəti
ilə ədəbiyyatımızda həmin boşluq
hiss olunmur.
Yazıçı Xeyrəddin Qoca müstəqillik
dövrü Azərbaycan ədəbiyyatında
miniatür satirik nəsrin
əsas yaradıcısı kimi
tanınır. Xeyrəddin Qoca Azərbaycan
ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən
sonra müasir həyatın
“marallar”ının bədii obrazını yaratmağa
müvəffəq olmuşdur. Onun “marallar”ı Molla Nəsrəddin
“marallar”ının davamçıları, xələfləridir...
Bütövlükdə, ədibin çoxcəhətli
yaradıcılığı yeniləşməyə, mənəvi
kamilliyə, əqidə bütövlüyünə, sabit ictimai mövqeyə
xidmətə ünvanlanıb”.
Şair Ramiz Heydər isə
“Yaş üstə yaş
gəlsə də...” şeirində Xeyrəddin Qocanın bədii
portretini sözlə belə rəsm edib:
Şirin ürəklərdədir onun
sözü-söhbəti,
Yazıb- yaratdıqları onun
varı-dövləti,
Özündən öndə gedir adı,
şanı-şöhrəti,
Vallah mənim gözümdə
Nəsrəddin Xocadır o
- Xeyrəddin Qocadır o !
Böyük ədəbiyyata jurnalistikanın çətin
və şərəfli yollarından keçib
gəlmiş, Azərbaycanda hamının və hər kəsin
dostu kimi ehtiram göstərilən Xeyrəddin
Qocanı 65 illik yubileyi
münasibəti ilə jurnalistlərimiz adından təbrik edir, ona möhkəm
cansağlığı və yeni yaradıcılıq uğurları
arzulayırıq.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2015.- 28 yanvar.- S.7.