“Azərbaycanın multikultural
siyasəti,
əqli mülkiyyət
və erməni saxtakarlıqları”
mövzusunda konfrans keçirilib
Aprelin 22-də Bakıda Müəllif
Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı
ilə Dünya Kitab və Müəlliflik Hüququ
Gününə, Beynəlxalq Əqli Mülkiyyət
Gününə həsr olunan “Azərbaycanın multikultural
siyasəti, əqli mülkiyyət və erməni
saxtakarlıqları” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının, nazirliklərin, beynəlxalq təşkilatların nümayəndələri, ali məktəblərin rektorları iştirak ediblər.
Konfransda MHA-nın sədri Kamran İmanov giriş sözü ilə çıxış edib.
Bildirilib ki, aprelin sonu kitab, müəlliflik hüququ və əqli mülkiyyətə aid xüsusi günlərlə əlamətdardır. Aprelin 23-ü UNESCO-nun təsis etdiyi Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Azərbaycanda bu gün 1997-ci ildən qeyd olunur. Aprelin 26-sı isə Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Müəllif Hüquqları Agentliyi bu günü 16 ildir ki, (2001-ci ildən) qeyd edir. Həmin günlərdə keçirilən müxtəlif tədbirlərin, görüşlərin, “dəyirmi masa”ların, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək vermək, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini diqqətə çatdırmaqdır.
K.İmanov deyib:
Bu il Azərbaycan üçün çox əlamətdardır.
Prezident İlham
Əliyev 2016-cı ili ölkədə “Multikulturalizm ili” elan edib. Müasir multikultural
cəmiyyətin formalaşmasına
yönəldilən və
Azərbaycan dövlətinin
başçısının iradəsinə əsaslanan
siyasi qərarlar, Azərbaycan xalqının
əsrlər boyu qaynaqlanan tolerantlıq ənənəsi hazırda
“multikulturalizmə alternativ
yoxdur” fikrini formalaşdırıb. Odur ki, bugünkü konfransda multikultural siyasətin əqli mülkiyyətin inkişafına, müəlliflik
hüququnun qorunmasına
danılmaz təsirini
və əhəmiyyətli
dəstəyini qabarıq
şəkildə göstərməyə
çalışacağıq. Çünki multikultural siyasət
fərdi kreativliyi (müəlliflik, patent hüququ)
və qrup kreativliyini (folklor, ənənəvi biliklər)
stimullaşdırır, inkişaf
etdirir və qoruyub saxlayır.
Əqli mülkiyyət hüquqları
və mədəni hüquqlar bir çərçivədədir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməyə (27 maddə)
və həmçinin
Beynəlxalq Billin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Pakta (15 maddə) əsasən, əqli mülkiyyət mədəni
hüquqların tərkib
hissəsidir. Mədəni hüquqlar isə mədəni müxtəlifliyi
dəstəkləyir və
inkişaf etdirir, bununla da muktikultural
siyasətin vacib atributuna çevrilir.
Heç
də təsadüfi deyil ki, bunlar
UNESCO-nun və DƏMT-in əlamətdar
günləri ilə bağlı şüar və devizlərində səslənir.
“Müəlliflər, yazdıqları kitablar hər birimizin səsinin eşidildiyi ümumi gələcək
uğrunda bəşəriyyətin
birgə keçmişi,
tarixi və mədəni irsi olan ailəyə birləşməsinin dəstək
verənləridir”. Bu, UNESCO-nun bəyanatındandır.
“Mədəniyyət əsərləri
çoxdan sərhədləri
aşıb. Wi-Fi erası
isə mədəniyyət
əsərlərinin yaradılması,
yayılması və
mili sərhədlərdən
çox-çox uzaq bazarlarda istehlak olunmasını dəyişdiribE,
hər bir müəllif, hüquq sahibinin sonsuz sayda qlobal əməkdaşlıq
imkanlarını yaradıb”.
Bu isə DƏMT-ın bəyannaməsində
bildirilir.
Göründüyü kimi, hər iki bəyannamə istər kitabın timsalında, istərsə
də əqli mülkiyyət obyektləri
nümunələrində sərhədsiz
dünya və qloballaşan bəşəriyyətdə
ayrı-ayrı mədəniyyətlərin
səsinin çatdırılmasını,
onların unikallığını
və müxtəlifliyini
təsbit edir, əqli nəticələrə
hörmət və ehtiramla yanaşmanın prioritet məqsəd olduğunu irəli sürür.
MHA-nın sədri
vurğulayıb ki, bugünkü konfransda Ermənistanın mədəni
hüquqlar “modelinə”
toxunulacaq. Başqalarının
mədəni müxtəlifliyini
inkar edən, onların mədəni hüquqlarını, insan
haqlarını tanımayan
və aqressiv yanaşan bu monoetnik dövlətdə
yeganə olan öz etnosunun hüquqlarını absurd dərəcədə
şişirdən erməniçilik
siyasətindən də
söhbət açacaq,
“Erməniçilik digər
xalqların hüquqlarına
xələl gətirir”
mövzusunda təqdimatla
tanış olacağıq.
Ermənistanın siyasətinin sütunlarında
siyasi mifologiya, digər xalqların torpaqlarına və mədəni irsinə iddialar, etnik təmizləmə və ksenofobiya durur. Eyni zamanda,
bu millətin “əzabkeşliyi”, “müstəsnalığı”
və “xüsusi missiyası” təbliğ olunur.
Bunların illüstrasiyası Dünya
“World Values” elmi layihəsindəki
rəqəmlərdir (UNESCO). Layihəyə əsasən, dünyanın
76 ölkəsində yaşayan
fərdlər seçim
edərək, öz identikliyini (məxsusluğunu)
icma, ölkə və dünya üzrə coğrafi qrupların birində müəyyənləşdiriblər. Buradan aydın olur ki, Azərbaycan kimi yüksək milli-vətəndaşlıq (ölkə)
və ümumbəşəriliyi
(dünya) yüksək
olan və eyni zamanda, kiçik
etnik-regional (icma) identikliyə malik ölkə tapmaq mümkün deyil. O ki qaldı Ermənistana,
burada ən yüksək icma-etnik identiklik və ən aşağı “dünya” mövcuddur. Bu, təbiidir.
Ermənilərin neqativ sxem əsasında
qurulan identikliyi digərlərinin qrupunu inkar edir, öz
seçimini onlara qarşı qoyur, qalanlarına yadellilər münasibəti bəsləyir
və adətən digərlərinin qrupuna qarşı aqressiv çıxış edir. Erməniçilik
öz identiklik qrupunu digərlərinə
qarşı müxalif
nöqteyi-nəzərindən təsəvvür edərək,
“müstəsnalığını”, “xüsusiliyini” qabardaraq, nəticə etibarilə özünü “izolyasiya”
edir və digərlərinə qarşı
etnik təmizləməni
tətbiq edir.
Sonra K.İmanov
“Erməni saxtakarlıqları
digər xalqların hüquqlarına xələl
gətirir” mövzusunda
geniş təqdimatla çıxış edib.
Təqdimatda keçmişdə və son illər kitabları dərc edilən erməni müəlliflərə istinadən, onların tarixi, coğrafi, genetika ilə bağlı həqiqətə uyğun olmayan mülahizələri, uydurmaları və saxtakarlıq faktları göstərilir, bütün bunlar elmi dəlillərlə ifşa olunur, DNK-analizinin nəticələrinə əsaslanan mövcud həqiqətlər və identikliklə bağlı sorğu nəticələri açıqlanır. Bununla yanaşı, göstərilir ki, həmin erməni müəlliflərinin uydurmaları və saxtakarlıqları o qədər də zərərsiz deyil: yalan olmaqla yanaşı, həm də başqalarının şərəf və ləyaqətinə toxunur, intellektinə, əqli mülkiyyətinə və mədəniyyətinə qəsd edir, dövlətçiliyinin tarixinin və ənənəsinin şübhə altında saxlanılmasına yönəldilir. “Odur ki, erməni saxtakarları ifşa olunub və ifşa olunacaq”.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova kitab, müəlliflik hüququ və əqli mülkiyyətə həsr olunan günlərin keçirilməsinin əhəmiyyətindən danışıb, Müəllif Hüquqları Agentliyinin fəaliyyətini yüksək dəyərləndiriblər.
Daha sonra agentliyin eksperti Elşad Əlili “Ararat mifologiyası və onun erməni tarixçiliyində rolu barədə” mövzusunda məruzə ilə çıxış edib.
Mövzular ətrafında müzakirələr aparılıb, təkliflər bildirilib.
Xalq qəzeti.- 2016.- 23
aprel.- S.6.