Maddi-mənəvi
irsin qorunması dövlətin mədəniyyət
siyasətinin prioritetlərindəndir
Xalqımızın maddi-mənəvi irsi ölkəmizin uzaq
keçmişinin zənginliyini təsdiq
etməklə yanaşı, eyni zamanda onun milli pasportu hesab edilə bilər.
Milli-mədəni irsimiz Azərbaycan xalqının tarixini
özündə yaşadan zəngin informasiya mənbəyidir. Maddi-mənəvi irsimiz
xalqımızın bu torpaqların
qədim sakinləri olduğunu danılmaz faktlarla
sübuta yetirir.
Milli-mənəvi
sərvətlərimiz tarixən keçdiyi
yolda müəyyən çətinliklərlə,
qadağalarla qarşılaşsa da, xalqımız bu dəyərləri
bütün dövrlərdə qoruyub saxlaya bilmişdir. Hətta, SSRİ dövründə
bu qadağalar
xalqın ruhunu sarsıda bilmədi. Milli-mənəvi
dəyərlərimiz qorundu,
yaşadıldı və müstəqil Azərbaycanımıza
ərməğan edildi.
Ulu
öndər Heydər Əliyev milli dəyərlərimizə
həmişə xüsusi diqqət yetirmiş, onların qorunmasını, gənc
nəslin bu ruhda tərbiyə
olunmasının vacibliyini əsas amillərdən hesab etmişdir. Ümummilli liderin belə bir fikrinə diqqət yönəltmək
istərdik: "Biz öz milli-mənəvi
dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi
dəyərlərimizi bütün istiqamətlərdə
qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər
boyu böyük
sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik". Ulu öndərin tövsiyələri ölkəmizdə
böyük
uğurla
həyata keçirilir. Bu siyasəti davam etdirən
Azərbaycan Prezidenti İlham
Əliyev mənəvi dəyərlərimizin inkişafına
və təbliğinə böyük dəstək verir.
Cənab Prezident demişdir:
"Azərbaycan öz milli,
dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli
dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini
dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan,
saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə
çox böyük
diqqət göstərilir. Bu gün qloballaşan,
çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz
bizim dövlətçiliyimizin təməlini
təşkil edir."
Azərbaycan
müstəqillik qazandıqdan sonra bu dəyərlərə qayğı daha da artırıldı.
Xüsusilə son
zamanlar muğam
ifaçılıq sənətimizin, şifahi
xalq
yaradıcılığımızın, tarixi
kitablarımızın,
mahnılarımızın, saz sənətimizin, tarixi
memarlıq abidələrimizin tədqiqinə
və öyrənilməsinə xüsusi
önəm verilir. Onlardan
əksəriyyəti müstəqillik illərində dünyanın nüfuzlu
beynəlxalq təşkilatı
olan UNESCO-nun Bəşəriyyətin Ümumdünya
Mədəni İrs Siyahısına daxil edilmişdir. Söz yox ki, bu
işdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın misilsiz xidmətləri olmuşdur.
Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin
xarici ölkələrdə təbliğində əhəmiyyətli
rol oynayır. Dünyanın müxtəlif ölkələrində, xüsusilə
böyük şəhərlərdə keçirilən konsertlər, Azərbaycan
mədəniyyəti günləri,
rəssamlarımızın sərgiləri bunu bir daha təsdiq edir.
Vətən,
ata-ana, el-oba, yurd yeri, doğma
ocaq sevgisi, namus-qeyrət
təəssübü çəkmək, vətənpərvərlik,
halal-haram, böyük-kiçik,
ədəb-ərkan, etik dəyərlər,
unudulmaz inam və
inanclarımız, nəhayət, müqəddəs milli adət-ənənələrimiz ümumən
milli mentalitetimizin
məhək daşıdır. Biz bu dəyərlərə
sadiq bir xalqın nümayəndələriyik,
onların qorunması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Bu gün Azərbaycanın mədəni irsinin özünəməxsusluğunun qorunub saxlanılması, tarix-mədəniyyət
abidələrinin öyrənilməsi və mühafizəsi
ilə bağlı müvafiq tədbirlər davam etdirilməkdədir. Qeyd edək ki, "Daşınmaz tarix və mədəniyyət abidələrinin
bərpası, qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi
və inkişafına dair 2014-2020-ci illər
üzrə Dövlət Proqramı" qəbul edilmişdir.
Bu
günə qədər respublika ərazisində
6300-dən artıq tarix və mədəniyyət
abidəsinin qeydə alındığını nəzərə
alsaq, onların müasir
tələblərə uyğun şəkildə
mühafizəsinin, tədqiqinin və təbliğinin nə qədər
mürəkkəb bir iş
olduğunu təsəvvür
etmək çətin deyil. Məhz buna görə də Dövlət Proqramı
abidələrin mühafizə, bərpa, konservasiya,
tədqiqat və təbliğat işlərinin təkmilləşdirilməsini
bir vəzifə olaraq
qarşıya qoyur.
Dövlət
Proqramı tarix və mədəniyyət
abidələrinin yenidən qeydiyyatını, bərpa və konservasiya işlərini,
pasportlaşdırılmasını, xəritələşdirilməsini,
qoruqların fəaliyyətinin inkişafını, tədqiqini,
təbliğini və s. çox
geniş və uzun
müddətli vəzifələrin
yerinə yetirilməsini nəzərdə tutur.
Azərbaycan
Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasına əsaslanan Dövlət Proqramında
daşınmaz tarix və mədəniyyət
abidələrinin, tarixi ərazilərin, tarix və mədəniyyət
qoruqlarının mühafizəsinin müasir
səviyyədə təşkili, habelə bərpası,
öyrənilməsi, təbliği və inkişafı
üzrə tədbirlər nəzərdə tutulub.
UNESCO-nun
Ümumdünya Mədəni İrs Siyahısına daxil
olan Atəşgah məbədi Prezident İlham
Əliyevin göstərişi ilə təmir və bərpa olunub. Bərpa zamanı məbədin
təməli möhkəmləndirilib, izolyasiya
olunub və daşları xüsusi
maddə ilə yuyularaq əvvəlki
görkəminə qaytarılıb. Ölkəmizin mədəni
irsinin təbliği, milli
memarlıq və bərpaçılıq sənətinin təşviqi,
tarix və mədəniyyət abidələrinin qorunmasının dəstəklənməsi
məqsədilə Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən
"Milli irs
mükafatı" təsis olunmuşdur.
Şəki xanlarının evi,
Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun
Əbu-Müslüm və Xıdır Nəbi məscidlərində
bərpa-konservasiya işləri tamamlanmışdır. Bu istiqamətdə
həyata keçirilən davamlı tədbirlər xalqın tarixi
yaddaşının yenidən
canlandırılmasına imkan yaradır.
Bir
məsələni də qeyd etmək vacibdir. Tarixən
Azərbaycanın mədəniyyət
nümunələri milli, məhəlli
münaqişələrin qurbanlarına çevrilməkdən
sığortalanmayıb. Hər dövrün
özü ilə gətirdiyi "səmum
yeli" onların bir
çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin
əvvəllərində və sonlarında ermənilərin
məkrli, çirkin siyasəti nəticəsində
yer üzündən silinən abidə və
məbədlərimiz də az olmayıb.
Həmin abidələr Azərbaycan xalqının tarixi və mədəniyyətinin zənginliyini
və qədimliyini özündə əks etdirdiyi
üçün belə qəddarcasına,
vəhşicəsinə yer üzündən
silinmiş və ya
erməniləşdirilmişdir.
Təsadüfi
deyil ki,
dağıdılmış, məhv edilmiş
maddi mədəniyyət nümunələrinin
arasında təkcə Şuşa,
Laçın və Qubadlının rəsm qalereyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin
nəinki ərazilərindəki, hətta muzeylərində qorunub saxlanan
sərvətlər belə talan edilərək
Ermənistana daşınmışdır.
Azərbaycan
dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud
tarixi, dini və mədəniyyət
abidələrinin aşkar edilməsi və
mühafizəsi istiqamətində çox
böyük və məqsədyönlü
layihələr həyata keçirilir ki, bu işdə
Heydər Əliyev Fondunun fəaliyyətini
xüsusi qeyd etmək
lazımdır. Məhz bu fondun reallaşdırdığı bir sıra regional, yerli və beynəlxalq layihələr əsasında
xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanması və gələcək nəsillərə
çatdırılması xüsusi fəaliyyət
proqramına çevrilib.
Dünya
birliyi abidələrin beynəlxalq
mühafizəsindən danışdığı bir vaxtda erməni
vandalları Azərbaycanın maddi mədəniyyət
nümunələrini yer üzündən
silməklə məşğuldur. Dəfələrlə beynəlxalq
tribunalardan səsləndirildiyi kimi, ermənilər heç
bir beynəlxalq qanunlara
əməl etmək fikrində deyillər.
Şuşa
tarixən abidələr şəhəri kimi
tanınıb. Lakin çox
təəssüf ki, 1992-ci il may ayının 8-dən
sonra burada xalqımıza məxsus maddi mədəniyyət nümunələri
dağıdılıb. Orada "güllələnmiş
heykəllərin fəryadı" isə beynəlxalq birlikdə,
sadəcə, eşidilmədi. Erməni vandalizminin Azərbaycan ərazilərinə hərbi
təcavüzü nəticəsində təkcə ötən
əsrin doxsanıncı illərinin əvvəllərində Dağlıq Qarabağ
və ona bitişik rayonlarda 13 dünya (6
memarlıq və 7 arxeoloji), 292 ölkə
əhəmiyyətli muzey, 23 bağ, park, monumental və xatirə abidələrinin,
15 dekorativ sənət nümunəsi - tarixi və mədəniyyət nümunələrinin
yerlə-yeksan edilməsi faktı artıq bir
sıra beynəlxalq təşkilatların rəsmi sənədlərində
də əksini tapıb.
İnanırıq
ki, yaxın gələcəkdə işğal altında olan
torpaqlar azad ediləcək və qansız
düşmənin tar-mar etdiyi mədəniyyət
abidələri yenidən xalqımıza qaytarılacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-
2016.- 19 avqust.- S.6.