“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və
strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 24 yanvar tarixli 18 nömrəli qərarında
dəyişikliklər edilməsi
haqqında
¹ 490
Bakı şəhəri,
30 noyabr 2016-cı il
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin
təşkili haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
10 yanvar tarixli 213 nömrəli Sərəncamında
dəyişikliklər edilməsi
və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin
fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 9 mart tarixli
827 nömrəli Fərmanının
3.5-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin
fəaliyyətinin təşkili
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamının
2.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin
və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
24 yanvar tarixli 18 nömrəli qərarında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 1, maddə 67, ¹ 10, maddə
1321; 2016, ¹ 3, maddə 584, ¹ 8, maddə 1428) aşağıdakı
dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə
- “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”
üzrə:
1.1.
1.4-cü, 4.8-ci, 8.5-ci, 8.6-cı, 11.1-ci, 11.2-ci bəndlərdə,
3.2.8-ci, 3.2.27-ci, 6.5.11-ci, 6.5.12-ci, 6.5.15-ci, 6.5.16-cı (hər iki halda),
7.1.8-ci, 7.1.9-cu, 7.1.16-cı, 7.1.19-cu, 7.1.20-ci, 9.3.1-ci, 11.2.2-ci,
11.2.3-cü, 11.2.4-cü, 11.2.5-ci, 11.2.6-cı yarımbəndlərdə
və 11-ci hissənin
adında ismin müvafiq hallarında “törəmə müəssisələri”
sözləri ismin müvafiq hallarında “törəmə hüquqi
şəxsləri” sözləri
ilə əvəz edilsin;
1.2.
2.4-cü bənd aşağıdakı
redaksiyada verilsin:
“2.4. Cəmiyyətin idarə,
filial və nümayəndəliklərinin
yaradılması və
ləğvi, törəmə
hüquqi şəxslərinin
yaradılması, yenidən
təşkili və ləğvi Cəmiyyət
tərəfindən həyata
keçirilir.”;
1.3. aşağıdakı məzmunda 3.2.6-1-ci yarımbənd
əlavə edilsin:
“3.2.6-1. Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
9 mart tarixli 827 nömrəli
Fərmanı ilə müəyyən edilmiş
qaydada Cəmiyyətin,
onun idarə, filial və nümayəndəliklərinin,
habelə törəmə
hüquqi şəxslərinin
balansında olan əmlaka münasibətdə
sərəncam vermək
hüququnun, o cümlədən
həmin əmlakın
balansdan balansa, icarəyə və istifadəyə verilməsi,
Cəmiyyətin iştirak
etdiyi birgə layihələrə pay şəklində
qoyulması, qiymətləndirilməsi,
təyinatının dəyişdirilməsi
səlahiyyətlərinin həyata
keçirilməsi;”;
1.4.
3.2.9-cu yarımbəndə “cihazlarının” sözündən
sonra “idxalı, habelə” sözləri əlavə edilsin;
1.5. aşağıdakı məzmunda 3.3-cü bənd
əlavə edilsin:
“3.3. Cəmiyyətin və onun idarə, filial və nümayəndəliklərinin,
habelə törəmə
hüquqi şəxslərinin
bu Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üçün
lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.”;
1.6. aşağıdakı məzmunda 6.4-1-ci bənd əlavə edilsin:
“6.4-1. Cəmiyyətin sədrinin
müavinləri, eyni zamanda Cəmiyyətin müvafiq idarə, filial və nümayəndəliklərinin,
habelə törəmə
hüquqi şəxslərinin
(daxili audit istisna olmaqla) rəhbəri vəzifəsini tuta bilərlər.”;
1.7.
6.5.15-ci yarımbənddə “qanunvericiliyə uyğun olaraq” sözləri “Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
9 mart tarixli 827 nömrəli
Fərmanı ilə müəyyən edilmiş
qaydada” sözləri ilə əvəz edilsin;
1.8. 6.5.17-ci yarımbənd
aşağıdakı redaksiyada
verilsin:
“6.5.17. Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
9 mart tarixli 827 nömrəli
Fərmanı ilə müəyyən olunmuş
qaydada Cəmiyyətin
idarə, filial və nümayəndəliklərinin yaradılması
və ləğvi, törəmə hüquqi
şəxslərinin yaradılması,
yenidən təşkili
və ləğv edilməsi haqqında qərarlar qəbul edir.”;
1.9.
11.1-ci bəndə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
“Cəmiyyətin idarə,
filial və nümayəndəlikləri,
habelə törəmə
hüquqi şəxsləri
Cəmiyyətin Nizamnaməsinə
əməl etməli,
öz fəaliyyəti
barədə Cəmiyyətə
hesabat verməli, Cəmiyyət tərəfindən
təsdiq edilmiş iş proqramlarının,
gəlir və xərclər smetasının
icrasını təmin
etməli, Cəmiyyət
tərəfindən keçirilən
tədbirlərdə və
Cəmiyyətin qarşısında
duran vəzifələrin
həllində iştirak
etməli, onlara həvalə edilmiş digər vəzifələri
yerinə yetirməlidirlər.”;
1.10.
11.2.1-ci yarımbənd aşağıdakı
redaksiyada verilsin:
“11.2.1. Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
9 mart tarixli 827 nömrəli
Fərmanına uyğun
olaraq, Cəmiyyətin
idarə, filial və nümayəndəliklərinin, habelə törəmə
hüquqi şəxslərinin
balansında olan əmlaka münasibətdə
sərəncam vermək,
o cümlədən həmin
əmlakı balansdan balansa, icarəyə və istifadəyə vermək, Cəmiyyətin
iştirak etdiyi birgə layihələrə
pay şəklində qoymaq,
qiymətləndirmək, təyinatını
dəyişdirmək;”;
1.11.
11.2.2-ci yarımbəndə “formalaşdırmaq” sözündən
sonra “və törəmə hüquqi
şəxslərinə münasibətdə
ümumi yığıncağa
aid digər səlahiyyətləri
həyata keçirmək”
sözləri əlavə
edilsin.
2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə
- “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin strukturu”
üzrə:
2.1. “II. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin törəmə
müəssisələri” bölməsi
üzrə:
2.1.1. adında “törəmə
müəssisələri” sözləri
“törəmə hüquqi
şəxsləri” sözləri
ilə əvəz edilsin;
2.1.2. 2-ci
hissə ləğv edilsin;
2.1.3.
3-cü hissənin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 4-cü, 5-ci və
6-cı hissələr əlavə
edilsin:
“4. “ACSC
logistics” Məhdud Məsuliyyətli
Cəmiyyəti;
5. “Dənizçi” mənzil-tikinti
kooperativi;
6. Xarici törəmə hüquqi şəxslər
və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin
iştirakçı olduğu
birgə müəssisələr.”;
2.2. “III.
“Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində
olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar
(idarələr)” bölməsinin
6-cı hissəsinin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 7-ci və
8-ci hissələr əlavə
edilsin:
“7. “Zığ” Quru Yük Limanı;
8. “İnflot” Dəniz Agentliyi.”;
2.3. “IV. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin
ayrıca bölmələri
(filial və nümayəndəlikləri)”
bölməsinin sonunda
iki nöqtə işarəsi nöqtə
işarəsi ilə əvəz edilsin və həmin bölmənin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci,
6-cı hissələri ləğv
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2016.- 1 dekabr.-
S.5.