Mahir Qabiloğlu – fikir
gəmisinin mahir kapitanı
Təxminən əsrin dörddə
biri qədər illəri əhatə edən müddət ərzində Azərbaycan
Yazıçılar Birliyi,
AzTV, “Space” Televiziyası
və “Xalq qəzeti” kimi mötəbər yaradıcılıq
qurumlarında çalışıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Kamil informasiya jurnalisti kimi tanınıb. Son bir neçə ildə isə ölkə oxucusuna kifayət qədər oxunaqlı yazılar təqdim etmiş publisist kimi hamı tərəfindən qəbul
edilir və maraqla qarşılanır. Sırf özünəməxsus olan
keyfiyyətlərindən biri
də odur ki, ədəbi yaradıcılığına münasibətdə
jurnalistika qarşısında
göstərdiyi məsuliyyəti
unudur. Bəlkə bunu jurnalist kimi fəaliyyət göstərərkən konkret
vəzifəsinin olması,
ədəbi yaradıcılıqda
isə tam sərbəstliyi
ilə əlaqələndirmək
olar. Fakt isə ondan ibarətdir ki, daha peşəkar olduğu ədəbi yaradıcılıqla ciddi
məşğul olur.
İnsafən, ortaya qoyduğu nəsr nümunələrinin və
ruscadan dilimizə tərcümə etdiyi şeirlərin
hamısı həqiqi
ədəbiyyat nümunələridir...
Söhbət Mahir Qabiloğludan
gedir.
“Atam Qabilin qəribə
əhvalatları”, “Ərmən
– Şuşanikin sevgisi”,
“Cəncəhim”
(roman), “Qurd
yağı” və “Sandıq” kitablarının
hər biri özünəməxsus müzakirələrə
səbəb olmuş Mahir Qabiloğlu ünvanına söylənilən
tərif və tənqidləri olduqca səbr, təmkin və səmimiyyətlə
qəbul edib. Onun fikrincə, haqqında bir kəlmə də olsun tərif və ya tənqid
səsləndirilməyən o qədər yeni kitablar var ki...
Bilirsiniz,
həmin kitablar haqqında nə üçün bir kəlmə də olsa demirlər? Çünki heç kəs
oxumur. Mahir isə, həqiqətən,
öz oxucu auditoriyasını tapmış,
başqa sözlə desək, formalaşdırmış
müəlliflərdəndir. Səmimiyyət xatirinə yada
salım ki, onun oxucularının çox olmasını atası Qabilin kölgəsi ilə bağlayanlar arasında mən də var idim. Kitablarını oxuyandan sonra
isə həmin fikirdən tamamilə əl çəkdim.
Üstəlik, onun Qabil yaradıcılığını hansı səviyyədə
qoruduğunu və təbliğ etdiyini görəndə “əhsən!”-
dedik. “Cəncəhim”
haqqındakı tənqidi
fikirlərimi də kitabın müsbət cəhətlərini
sadaladıqdan sonra qələmə almışdım.
Mahirin
“50 yaşında mən...”
adlı altıncı
kitabı barədə
söz açmazdan əvvəl məşhur ingilis filosofu və siyasətçisi Frensis Bekonun ( 1561-1626) bir deyimini yada salmaq
istəyirəm. O deyibmiş: “Kitablar – zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz
qiymətli yükünü
ehtiyatla aparan fikir gəmiləridir”. Nə üçün kitab haqqında deyilmiş minlərlə kəlam arasından məhz bunu yada saldım?
Çünki Mahirin altıncı kitabı, sözün həqiqi mənasında, nəsildən-nəsilə
ötürülməli və
gələcəyə çatdırılmalı
olan çoxsaylı
fikirlərlə yüklənmiş,
həm də çox ehtiyatla ( daha doğrusu, ustalıqla) gedən bir gəmi timsalındadır.
Bu gəminin “suya buraxılmaq” mərasimi olmadı.
Amma, yolun o biri başına, lazımi mənzilə çatmasının özünəlayiq
mərasimi olacağına inanırıq.
Xatırladım ki, təkcə
akademik Əhliman Əmiraslanov və
SSRİ Xalq artisti Zeynəb Xanlarova haqqında yazılmış,
həm də kitabın əvvəlində
verilmiş məqalələr
bu “gəmi”nin yükü haqqında kifayət qədər təsəvvür yaradır.
Mahir rəsmiyyət
xatirinə Əhliman Əmiraslanovun iyirmiyə qədər titulunu sadalayır və sonra bilavasitə
mahirsayaq məntiqlə
onların hamısını
bir kənara qoyaraq, qəhrəmanını
təqdim edir: “həkim, alim, müəllim”. Yəni, yazıda orijinallıq,
özünəməxsusluq nümayiş etdirir. Zeynəb Xanlarova haqqında
qələmə aldığı
yazıda isə özünün deyil, qəhrəmanının yaradıcılıqda
orijinallığını qabardır. Özü də uğurla. Məqalənin
“Zeynəbi Zeynəb edən cəhət” adlı bölməsinin
ilk abzasına nəzər
salaq: “ Tərpənmə.
Sağ əlini royalın üstünə
qoy. Sol əlini
də onun üstünə. Nəbadə yerindən tərpənəsən.
Başını tərpədə bilərsən. Üzünün cizgilərini də.Vəssalam”.
Bu, sovetin qəbul
olunmuş səhnə
mədəniyyəti idi.
Əsasən də müttəfiq respublika ekranlarında tətbiq
olunurdu. Mən Mərkəzi Televiziyada buna
rast gəlmirdim”. Bu cümlələrdən
sonra Mahir oxucuya təlqin edir ki, Zeynəb
Xanlarova SSRİ səhnə
mədəniyyətində həqiqi bir inqilab etmiş, o inqilab isə Zeynəbi Zeynəb etmişdir.
Beş onillikdə 6 kitab yazan, növbəti kitabı isə cəmi on aya ərsəyə gətirən
– oradakı bütün
yazılar 2015-ci ilin avqustundan bu il iyunun 1-dək qələmə alınmışdır
– Mahir Qabiloğlu kitabın adı ilə bağlı ortaya çıxacaq sualları əvvəlcədən
bilirmiş kimi qabaqcadan izahat verir: “Atam özünün 50, mənim isə 10 yaşım tamam olanda belə bir şeir
yazmışdı:
Əlli yaşında mən,
on yaşında sən...
Sən – yaşıl tumurcuq, mən
– sarı yarpaq.
Əlimdən sürüşən ömürdən-gündən
Əlimdə-ovcumda bir sənsən ancaq.
İndi isə mənim 50 yaşım tamam olur, atam isə
10 ildir ki, haqq dünyasındadır”.
Bu məqamda mənim qənaətim. Mahir Qabiloğlu təsəlli tapmalıdır ki, atası dünyada olmasa da, qələm indi onun əlindədir. Bu təsəllini bir statistika ilə daha da möhkəmləndirə bilərik. Belə ki, son iki il dörd ayda “Modern.az” saytında Mahir Qabiloğlunun 350-dən artıq yazısı verilib. Həmin yazıların 60-70-ni oxuyan bir adam kimi çəkinmədən deyə bilərəm ki, o məqalələrin böyük əksəriyyəti məhz gələcəyə fikir aparan gəminin yükü olmaq çəkisinə malikdir.
İndi isə yazıda bir neçə dəfə səsləndirilən “əlli” sözü haqqında. Qədim yəhudi mənbələrində əlli sözü yubiley kimi – daha doğrusu, “yuvel” şəkilində ifadə edilir. Çünki satılmış və girov qoyulmuş torpaqların öz sahibinə qaytarıldığı, qullara azadlıq verildiyi, borcluların borcunun bağışlandığı gün Musa peyğəmbər, Tövratın növbəti hekayətini xalqa oxumuş və elan etmişdi ki, bu gündən etibarən yeddi dəfə yeddi il ötəcək və ondan sonra gələn il (əllinci il-red.) yubiley olacaq. Yəni, Mahir Qabiloğlu da yubiley ərəfəsindədir, 50 yaşı tamam olur. Hörmətli həmkarımızı həm yubileyi münasibətilə, həm də fikir yüklü altıncı gəminin suya buraxılmasıyla əlaqədar təbrik edir, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2016.- 2
dekabr.- S.8.