“Azərbaycan Xalçası Ensiklopediyası”

 

Azərbaycanın, Şərqin və türk dünyasının xalça sənəti ilk dəfə akademik şəkildə tədqiq olunub dekorativ-tətbiqi sənət elmi kimi mədəniyyət tariximizə daxil olmaqdadır. Təsadüfi deyil ki, bu elmi-tədqiqat, axtarışlar və nəticələr dünyaya Azərbaycandan yayılmağa başladı. Çünki xalq tətbiqi sənətinin ağsaqqalı hesab edilən xalça mədəniyyətimiz ta qədimdən daha çox Azərbaycanda təşəkkül tapmış, yayılmışdır.

 

Bu monumental tədqiqat və axtarışlar sonda ikicildlik “Azərbaycan Xalçası Ensiklopediyası” şəklində elm aləminə təqdim olundu. Xalça ensiklopediyası otaqlarında, divarlar arasında, elmi ədəbiyyatların səhifələrində deyil, Azərbaycanın bölgələrində, ucqar kəndlərdə, qədim obalarımızda, nənələrimizin, analarımızın yaddaşlarında, saxlancında, boxçasında araşdırılmış, öyrənilmiş, yazılmış, elmə gətirilmişdir.

İkicildlik ensiklopediyanın müəllifi, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva xalça mədəniyyətimizin elmi şəkildə öyrənilməsinə, tədqiqinə və gələcək nəsillərə çatdırılmasına böyük əmək sərf edib:Bu irs, bu estetik mədəniyyət bizimdir. İstədim ki, onun sirlərini araşdırım, milli identikliyini sübut edim. Bunun üçün qədim və zəngin tarixə malik yurdumuzu qarış-qarış gəzib axtarışlar aparmağa başladım, ekspedisiyalarda iştirak etdim, coğrafi mövqeyinə, naxış kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə xalçaçılıq məktəblərimizin özəlliklərini öyrəndim, toxunma alətlərini topladım, iplərin əyrilməsi, boyanması, xalça ilə bağlı ən qədim adət və ənənələrimiz haqqında məlumatlar aldım. Yundan başlamış, ipin əyrilməsinə, hananın qurulmasına, boyaların hazırlanmasına, toxuma texnologiyasına qədər öyrənməyə və tədqiq etməyə başladım, xovluxovsuz xalçaların oxşar və fərqli xüsusiyyətlərini öyrənib elmi əsaslarını aradım. Bugünkü nəticə məni çox sevindirir, keçmişlə bugünümüzün arasındakı bağların möhkəmlənməsinə bu ensiklopediya yardım edəcəksə, demək zəhmətim hədər getməyib”.

Hər kəlməsinə ustadı, görkəmli xalçaçı-rəssam Lətif Kərimovun adı ilə başlayan Röya xanım, “Lətif müəllimin başladığı işi başa çatdırmağı özümə borc bilirəm, ensiklopediyanı yaratmaqla onun ruhu qarşısında vəzifəmi yerinə yetirmiş olduğumu düşünürəm”, – deyir. Yarandığı gündən Azərbaycan Xalça Muzeyində çalışan, bu müəssisənin rəhbəri  işləyən, təşəkkülündə və inkişafında böyük rolu olan Röya Tağıyeva muzeyin bir elm mərkəzi kimi tanınmasına da nail olub. Bu onun beynəlxalq miqyasda ekspert kimi çıxış etməsinə imkan verib.

Şah əsərimiz olan xalça sənətimiz artıq dünya mədəniyyətinin incisidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Azərbaycan xalça  sənəti  2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs Reprezentativ Siyahısına daxil edilibbu gün dünyanın ən məşhur salonlarında nümayiş etdirilir.

Azərbaycan xalçasının dünya mədəniyyətinin tərkibinə daxil edilməsində professor Röya Tağıyevanın da xidmətləri az deyil, Azərbaycan Xalça Muzeyi bu gün dünyada  ən böyüknadir xalça  kolleksiyasının qorunduğu bir məbəddir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Xalça Muzeyinin və “Japan Tabacco İnternational” Şirkətinin birgə çap etdiyi ikicildlik  “Azərbaycan Xalçası Ensiklopediyası” nın birinci cildi bir il öncə ölkəmizin və türk dünyasının mədəni mühitinə təqdim olunmuşdu. Bir neçə gün öncə Azərbaycan Xalça Muzeyində II cildin də təqdimat mərasimi keçirildi. Müəllif bu cilddə daha çox xovsuz xalçaların tədqiqatını aparıb. Yeri gəlmişkən, qeyd edək ki, xalça muzeyinin ekspozisiya  fondlarına palaz, cecim, şəddə, zili, ladı, vərni, sumax da daxil olan  bir-birindən rəng çalarları, çeşniləri və texnoloji toxunma üsulları ilə seçilən xovsuz xalçalar, məişətdə geniş uteletar əhəmiyyət kəsb etməklə yanaşı, yaraşıqlı bəzək elementləri ilə toxunulmuş məfrəş, xurcun, heybə, çanta, çul, xaralsair toxuculuq məmulatları ta toplanmışdır. İkinci cildi xovsuz xalçalara aid ilk ən müəkəmməl tədqiqat işi hesab etmək olar.

Xovlularadan fəqrli olaraq xovsuz xalçaların hər birinin öz adı varbu adlar hərəsi ayrıca bir simvoldur. Heç bir ad təsadüfi deyil. Xovsuz xalçaların hər birinin toxunma texnologiyası da fəqlidir. Müəllif bunlar haqqında geniş araşdırmalara yer vermişdir. Bildirilir ki, xovsuz xalçalar toxuculuq sənətinin erkən dövrünə təsadüf edir və xalçaçılığın meydana gəlməsi texnika və ornamentasiyasına görə, öncə xovsuz, sonrakı mərhələdə isə xovlu xalçalar inkişaf etmişdir. Köçəri əhalinin məişətində geniş istifadə olunan xalçaxalça məmulatları əsasən xovsuz texnikada toxunurdu. Ənənəvi olaraq xovsuz xalçalar əsasən üfiqi dəzgahda toxunurdu.

Təqdimat mərasimində çıxış edən görkəmli mədəniyyət xadimləri, sənətşünaslar “Azərbaycan Xalçası Ensiklopediyası”nı təkcə Azərbaycanın deyil, türk dünyasının qiymətli irsi adlandırdılar. Şərqin və türk dünyasının ortaq mədəniyyəti olan xalçaçılığın ilk dəfə ensiklopediya şəklində nəfis tərtibatı Azərbaycan  mədəniyyəti  tarixində, əslində, bir hadisədir. Qeyd edildi ki, buÜmumtürk Xalçası Ensiklopediyası”nın yaranmasına bir vəsilə ola bilər. Çünki naxışların dili də, elementlər də, damğalar da eynidir. Bu gün türk dünyasının belə bir ensiklopediyaya ehtiyacı var.

Xalqımızın mənəvi dəyərini, gücünü, milli özünəməxsusluğunu öyrənmək və yaşatmaq zərurətindən yaranmış ikicildlik “Azərbaycan Xalçası Ensiklopediyası” ümid edirik ki, neçə-neçə akademik tədqiqatların mövzusu, xalq tətbiqi sənətinə gələn gənclərin məlumat kitabı olacaq, onları bilgiləndirəcək, yetişən nəsilin qədim mədəniyyətimizlə tanışılığında və öyrənməsində etibarlı körpü rolunu ­oynayacaq.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2016.- 7 dekabr.- S.7.