“Torpaq sahələrinin ayrılması haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1994-cü il 31 dekabr tarixli 425 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
¹ 493 Bakı şəhəri, 7 dekabr
2016-cı il
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddə-sinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin və Azərbaycan Respublikası
Əmlak Məsələləri
Dövlət Komitəsinin
Qafqaz Müsəlmanları
İdarəsi ilə razılaşdırılmış təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. “Torpaq sahələrinin ayrılması haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1994-cü il 31 dekabr tarixli 425 nömrəli qərarına
1 nömrəli əlavə
– “İctimai ehtiyaclar üçün torpaq sahəsi ayrılan təşkilatların siyahısı”nın
ikinci hissəsi ləğv edilsin.
2. Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsi,
Qafqaz Müsəlmanları
İdarəsi və Şabran Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri
həll etsinlər.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2016.- 8 dekabr.-
S.5.