“Dövlət
Xidmətlərinin Elektron
Reyestrinin aparılması
Qaydaları”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
¹ 496 Bakı şəhəri,
9 dekabr 2016-cı il
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
“Dövlət orqanları tərəfindən
həyata keçirilən
xidmətlərin Elektron
Reyestrinin yaradılması
ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
11 sentyabr tarixli 262 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 9 iyun tarixli 934 nömrəli Fərmanının 2.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 2, maddə
222; 2016, ¹ 9, maddə 1577) aşağıdakı
dəyişikliklər edilsin:
1. Preambulada “Dövlət orqanları tərəfindən həyata
keçirilən xidmətlərin”
sözləri “Dövlət
Xidmətlərinin” sözləri
ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “Dövlət xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları” üzrə:
2.1. adında
və 1.1-ci bəndində
(birinci halda) “xidmətlərinin” sözü
“Xidmətlərinin” sözü
ilə əvəz edilsin;
2.2. 1.1-ci bənddə
“dövlət xidmətlərinin”
sözləri “Dövlət
Xidmətlərinin” sözləri
ilə əvəz edilsin;
2.3. 1.2.1-ci yarımbəndə
“qurumlar” sözündən
əvvəl “xidməti
həyata keçirən”
sözləri əlavə
edilsin;
2.4. 1.2.4-cü yarımbənddə
“xidmətlərin” sözü
“Dövlət Xidmətlərinin”
sözləri ilə əvəz edilsin;
2.5. aşağıdakı
məzmunda 2.2.2-1-ci yarımbənd
əlavə edilsin:
“2.2.2-1. digər qurumlar tərəfindən
həyata keçirilən
xidmətlərin reyestrləri;”;
2.6. 2.2.3-cü, 2.5.3-cü yarımbəndlərdə, 4.1-ci və 4.5-ci bəndlərdə
“xidmət göstərən”
sözləri “xidməti
həyata keçirən”
sözləri ilə əvəz edilsin;
2.7. 2.5.1-ci və
2.5.2-ci yarımbəndlərdə “orqanın” sözü “qurumun” sözü ilə əvəz edilsin;
2.8. 3.2.3-cü yarımbənddə
“dövlət xidmətləri”
sözləri “xidmətlər”
sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-
2016.- 13 dekabr.- S.2.