Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı
ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən
təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın
verilməsi Qaydası”nda
dəyişiklik edilməsi
haqqında
¹ 497 Bakı şəhəri,
9 dekabr 2016-cı il
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına
əsasən, Azərbaycan
Respublikası Dövlət
İmtahan Mərkəzinin
təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 1, maddə
58; 2013, ¹ 5, maddə 568; 2016, ¹ 6, maddə 1199) ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən
təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın
verilməsi Qaydası”nın
1.2-ci bəndinə “qiymətləndirilməyən
və ya” sözlərindən sonra
“buraxılış imtahanında
iştirak etməyən,
yaxud” sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2016.- 13 dekabr.- S.2.