“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının)
aparılması Qaydaları”nın
təsdiq edilməsi haqqında
¹ 498 Bakı şəhəri,
12 dekabr 2016-cı il
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına və “Təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 2218 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1.“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymət-ləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ümumi təhsili həyata keçirən təhsil müəssisələrində təhsilalanların attestasiyasının aparılması, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarının layihəsini aidiyyəti qurumlarla razılaşdırmaqla, üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2016.- 13 dekabr.- S.2.