“Mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və
“Elektron xidmət növlərinin Siyahısı”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
¹ 500 Bakı şəhəri,
14 dekabr 2016-cı il
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan
Respublikasının Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin
ləğv edilməsi
haqqında” 2015-ci il 5
fevral tarixli 453 nömrəli Fərmanının
3.3-cü bəndinin və
“Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 18
sentyabr tarixli 583 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
haqqında Əsasnamə”də
dəyişikliklər edilməsi
barədə” 2015-ci il
14 sentyabr tarixli 593 nömrəli Fərmanının
2.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 11, maddə
1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə 40, ¹ 3, maddə
256, ¹ 10, maddə 1016, ¹ 11, maddə
1207; 2013, ¹ 6, maddələr 745, 757, ¹ 7, maddə 868, ¹ 8, maddələr
1005, 1018, ¹ 11, maddə 1466, ¹ 12, maddə 1639; 2014, ¹ 1, maddə
69, ¹ 2, maddələr 191, 201, 207, ¹ 3, maddələr 307, 317, ¹ 4, maddə
449, ¹ 5, maddə 560, ¹ 6, maddələr
733, 747, ¹ 7, maddələr 920, 953, ¹ 10, maddələr 1287, 1319, ¹ 11, maddələr
1505, 1506, ¹ 12, maddə 1656; 2015, ¹ 1, maddə 71, ¹ 4, maddə
465, ¹ 5, maddə 609, ¹ 6, maddə
790, ¹ 7, maddə 893, ¹ 11, maddələr
1415, 1421, ¹ 12, maddə 1573; 2016, ¹ 2, II kitab, maddələr 367,
384, ¹ 4, maddələr 774, 830, ¹ 5, maddə 955, ¹ 7, maddələr
1340, 1355, 1358, ¹ 8, maddələr 1446, 1448,
¹ 9, maddə 1578; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2016-cı il
4 noyabr tarixli 440 nömrəli qərarı)
ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. Aşağıdakı
məzmunda 11.19 - 11.21-ci bəndlər
əlavə edilsin:
11.19. Geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi
üçün müraciətin
və sənədlərin
qəbulu
11.20. Müxtəliftəyinatlı
xəritə və atlasların tərtibatı,
nəşri üçün
müraciətin və
sənədlərin qəbulu
11.21. CİS üçün
baza xəritələrinin
tərtibi ilə əlaqədar müraciətin
və sənədlərin
qəbulu
2. 24.32-ci bənd
ləğv edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2016.-15 dekabr.- S.1.