Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
29 dekabr tarixli 359 nömrəli qərarı
ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili
müəssisəsinin Nümunəvi
Nizamnaməsi”ndə dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 503 Bakı
şəhəri, 16 dekabr
2016-cı il
“Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
29 dekabr tarixli 359 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 12, maddə 1649; 2016, ¹ 10, maddə 1716; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 noyabr tarixli 478 nömrəli qərarı)
ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili
müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 16.4-cü bəndində
“inzibati tənbeh” sözləri “intizam tənbehi” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2016.- 18
dekabr.- S.2.