Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 iyun tarixli
102 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının
dəmir yolu müəssisələrində işçilərin İntizam
Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 504 Bakı
şəhəri, 16 dekabr
2016-cı il
“Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 iyun tarixli 102 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 6, maddə 574; 2013, ¹ 5, maddə 572; 2016, ¹ 2, II kitab, maddə 356; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 7 noyabr tarixli 442 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 4.24-cü bənddə “inzibati tənbeh” sözləri “intizam tənbehi” sözləri ilə əvəz edilsin.
2. 4.25-ci bənddə “İnzibati tənbehin” sözləri “İntizam tənbehinin” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2016.- 18
dekabr.- S.2.