Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2014-cü il 9 iyun tarixli 188 nömrəli qərarı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi
tərəfindən məhsulların (işlərin, xidmətlərin)
texniki normativ hüquqi aktların tələblərinə, metroloji
qayda və normalara
riayət olunmasına dövlət
nəzarəti
aparılarkən, iradnamə və tələbnamələrin
verilməsi Qaydası”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 505
Bakı şəhəri,
16 dekabr 2016-cı il
“Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
9 iyun tarixli 188 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 6, maddə 742) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya
və Patent üzrə
Dövlət Komitəsi
tərəfindən məhsulların
(işlərin, xidmətlərin)
texniki normativ hüquqi aktların tələblərinə, metroloji
qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən,
iradnamə və tələbnamələrin verilməsi
Qaydası”nın 2, 3, 4 və
5 nömrəli əlavələrinin
2-ci bəndlərində “317.2-ci” sözləri “537.2-ci” sözləri
ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2016.- 18
dekabr.- S.2.