Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 1
may tarixli 78 nömrəli
qərarı ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması
və meşələrin
bərpası Qaydaları”nda
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
¹ 506
Bakı şəhəri,
16 dekabr 2016-cı il
“Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 1
may tarixli 78 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 5, maddə
359; 2005, ¹ 1, maddə 49, ¹ 9, maddə 855; 2015, ¹ 1, maddə
67) ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası
Qaydaları”nın 2.3-cü bəndinin üçüncü
abzasına “məhkəmə
orqanlarına” sözlərindən
sonra “, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə)” sözləri
əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2016.-
18 dekabr.- S.2.