Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli
38 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının
yaşayış məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 507 Bakı
şəhəri, 16 dekabr
2016-cı il
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹3, maddə 232, ¹10, maddə 972; 2015, ¹ 2, maddə 227) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın 4.4.10-cu yarımbəndinə “ev heyvanlarının” sözlərindən əvvəl “qanunla müəyyən edilmiş hallar istisna olmaqla,” sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2016.- 18
dekabr.- S.2.