Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 10 sentyabr tarixli 136 nömrəli qərarı
ilə təsdiq edilmiş “Taxıl məhsullarının keyfiyyətinə
və təhlükəsizliyinə
dövlət nəzarətinin
həyata keçirilməsi
qaydaları haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 509
Bakı şəhəri, 16 dekabr
2016-cı il
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il
29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
15 fevral tarixli 795 nömrəli Fərmanının
1.1.2-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 10 sentyabr tarixli 136 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2009,
¹ 9, maddə 740; 2014, ¹ 2, maddə 201, ¹ 7, maddə 944; 2016, ¹ 5, maddə 955) ilə təsdiq edilmiş “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 3.9-cu bəndindən “, İnzibati Xəta Haqqında Protokol” sözləri çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2016.- 18
dekabr.- S.2.