“Müdafiəçilərə,
tərcüməçilərə, mütəxəssislərə
və ekspertlərə ödənilməli olan
məbləğlərin miqdarı haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci
il
1 fevral tarixli 31
nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
№ 511 Bakı şəhəri, 16 dekabr 2016-cı il
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 110, № 7, maddə 512; 2002, № 9, maddə 580; 2005, № 6, maddə 559; 2006,
№ 8, maddə 730; 2009, № 9, maddə 755; 2010, № 1, maddə 67) 5-ci hissəsində “376.3-cü” sözləri “66.3-cü” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2016.- 18 dekabr.- S.2.