Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il
13 iyul
tarixli 108 nömrəli
qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin
dövlət qeydiyyatına
alınması və reyestrinin aparılması Qaydaları”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 513 Bakı
şəhəri, 16 dekabr
2016-cı il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 13 iyul tarixli 108 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 7, maddə
735; 2013, ¹ 7, maddə 875) ilə
təsdiq edilmiş “Dərman vasitələrinin
dövlət qeydiyyatına
alınması və reyestrinin aparılması Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.6 nömrəli
əlavə - “Xarici dövlətdə istehsal olunan dərman vasitəsinin Azərbaycan Respublikasında
yenidən dövlət
qeydiyyatına alınması
üçün təqdim
olunan sənədlərin
siyahısı (qeydiyyat
sənədləri)”nın
6-cı hissəsinə “Qablaşdırmanın
Azərbaycan,” sözlərindən
sonra “türk,” sözü əlavə edilsin.
2.8 nömrəli
əlavə - “Dərman
vasitəsinin markalanmasına
olan tələblərin
siyahısı”nın
1-ci hissəsinə “Azərbaycan,”
sözündən sonra
“türk,” sözü
əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-2016.-
18 dekabr.- S. 2.