“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci
il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 514 Bakı şəhəri, 16 dekabr
2016-cı il
“Publik hüquqi şəxslər haqqında”
Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
3 fevral tarixli 759 nömrəli Fərmanının
1.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə
40, № 3, maddə 256, № 10, maddə
1016,
№ 11, maddə 1207; 2013, № 6, maddələr
745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə
1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr
191, 201, 207, № 3, maddələr 307, 317, № 4,
maddə 449, № 5, maddə
560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr
1287, 1319, № 11, maddələr 1505, 1506, №
12, maddə 1656; 2015, № 1, maddə
71, № 4, maddə 465, № 5, maddə
609, № 6, maddə 790, № 7, maddə
893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2, II kitab,
maddələr 367, 384, № 4, maddələr
774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə
1578; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2016-cı il 4 noyabr tarixli 440 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə
- “Elektron xidmət növlərinin Siyahısı”nın
3-cü hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1. 3.5-ci bənddən “və təhsil müəssisələrinin”
sözləri çıxarılsın.
2. 3.7-ci bənddən “və təhsil müəssisələri”
sözləri çıxarılsın.
3. 3.18-ci bənddən “və təhsil müəssisələrinin”
və “və təhsil müəssisəsinin”
sözləri çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2016.- 18 dekabr.- S. 2.