“Azərbaycan  Hava Yolları”  Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 2008-ci il 30 aprel tarixli  105  nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

№ 518      Bakı şəhəri, 19 dekabr 2016-cı il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il     30 aprel tarixli 105 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 324,

№ 10, maddə 929, № 12, maddə 1117; 2013,

№ 6, maddə 765, № 8, maddə 1019; 2014, № 2, maddə 218; 2016, № 3, maddə 578) ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Strukturunun

“II. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan qurumlar” bölməsinə aşağıdakı məzmunda  1-2-ci hissə əlavə edilsin:

“1-2. “BUTA AIRWAYS” Sərnişin Aviaşirkəti;”.

2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2016.- 20 dekabr.- S. 2.