UNEC professorunun
kitabı oxuculara təqdim edilib
Azərbaycan Dövlət İqtisad Universitetində
(UNEC) Azərbaycan dili
kafedrasının professoru
Maarifə Hacıyevanın
“Ədəbi qaynaqlar və ədəbi dəyərlər” kitabının
təqdimatı keçirilib.
Xalq şairi
Nəriman Həsənzadə
əsəri yüksək
dəyərləndirərək, onun Azərbaycanın mədəniyyəti, ədəbiyyatı,
tarixi, etnoqrafiyası haqqında dəyərli əsər olduğunu bildirib. Tehrandan olan qonaq H.Soytürk fars dilində
də çap edilən kitabın İran oxucuları üçün faydalı
olacağını xüsusi
vurğulayıb. Biznes və
menecment fakültəsinin
dekanı Mirağa Əhmədov bildirib ki, UNEC-də yalnız görkəmli iqtisadçılar deyil, ədəbiyyat, mədəniyyət
sahəsinə mühüm
töhvə verən Maarifə xanım kimi görkəmli alimlər də çalışırlar.
Maarifə Hacıyeva bildirib
ki, milli-mənəvi dəyərlərə daha
çox üstünlük
verdiyi kitabında müasir ədəbi proses, tarix və
folklor qaynaqları, müstəqillik
dövründə əldə
olunan ədəbi uğurlar, portretlər əsasında tədqiqat aparılıb, Türkiyə
və Azərbaycan ədəbi mədəni əlaqələrinin tarixi
köklərinə diqqət
ayrılıb.
Sonda “Ədəbi
qaynaqlar və ədəbi dəyərlər”
kitabı müəllifin
imzası ilə ilk oxucularına hədiyyə
edilib.
Elnarə Ömərova
Xalq qəzeti.- 2016.- 21
dekabr.- S.5.