“Həqiqətin fəlsəfəsi”

kitabının təqdimatı olub

 

Dekabrın 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun “Həqiqətin fəlsəfəsi” elmi-fəlsəfi kitabının təqdimatı olub.

 

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək traktat janrında yazılan, geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu sanballı elmi-fəlsəfi kitabın məziyyətlərindən danışıb.

Kitabın müəllifinin elmi axtarışlarından danışan K.Tahirov, eyni zamanda, alimin insani keyfiyyətlərindən söz açıb. Vurğulanıb ki, nəşr müəllifin kainat, zaman, məkan və yaranış haqqında mühəndislik fəlsəfəsi baxımından düşüncələrinin və araşdırmalarının məhsuludur. Çox sadə, anlaşıqlı dildə qələmə alınan elmi monoqrafiyada insanonun mövcudluğu, ölümölümsüzlük, ruh, kosmosla əlaqə və bu qəbildən olan bəşəri mövzulara fərqli rakurslardan nəzər salınır, bir sıra yeni elmi-fəlsəfi qənaətlər təqdim olunur. Əsərdə elmi-fəlsəfi sübutlarla hər şeyin əsasında uca Yaradanın dayandığı izah edilir.

Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, akademik Natiq Cavadov kitabın müəllifi haqqında fikirlərini bölüşərək onun elmi yaradıcılığından söz açıb. N.Cavadov Əhəd Canəhmədovun pedaqoji fəaliyyətindən bəhs edərək deyib ki, o, hər zaman tədqiqatları ilə elmə yenilik abı-havası gətirən alimlərdəndir. Akademik kitabın məziyyətlərindən danışıb, “Həqiqətin fəlsəfəsi”ndə daim insan düşüncəsini məşğul edən bir sıra sirli suallarkainat, zaman, insan, ölümsüzlükruhun varlığı, idrakın ən yüksək inkişaf formaları və digər fəlsəfi məsələlərin yer aldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, müəllif kitabda elmi təkrarçılığa yer vermir. Bütün hallarda proseslərin yaratdığı yeniliyin cövhərini, əsasını axtarır. Mühəndislik fəlsəfəsinin ocağını yaradanlardan biri kimi akademik Əhəd Canəhmədov elmi prinsiplərinə sadiq qalaraq sonda həyat və həqiqətin düsturunu təqdim edir.

Bildirilib ki, əsasən fəlsəfi əhəmiyyət kəsb edən traktatın dilinin olduqca sadə və anlaşıqlı olması əsəri oxucular üçün cəlbedici və maraqlı edir. Vurğulanıb ki, Əhəd Canəhmədov 8 monoqrafiyanın, 3 elmi kəşfin və 37-dək elmi məqalənin müəllifidir.

“Həqiqətin fəlsəfəsi” elmi əsərinin redaktoru və “Ön sözün müəllifi, Əməkdar Jurnalist  Zakir Abbas kitab haqqında ətraflı məlumat verərək əsəri alimin elmi-yaradıcılığının uğuru hesab edib.

 Tədbirdə digər çıxış edənlər kitabın elmi məziyyətlərindən danışıb, müəllifə yeni-yeni nailiyyətlər arzulayıblar. Çıxışlarda əsərin Azərbaycan fəlsəfə tarixinə və elminə dəyərli töhfə olduğu bildirilib.

Sonda çıxış edən müəllif tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Alim vurğulayıb ki, “Həqiqətin fəlsəfəsi” uzun illər topladığı elmi təcrübələr əsasında ərsəyə gəlib. O, çalışdığı Azərbaycan Milli Aviasiya Akademiyasında elmə, təhsilə göstərilən diqqətdən söz açaraq ali təhsil müəssisəsinin rektoru, akademik Arif Paşayevin bu istiqamətdə diqqət və qayğısını xüsusi qeyd edib. Daha sonra əsərin əhəmiyyətindən danışan Əhəd Canəhmədov ona bu işdə dəstək verən hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Apostroff” nəşriyyatı tərəfindən çap olunan əsərin naşiri Akif Dənzizadə, rəyçisi isə yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Samir Sədaqətoğludur.

 

AZƏRTAC

 

Xalq qəzeti.- 2016.- 24 dekabr.- S.9.