“Heydər Əliyev yolunun

layiqli davamçısı”

 

Milli Kitabxanada Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan   İlham Əliyevin  həyatı və siyasi fəaliyyətinə həsr olunmuş   geniş kitab sərgisi  açılmışdır.

 

 Sərginin açılış mərasimində  çıxış edən  Milli Kitabxananın direktoru,  professor Kərim Tahirov  bildirmişdir ki, ümummilli lider  Heydər Əliyevin uzaqgörən siyasətinin layıqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti   İlham Əliyev  şərəfli  həyat yolu keçmiş   müdrik siyasi xadimdir. O,  Prezidentin  ictimai-siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, bu gün ölkəmizin uğurla beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən danışmışdır. Qeyd etmişdir ki, bu gün sərgidə nümayiş olunan kitabların böyük əksəriyyəti  Milli Kitabxana  tərəfindən dünyanın milli kitabxanalarına göndərilir, həmin kitabxanalarda bu kitablar uğurla nümayiş olunur.

Kitabxananın direktor müavini Ədibə İsmayılova, bölmə müdiri Könül Əhmədova, oxucu Sevil İslamova çıxış edərək Prezidentimizə cansağlığı, işlərində  uğurlar arzulamışlar.

Sərgidə  cənab Prezidentin  siyasi fəaliyyətindən bəhs edən Azərbaycan, rus və digər dillərdə  200-dən artıq kitab nümayiş olunmuşdur.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2016.- 25 dekabr.- S.7.