Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
publik hüquqi şəxsin yaradılması haqqında”
2016-cı il 11 aprel tarixli 860 nömrəli və “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin
yaradılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında
dəyişikliklər edilməsi barədə” 2016-cı il 9
avqust tarixli 1008 nömrəli fərmanlarının
icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 523
Bakı şəhəri,
23 dekabr 2016-cı il
Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin
yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 860
nömrəli Fərmanının 6.2-ci bəndinin və
“Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2016-cı il 31
may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi
publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə”
2016-cı il 9 avqust tarixli 1008 nömrəli Fərmanının
1.1.4-cü yarım-bəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il
5 fevral tarixli 28 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 2, maddə 109, ¹
5, maddə 434, ¹ 7, maddə 672; 2009, ¹ 10, maddə 846; 2010, ¹ 4,
maddə 355, ¹ 8, maddə 769; 2014, ¹ 3, maddə 316, ¹ 5, maddə
556; 2016, ¹ 7, maddə 1343; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 22 noyabr tarixli 475 nömrəli qərarı)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlarına,
habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli
olduğu və həmin şəxslərin uçotunun
aparıldığı digər dövlət informasiya sistemlərinin
Siyahısı”nda aşağıdakı dəyişikliklər
edilsin:
1.1. on
ikinci abzasda “Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə
Komissiya” sözləri “Dövlət İmtahan Mərkəzi”
sözləri ilə əvəz edilsin;
1.2. on
dördüncü abzasda “Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası” sözləri “Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi”
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il
13 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 1, maddə 30;
2012, ¹ 10, maddə 1004) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə
Konsepsiyası”nın 2.3-cü bəndinin beşinci abzası
aşağıdakı redaksiyada verilsin:
“ümumi təhsil müəssisələrində
buraxılış imtahanları keçirilən fənləri
(ana dili və riyaziyyat fənləri istisna olmaqla) Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırmaqla, Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi müəyyən edir.”.
3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 143
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 747; 2012, ¹ 10, maddə 1030;
2016, ¹ 4, maddə 818) ilə təsdiq edilmiş “İnzibati vəzifələrin
beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin
tutulmasının Ümumi Şərtləri”nin 7-ci hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
3.1.
birinci cümlədə “Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya (bundan
sonra - Komissiya) tərəfindən müəyyən
edilmiş qaydada digər aidiyyəti sənədlərlə
birlikdə Komissiyaya” sözləri “Nazirlər Kabineti tərəfindən
müəyyən edilmiş qaydada digər aidiyyəti sənədlərlə
birlikdə Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzinə (bundan sonra – Mərkəz)”
sözləri ilə əvəz edilsin;
3.2. ikinci, üçüncü və
dördüncü cümlələrdə ismin müvafiq
hallarında “Komissiya” sözü
ismin müvafiq hallarında “Mərkəz” sözü ilə
əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il
18 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 3, maddə 261;
2011, ¹ 9, maddə 858; 2013, ¹ 3, maddə 335, ¹ 10, maddə 1229, ¹
11, maddə 1464) ilə təsdiq edilmiş “Rezidentura təhsilinin
məzmunu və təşkili Qaydaları”nda
aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.2-ci
bənddə “Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi”
sözləri ilə əvəz edilsin;
4.2.
2.3-cü bənddə “Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi ilə
razılaşdırılmaqla” sözləri “Nazirlər
Kabineti tərəfindən” sözləri ilə əvəz
edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il
12 may tarixli 88 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 5, maddə 467;
2014, ¹ 4, maddə 450; 2016, ¹ 4, maddə 820, ¹ 6, maddə 1201) ilə
təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili
və “magistr” dərəcələrinin verilməsi
Qaydaları”nın 1.11-ci bəndində “Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası” sözləri “Nazirlər
Kabineti” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il
24 iyun tarixli 117 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 561;
2012, ¹ 12, maddə 1345; 2014, ¹ 4, maddə 451) ilə təsdiq
edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili
Qaydaları”nın 1.9-cu bəndində “Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası” sözləri “Nazirlər
Kabineti” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il
25 iyun tarixli 120 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 564;
2012, ¹ 1, maddə 30, ¹ 11, maddə 1208; 2013, ¹ 9, maddə 1133;
2014, ¹ 2, maddə 201; 2015, ¹ 4, maddə 466, ¹ 8, maddə 964;
2016, ¹ 5, maddə 955) ilə təsdiq edilmiş 3 nömrəli
əlavə - “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiqi ilə
bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil
və rezidentura səviyyələrində kadr
hazırlığının maliyyələşdirilməsi
Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
7.1. 4.5-ci
bənddə “Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi”
sözləri ilə əvəz edilsin;
7.2. 5.8-ci
bəndin üçüncü cümləsində “Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasına” sözləri
“Dövlət İmtahan Mərkəzinə” sözləri ilə
əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il
14 yanvar tarixli 7 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 1, maddə 60;
2012, ¹ 5, maddə 484, ¹ 6, maddə 625, ¹ 10, maddə 1008; 2013, ¹
10, maddə 1230; 2015, ¹ 12, maddə
1561; 2016, ¹ 10, maddə 701) ilə təsdiq edilmiş 1 nömrəli
əlavə - “Orta ixtisas təhsili müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin 2.1-ci bəndində “Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası” sözləri
“Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il
21 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 1, maddə 62;
2012, ¹ 5, maddə 485, ¹ 10, maddə 1006; 2013, ¹ 10, maddə 1231;
2015, ¹ 12, maddə 1560; 2016, ¹ 4, maddə 821, ¹ 10, maddə 702)
ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.1-ci bəndinin
ikinci abzasında “Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası” sözləri “Dövlət
İmtahan Mərkəzi” sözləri ilə əvəz
edilsin.
10. “Azərbaycan Respublikasının dövlət ali təhsil
müəssisələrində ödənişli əsaslarla
təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin
ödənilməsi ilə bağlı bəzi məsələlər
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 24 yanvar tarixli 12 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 1, maddə 35)
3-cü hissəsində “Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası” sözləri “Dövlət
İmtahan Mərkəzi” sözləri ilə əvəz
edilsin.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü
il 1 may tarixli 118 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 5, maddə 547;
2015, ¹ 8, maddə 974, ¹ 11, maddə 1417; 2016, ¹ 4, maddə 795, ¹
5, maddə 955, ¹ 6, maddə 1192, ¹ 9, maddə 1582; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 noyabr tarixli
450 nömrəli qərarı) ilə təsdiq edilmiş 1
nömrəli əlavə - “Elektron hökumət” portalına
qoşulmalı olan informasiya sistemlərinin və
ehtiyatlarının Siyahısı”nda aşağıdakı dəyişikliklər
edilsin:
11.1. 22-ci
hissədə “ Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya” sözləri
“Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz
edilsin;
11.2. aşağıdakı məzmunda 22.2-ci bənd
əlavə edilsin:
“22.2. “Tələbə-məzun”
dövlət elektron məlumat sistemi”;
11.3. 35-ci
hissə ləğv edilsin.
12. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 5, maddə 613;
2016, ¹ 6, maddə 1200) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrdə,
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil
alması Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
12.1.
2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.4. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə əsasən Azərbaycan
Respublikası vətəndaşlarının xarici dövlətlərin
ali təhsil müəssisələrinə, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi tərəfindən həyata
keçirilir.”;
12.2.
3.1.6-cı yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“3.1.6. “Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi
publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli
Fərmanının 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərinə
uyğun olaraq, Azərbaycan
Respublikasının orta ixtisas təhsil müəssisələrinə,
ali təhsil müəssisələrində ali təhsilin
bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil
və rezidentura) səviyyələrinə, Azərbaycan Milli
Elmlər Akademiyasında magistratura səviyyəsinə Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən
mərkəzləşdirilmiş qaydada keçirilən tələbə
qəbulu müsa-biqəsi əsasında.”;
12.3.
3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.2.
Əcnəbilər Azərbaycan Respublikası Dövlət
İmtahan Mərkə-zinin keçirdiyi mərkəzləşdirilmiş
qəbul imtahanlarında iştirak etdikləri halda, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi sənədləri
təqdim etməlidirlər.”.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2, II kitab, maddə
379, ¹ 7, maddə 1342; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 22 noyabr tarixli 477 nömrəli qərarı)
ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial
yardımın alınması üçün müraciət
edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən
imtina edilməsi Qaydaları”nın 1.3.18-ci yarımbəndində
“Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi”
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2016.- 27 dekabr.- S.7.