Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
publik hüquqi şəxsin yaradılması haqqında”
2016-cı il 11 aprel tarixli 860 nömrəli və “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin
yaradılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında
dəyişikliklər edilməsi barədə” 2016-cı il 9
avqust tarixli 1008 nömrəli fərmanlarının icrası
ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarının və
onların struktur elementlərinin ləğv edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 525
Bakı şəhəri,
26 dekabr 2016-cı il
Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin
yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 860
nömrəli Fərmanının 6.2-ci bəndinin və
“Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2016-cı il 31
may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi
publik hüquqi şəxsin
yaradılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında
dəyişikliklər edilməsi barədə” 2016-cı il 9
avqust tarixli 1008 nömrəli Fərmanının 1.1.4-cü
yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. “Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının məsələləri
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1992-ci il 19 avqust tarixli 450 nömrəli qərarının
5-ci hissəsi ləğv edilsin.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli
149 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 10, maddə 866;
2006, ¹ 3, maddə 303, ¹ 5, maddələr 463, 468, ¹ 8, maddə
731, ¹ 9, maddə 822,
¹ 11, maddə 994; 2007, ¹ 1, maddə 50, ¹10, maddə 1021, ¹
12, maddələr 1343, 1352; 2008, ¹ 2, maddə 130, ¹ 4, maddə
308, ¹10, maddə 936; 2009, ¹1, maddələr 22, 32, ¹ 2, maddələr
144, 150, ¹ 9, maddələr 736, 753; 2010, ¹ 4, maddə 369, ¹ 11,
maddə 1048; 2011, ¹ 1, maddə 66, ¹ 4, maddə 365; 2012, ¹ 9, maddə
934; 2013, ¹8, maddə 1000, ¹ 10, maddə 1202; 2014, ¹ 1, maddələr
59, 69, ¹ 2, maddə 201, ¹ 5,
maddə 557, ¹ 6, maddələr 745, 747, ¹ 9, maddə 1130; 2015, ¹
2, maddə 227, ¹ 3, maddələr 328, 337, ¹ 6, maddələr
774, 781, ¹ 7, maddə 890; 2016, ¹ 3, maddə 595, ¹ 4, maddələr
806, 831, ¹ 5, maddələr 941, 955, ¹ 8, maddə 1450, ¹ 9, maddə
1561) ilə təsdiq edilmiş 4 nömrəli əlavə -
“Büdcə xərclərinin inzibati təsnifatı”nın
“İcra hakimiyyəti orqanları” bölməsinin otuz
beşinci və əlli beşinci sətirləri ləğv
edilsin.
3.
“Feldyeger rabitəsi orqanı əməkdaşlarının
attestasiyasının keçirilməsi qaydası haqqında
Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 29 oktyabr tarixli
163 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 10, maddə 879;
2007, ¹ 7, maddə 733; 2015, ¹ 5, maddə 653, ¹ 7, maddə 873) ləğv
edilsin.
4. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136
nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861, ¹
9, maddə 923, ¹ 10, maddə 1021, ¹12, maddə 1331; 2009, ¹ 1, maddələr
22, 32, ¹ 2, maddə 150, ¹ 4, maddələr 282, 293, ¹8, maddələr
674, 675, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 2, maddələr
146, 161, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 54, ¹5, maddə 447,
¹ 9, maddə 855; 2012, ¹ 5, maddə 475, ¹ 8, maddə 817, ¹10, maddə
1028, ¹ 11, maddə 1204, ¹12, maddələr 1363, 1388; 2013, ¹ 1,
maddə 73, ¹ 8, maddələr 1015, 1038, ¹ 10, maddə 1219; 2014,
¹ 1, maddə 69, ¹ 3, maddə 312, ¹6, maddə 736, ¹ 7, maddə
918, ¹10, maddə 1308; 2015, ¹ 2, maddə 227, ¹ 5, maddə 612, ¹ 6,
maddə 799, ¹ 11, maddə 1413; 2016, ¹ 2, II kitab, maddə 381, ¹4
maddələr 781, 831, ¹ 5, maddə 955, ¹7, maddə 1342, ¹ 8, maddələr
1439, 1450, ¹9, maddələr 1583, 1585, 1588) ilə təsdiq
edilmiş “İnzibati orqanların Təsnifatı”nın
II
bölməsinin 29-cu hissəsi ləğv edilsin.
5. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, ¹ 12, maddə 1115; 2009, ¹ 2, maddə 153,
¹ 4, maddə 282, ¹ 7, maddə 605, ¹ 8, maddələr 674, 680, ¹
10, maddələr 846, 852, 856; 2010, ¹ 1, maddə 60, ¹ 2, maddələr
146, 161, ¹10, maddələr 906, 912, ¹ 11, maddə 1040; 2011, ¹ 1,
maddə 66, ¹ 5, maddə 446, ¹9, maddələr 856, 862; 2012, ¹ 5,
maddə 479, ¹ 8, maddə 818, ¹ 10, maddə 1027, ¹11, maddə
1205; 2013, ¹ 1, maddə 74, ¹8, maddələr 1014, 1037; 2014, ¹ 1,
maddə 69, ¹ 3, maddə 313, ¹ 6, maddə 736, ¹7, maddə 919, ¹
10, maddə 1308; 2015, ¹2, maddə 227, ¹ 5, maddə 611, ¹ 6, maddə
800, ¹ 11, maddə 1414; 2016, ¹2, II kitab, maddə 382, ¹ 3, maddə
608, ¹4, maddələr 782, 831, ¹ 5, maddə 955, ¹7, maddə 1343,
¹ 8, maddələr 1440, 1450, ¹9, maddələr 1584, 1585, 1587; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 noyabr tarixli
488 nömrəli qərarı) ilə təsdiq edilmiş
“Dövlət orqanlarının aparatının (və ya
onların fəaliyyətini təmin edən qurumların) və
onun bölmələrinin adları”ndan “Azərbaycan
Respublikası Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının Aparatı”, “Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyasının
Aparatı” və “Ali Məclis sədri yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın
Aparatı” sözləri çıxarılsın.
6. “Azərbaycan
Respublikası Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının regional bölmələrinin
yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 17 mart tarixli 37 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 3,
maddə 194, ¹10, maddə 846; 2012, ¹ 6, maddə 627; 2014, ¹ 5, maddə
587) ləğv edilsin.
7. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 747; 2012, ¹ 8, maddələr
827, 830; 2013, ¹ 3, maddə 347, ¹ 7, maddə 886, ¹8, maddə 1017,
¹ 10, maddə 1218; 2014, ¹1, maddələr 51, 69, ¹ 2, maddə
201, ¹4, maddə 441, ¹ 5, maddələr 572, 594, ¹ 6, maddə 747,
¹ 8, maddə 1015, ¹ 12, maddələr 1658, 1666; 2015, ¹ 2, maddə
227, ¹ 11, maddə 1417; 2016, ¹ 3, maddə 609, ¹ 4, maddə 831, ¹
5, maddə 955, ¹ 7, maddə 1353, ¹ 8, maddə 1437, ¹ 9, maddələr
1585, 1589) ilə təsdiq edilmiş 2 nömrəli əlavə
- “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti
və məhkəmə orqanlarının aparatları (hərbi
qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat
xidmətləri,
hüquq-mühafizə və prokurorluq orqanları, rayon
(şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi
icra hakimiyyəti orqanlarının yerli bölmələri,
onların yanında, tabeliyində olan orqanlar, mərkəzi
icra hakimiyyəti orqanlarının yanında yaradılan
dövlət agentliklərinin, dövlət xidmətlərinin
aparatları və onların yerli bölmələri
üçün xidməti minik avtomobillərinin say həddi
(limiti)”nin cədvəlinin 26-cı və 28-ci hissələri
ləğv edilsin.
8. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, ¹ 12, maddə 1382; 2014, ¹ 1, maddə 71,
¹ 2, maddə 201, ¹ 6, maddələr 734, 747; 2016, ¹ 3, maddə
597, ¹ 5, maddə 955) ilə təsdiq edilmiş “Ünvan
İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət
orqanlarının informasiya sistemlərinin dairəsi”nin 32 –
34-cü hissələri ləğv edilsin.
9.
“Dövlət metroloji nəzarətini həyata keçirən
vəzifəli şəxslərin attestasiyası
Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 iyul tarixli 268
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, ¹ 8, maddə 1002; 2015, ¹ 5, maddə 654)
ləğv edilsin.
10.
“Dövlət qulluqçusunun attestasiyasının
keçirilməsi Qaydaları”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2015-ci il 19 noyabr tarixli 367 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1566)
ləğv edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2016.- 28 dekabr.- S.10.