Qəbələ, İsmayıllı və
Bərdə Turizm İnformasiya mərkəzlərinin
yaradılması və
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 527
Bakı şəhəri,
27 dekabr 2016-cı il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 20 iyul tarixli 1644 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında
2011-ci ilin “Turizm ili” elan edilməsi
ilə bağlı Tədbirlər Planı”nın
26-cı hissəsinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Qəbələ Turizm
İnformasiya Mərkəzi,
İsmayıllı Turizm
İnformasiya Mərkəzi
və Bərdə Turizm İnformasiya Mərkəzi yaradılsın.
2. Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi bu qərarın 1-ci hissəsi ilə yaradılan Turizm İnformasiya mərkəzlərinin
saxlanılması xərclərini
hər il
dövlət büdcəsinin
mərkəzləşdirilmiş xərclərində həmin
Nazirlik üçün
nəzərdə tutulmuş
müvafiq vəsait dairəsində həyata keçirsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 6, maddə
749; 2015, ¹ 3, maddələr 333, 338, ¹ 4, maddə 455, ¹ 6, maddə
801, ¹ 10, maddə 1220, ¹ 11, maddə
1425; 2016, ¹ 6, maddə 1195; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2016-cı il
13 oktyabr tarixli 413 nömrəli qərarı)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nın
“I. Büdcədən maliyyələşdirilən
qurumlar” bölməsinin
“9. Turizm İnformasiya
mərkəzləri” hissəsinə
aşağıdakı məzmunda
9.9-9.11-ci bəndlər əlavə
edilsin:
“ 9.9. Qəbələ
Turizm İnformasiya Mərkəzi
9.10. İsmayıllı Turizm İnformasiya Mərkəzi
9.11. Bərdə Turizm
İnformasiya Mərkəzi”.
4. Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri
həll etsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti- 2016.-
29 dekabr.- S.6.