Beyləqan: sosial-iqtisadi inkişafın

yeni mərhələsində təşəbbüskarlıq

uğurların mühüm amilinə çevrilib

 

Beyləqana bu dəfəki səfərimiz illər ayrıcına təsadüf etdi. Elə buna görə də rastımıza çıxan hər şeyə, istər-istəməz, son bir ilin yenilikləri prizmasından nəzər salmalı olduq. Əvvəlki illərdə qazanılmış uğurların davamı olaraq hər addımda təzə bir obyektlə, ürəkaçan dəyişikliklə rastlaşmağımız heç də təsadüfi deyil. Beyləqanlılar üçüncü regional inkişaf proqramının rayonla bağlı müddəalarına dəqiq əməl etməklə yanaşı, kənd rayonlarını yüksək iqtisadi inkişaf yoluna çıxaran dövlət siyasətini də fəal dəstəkləməklə yeni bir dövrə start vermişlər.

 

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tarixə qovuşmaqda olan 2016-cı ilin rayonun həyatına ürəkaçan yeniliklər gətirdiyini, ciddi yadigarlar qoyub getdiyini konkret fakt, rəqəm və hadisələrin timsalında ətraflı şərh etdi:

  Yola salmağa hazırlaşdığımız il rayonumuz üçün bir sıra sahələrdə yaddaqalan oldu. Ən unudulmaz hadisə isə şübhəsiz, Prezident İlham Əliyevin cəbhəyanı bölgələrdəki durumla tanışlıq zamanı–  noyabrın 12-də rayonumuza gəlməsi, əhali ilə görüşməsi, uğurlarımızdan doğan sevinci bizimlə bölüşməsi oldu. Dövlət başçısı səfər zamanı ölkənin nümunəvi taxılçılıq təsərrüfatlarından olanQarabağMMC-nin pilot təsərrüfatının işi ilə yaxından tanış oldu, onun fəaliyyətini yüksək qiymətləndirdi. Beyləqan şəhərində yaradılmış Bayraq Muzeyinin, yeni tikilmiş körpələr evi-uşaq bağçasının və məktəbin istifadəyə verilməsi, rayon mərkəzinin içməli sukanalizasiya şəbəkəsinin, I Şahsevən– Əhmədli– Dünyamalılar avtomobil yolunun çəkilişinin başa çatdırılması mərasimlərində ölkə Prezidentinin iştirak etməsi isə rayonda böyük təntənə yaratdı, adamlara yeni quruculuq həvəsi gətirdi.

2016-cı il rayonun istehsal sahələrindəki yeni hədəflərdə, Beyləqan şəhərində və əksər yaşayış məntəqələrində gerçəkləşdirilən müasir layihələrdə olduğu kimi, humanitar sferada və əhalinin rifahının yüksəldilməsində də  artım və  irəliləyişlə əlamətdardır. Regionların sosial-iqtisadi inkişafı proqramında bu il üçün nəzərdə tutulan tədbirlər ilboyu  uğurla davam etdirilmişdir. İqtisadi yüksəlişin yeni mərhələyə qalxmasına təminat yaradan tədbirlər həyata keçirilmiş, artan ehtiyacı qabaqlayan  yeni istehsal və xidmət obyektləri istifadəyə verilmişdir.

Kənd təsərrüfatının və sənayenin inkişafı, aqrar sektorun meliorasiya-irriqasiya və digər infrastruktur təminatı, ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisi, istilikqaz təchizatının, sukanalizasiya xidmətlərinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin genişləndirilməsi və  yeniləşdirilməsi kimi önəmli məsələlər rayon rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Təxirəsalınmadan həllini gözləyən bu tədbirlərin icrasına vaxtında nail olmaq üçün ayrılan dövlət vəsaitindən, yerli imkan və qüvvələrdən vaxtında və qədərincə istifadə edilmişdir.

Nəticədə, bu ilrayonun  sosial-iqtisadi inkişafında bütün sahələr üzrə irəliləyiş əldə edilmişdir. Bunu ötən ayların yekunlaşdırılmaqda olan göstəriciləri də sübut edir. Əvvəlki 3 rübdə ümumi məhsul buraxılışı 130 milyon manat olmuş, yerli gəlir proqnozu 104 faiz yerinə yetirilmişdir. Bunun 4,4 milyon manatlığı, yəni 127 faizi sənayenin payına düşür. Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 3 faiz artaraq 69 milyon manatlıq olmuş, o, cümlədən bitkiçilik üzrə 30 milyon,  heyvandarlıq üzrə 39 milyon manat təşkil etmişdir. İlin yekun göstəricilərində bu rəqəmlərə son rübün müvafiq əlavələri əksini tapacaq.

İlin əvvəlindən start götürmüş quruculuq- abadlıq işləri bu gündavam etdirilir. Ötən dövrdə əsas kapitala yönəldilmiş investisiyalar 22,8 milyon manatlıq olmuş, tikinti-quraşdırma və abadlıq işləri 21,3 milyon manat təşkil etmişdir. Beyləqan şəhərində və kəndlərdə əhalinin şəxsi vəsaiti hesabına 9796 kvadratmetrlik 79 yaşayış evi tikilib istifadəyə verilmişdir. Demoqrafik göstəricilər də yüksəlmiş, əhali 1300 nəfər artaraq  95,9 minə çatmış, əvvəllər rayondan gedənlərin daha 122-si geriyə dönmüşdür. Ötən dövrdə 3869 yeni yeri açılmışdır ki, bunun 1587-si daimidir.

Vaqif Abdullayev daha sonra rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatınında builki irəliləyişdən ayrıca söz açdı. Azərbaycan Prezidenti  İlham Əliyevin qeyri-neft sektorunu daha da inkişaf etdirmək, aqrar sahənin ölkə iqtisadiyyatına töhfəsini artırmaqla bağlı müəyyən etdiyi strateji xəttin Beyləqan rayonunda da yeni perspektivlər açdığını vurğulayan başçı bildirdi ki, dövlət rəhbərinin bu sahədə gerçəkləşdirdiyi ciddi tədbirlər kənd adamlarının sabaha yönəlik faəliyyətində böyük canlanma yaratmışdır.

Ölkədə pambıqçılığın və digər valyuta gətirən məşğulluq sahələrinin tənəzzülü nəticəsində vaxtilə dördüncü iri pambıqçılıq rayonu sayılan, ildə 80 min ton qızıl” hasilə gətirən Beyləqanda istehsal 20 dəfədən də çox aşağı düşərək ötən il 3,8 min ton olmuşdu. Pambıqçılıq kimi gəlirli sahənin dirçəldilməsi çağırışına böyük həvəs və ümidlə qoşulan  beyləqanlılar bu texniki bitkinin əkinlərini ilk cəhddə ikiqat artıraraq, 4 min  hektara yaxınlaşdırmışlar. Hava şəraitinin yağıntılı keçməsinə baxmayaraq, bu mövsümdə ötən ildəkindən iki dəfə artıq– 7,7 min tondan çox pambıq yığılmışdır. 2017-ci ildə pambıq əkinlərini 2 dəfədən də çox artırıb, 8500 hektara çatdırmaq üçün indi lazımi hazırlıq işləri görülür.

Öyrəndik ki, bitkiçiliyin digər sahələrində də bu il əkinlər genişləndirilmiş, məhsuldarlıq yüksəldilmişdir. Bu mövsümdə yazlıq bitkilər səpini 4,9 faiz artırılaraq, 3362 hektarı əhatə etmişdir. 133 hektarda şəkər çuğunduru, 384 hektarda kartof, 365 hektarda qarğıdalı, 405 hektarda soya, 1294 hektarda tərəvəz və 430 hektarda bostan bitkiləri əkilib-becərilmişdir. 1734 hektarda yoncalıqlar salınmışdır. Gələn il daha bir gəlirli məhsul olan şəkər çuğundurunun əkinləri 12 dəfə artırılaraq, 1500 hektara çatdırılacaq.

Heyvandarlıqda da müsbət artım meylləri müşahidə olunur. Bu il  iri heyvanların artaraq 57820, xırda mal 297 min, quşlar 474 min başa çatmışdır. Məhsul istehsalı da çoxalmış–  süd 30 min, ət 6,3 min, yun 586 ton, yumurta 14,4 milyon ədəd olmuşdur.

Rayonda olarkən ayrı-ayrı kolektivlərdə də olduq, müxtəlif sosial qrupların təmsilçiləri ilə də görüşdük. Respublikada prioritet istiqamətlərdən sayılan sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin əməli nəticələri ilə maraqlandıq. Məlum oldu ki, Sahibkarlığa Kömək Milli Fondunun  xətti ilə ilin əvvəlindən 104 adamına 777,2 min manatdan çox güzəştli kredit verilmişdir. Bunun nəticəsində 120 yeni yeri açılmışdır.

Hər addımda aparılan abadlıq və quruculuq işləri Beyləqan rayonunun simasını durmadan dəyişdirir.  Rayon mərkəzində içməli sukanalizasiya sisteminin qurulması ilə əlaqədar dağıdılmış küçə və yollarda təmir işləri aparılmış, ətrafda zəruri abadlıq işləri görülmüşdür.

Bir sıra küçələrə təzə asfalt örtük salınması Beyləqan şəhərində gediş-gəlişlə bağlı narahatlıqları aradan qaldırmışdır. Kompleks təmir olunmuş küçələr şəhərin ümumi gözəlliyini nəzərəçarpacaq dərəcədə yüksəltmişdir. Bu istiqamətdə işlər davam etdirilir. Bu il Heydər Əliyev Fondunun vəsaiti hesabına 240 yerlik yeni məktəb binasının tikintisi və 120 yerlik yeni körpələr evi-uşaq bağçasının tikintisi başa çatmışdır.

Beyləqan şəhərində 2012-ci ildən başlanmış genişmiqyaslı abadlıq və yenidənqurma işləri kənd və qəsəbələrdə də davam etdirilmişdir. “37 nömrəli Yol İstismarı” MMC xidmət etdiyi avtomobil yollarının 91 kilometrlik hissəsində cari təmir işləri aparmışdır. Beyləqan– Daşburun avtomobil yolunda nişanlanma işləri yerinə yetirilmiş, yol çiyinləri avtoqreyderlə hamarlanmış, su axarları açılmış və digər yol avadanlıqları təmizlənmişdir. Hazırda bu istiqamətdə də işlər davam etdirilir.

Aqar sahənin inkişafının əsas təminatçılarından olan Suvarma Sistemləri İdarəsi  əhalinin və təsərrüfatların suvarma suyuna tələbatının vaxtında və tam ödənilməsi üçün Araz çayından başlayaraq, 116 min kubmetrlik tənzimləmə işi aparmışdır. 517 kilometr suvarma kanalı lildən təmizlənmişdir. Ötən dövrdə 152 hidrotexniki qurğu cari, 3-ü isə əsaslı təmir olunmuş, 750 metr kanal betonla üzlənmişdir. Yararsız vəziyyətə düşmüş bir körpü əsaslı təmir olunmuşdur. 

Meliorasiya İdarəsi  192 kilometrlik kollektor-dren şəbəkəsini təmir etmiş, Günəşli, Təzəkənd, Birinci Aşıqlı, Əlinəzərli, Kəbirli, Tatalılar, Qaralılar, Yuxarı Aran, Beyləqan şəhər bələdiyyəsi, Birinci Şahsevən, Yeni Mil, Sarısu, İmamverdili, Allahyarlı kəndlərində 684 min kubmetr lildəntəmizləmə və torpaqhamarlama işləri görmüşdür. Subartezian Quyularının İstismarı İdarəsi 48 subartezian quyusunu, 29 ESV markalı nasosu, 17 elektrik avadanlığını cari təmir, 2 subartezian quyusunu isə əsaslı təmir edərək istifadəyə vermişdir.

Elektrik Şəbəkəsi sıradan çıxmış 117 transformatoru cari, 12-ni əsaslı təmir etmişdir. 21 yeni tipli transformator yarımstansiyası quraşdırılmışdır. Hava xətlərində 18866 metr istismara yararsız naqillər yenisi ilə əvəz edilmiş, 398 köhnə dirək beton dayaqla əvəz olunmuşdur.

Beyləqan Sukanal İdarəsi 5861 abonentlərə xidmətin səviyyəsini yüksətmək üçün zəriri işlər görmüş, yeni xətlər çəkmiş, şəbəkənin işləkliyini təmiun etmişdir. Sayğaclaşma işləri davam etdirilir. 6500 “smart-karttipli su sayğacından 4250-si quraşdırılmışdır. Asiya İnkişaf Bankının dəstəyi ilə rayon mərkəzində sukanalizasiya xətti çəkilmişdir.

Qaz İstismar Sahəsi İkinci Şahsevən, Aşağı Çəmənli kəndlərində qaz çəkilişini yekunlaşdırmışdır. Telekommunikasiya Qovşağı 641 yeni telefon çəkmiş, 774 genişzolaqlı internet xəttini istifadəyə vermişdir. Poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkişafında və müasir informasiya texnologiyalarının tətbiqində müəyyən işlər görülmüşdür.

Hazırda rayonda 45 tam orta, 1 lisey, 6 ümumi orta, 2 ibtidai məktəb, ümumilikdə, 54 ümumtəhsil məktəbi və 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. 12505 şagirdin təlim-tərbiyəsi ilə 1838 müəllim məşğul olur. Ötən müddətdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli görülmüşdür. Xaçınabad qəsəbəsində, İmamverdili kəndində yeni məktəb binaları istifadəyə verilmişdir. Dövlət vəsaiti hesabına 5 məktəbdə təmir işləri aparılmışdır.  Ötən dərs ilinin yekun göstəricisi olaraq, məzunlarından 482-si sənəd vermiş, 221 gənc ali məktəblərə qəbul olunmuşdur.

Tarixi günlərin və dövlət bayramlarının təntənə ilə keçirilməsini təmin edən Mədəniyyət və Turizm İdarəsi bununla yanaşı,  31 dəfə cəbhə bölgəsində və sərhəd zastavasında əsgər və zabitlər qarşısında çıxışlar təşkil etmişdir. Mədəniyyət obyektlərinin maddi-texniki bazasının təzələnməsi ilə bağlı tədbirlər davam etdirilmişdir.

DSMF-nun Beyləqan rayon şöbəsində 13361 nəfər pensiyaçı,  o cümlədən 8008 nəfər yaşa, 4573 nəfər əlilliyə, 780 nəfər ailə başçısını itirdiyinə görə pensiya alır. 404 ailəyə ünvanlı sosai yardım təyin olunmuşdur. 31 tənha və kimsəsizə xidmət göstərlir. Məşğulluq Mərkəzi 2171 işaxtaran vətəndaşı qeydə almış, 599 nəfər daimi işlə təmin edilmişdir.

Beyləqan rayonunda Rayon Mərkəzi Xəstəxanası, 3 kənd-sahə xəstəxana, 15 həkim məntəqəsi, 18 tibb məntəqəsi fəaliyyət göstərir.  Mərkəzi Xəstəxana tabeçiliyində olan tibb müəssisələrində bir sıra təmir və abadlıq işləri aparmışdır.

RİH-ə daxil olmuş müraciətlərdən 316-sı müsbət həll olunmuşdur. 633 müraciətlərlə əlaqədar müvafiq izahat verilmiş, qalanı isə icra olunmaqdadır. Rayon İcra Hakimiyyəti il ərzində əlamətdar günlərlə bağlı 39 tədbir keçirmişdir.

Səfərin sonunda yenidən Beyləqan Rayon İcra Hakimiy-yətində olduq. Quruculuq işlərinin baş qərargahı sayılan bu qurumda ilin sosial-iqtisadi inkişafına  yekun vurulur, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik GününüYeni ili elliklə bayram etmək üçün hazırlıq işləri aparılırdı. RİH-in başçısı Vaqif Abdullayev rayon əhalisinin illər qovuşuğundakı əhval-ruhiyyəsini və arzu-istəklərini ümumiləşdirərək dedi:

– Beyləqanlılar Prezident İlham  Əliyevin müdrik daxili  xarici  siyasətini bundan sonra da inamla dəstəkləyəcək, dövlət başçısının qəbul etdiyi bütün qərarların, vertdiyi göstəriş    tövsiyələrin dönmədən həyata  keçirilməsini təmin edəcəklər. Yeni ildə rayonun növbəti yüksəlişi, əhalinin güzəranının daha da yaxşılaşdırılması yönündə ötən illərin uğurlu estafeti davam etdiriləcək.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2016.- 29 dekabr.- S.9.