“Kommersiya təşkilatlarının
(kredit təşkilatlarından,
sığorta şirkətlərindən, investisiya
fondlarından, qeyri-dövlət
(özəl) sosial fondlarından, qiymətli
kağızları fond birjasında
dövriyyədə
olan hüquqi şəxslərdən
başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi
üçün meyar göstəricilərinin təsdiq edilməsi
barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 530
Bakı şəhəri, 30 dekabr
2016-cı il
“Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2016-cı il 30 sentyabr tarixli 315-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 18 oktyabr tarixli 2384 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
“Kommersiya
təşkilatlarının (kredit təşkilatlarından,
sığorta şirkətlərindən, investisiya
fondlarından, qeyri-dövlət (özəl) sosial
fondlarından, qiymətli kağızları fond birjasında
dövriyyədə olan hüquqi şəxslərdən
başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi
üçün meyar göstəricilərinin təsdiq edilməsi
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 544;
2010, ¹ 4, maddə 362) aşağıdakı dəyişikliklər
edilsin:
1.
Adına və 1-ci hissəsinə “investisiya fondlarından”
sözlərindən sonra “və bu fondların idarəçilərindən”
sözləri əlavə edilsin.
2. Həmin
qərarla təsdiq edilmiş “Kommersiya təşkilatlarının
(kredit təşkilatlarından, sığorta şirkətlərindən,
investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial
fondlarından, qiymətli kağızları fond birjasında
dövriyyədə olan hüquqi şəxslərdən
başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi
üçün Meyar Göstəriciləri”nin adına
“investisiya fondlarından” sözlərindən sonra “və bu
fondların idarəçilərindən” sözləri əlavə
edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2016.- 31 dekabr.- S.2.