Nəsimi rayonu
paytaxtın gözəllik
və yüksəliş məkanına
çevrilməkdədir
Respublikamızın
hər yerində olduğu kimi,
Bakı şəhərinin Nəsimi rayonunda
da 2015- ci ildə
davamlı sosial-iqtisadi inkişaf,
əhalinin rifahının daha da yüksəldilməsi təmin edilmiş, dinamik artım
templəri üstünlük təşkil
etmişdir. Prezident İlham Əliyevin paytaxtın mərkəzi rayonu olan Nəsimi ərazisində
aparılan genişmiqyaslı abadlıq və quruculuq
layihələrinin icrasını ardıcıl nəzarətdə
saxlaması sosial- iqtisadi
proseslərə müstəsna bir uğur gətirmişdir.
Dövlət
başçısının aparılan işlərin gedişi və başa
çatması ilə bağlı tədbirlərdə dəfələrlə
iştirakı isə ötən il rayonun tarixinə, nəsimililərin
yaddaşına ən əlamətdar hadisələr kimi yazılmışdır.
Aprelin 22-də Prezident İlham Əliyev və xanımı, “Bakı- 2015”
I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rayon ərazisindəki Heydər Əliyev adına İdman Sarayına gələrək əsaslı təmirdən sonra yarışların ən yüksək səviyyədə keçirilməsi üçün burada yaradılan şəraitlə yaxından tanış olmuşlar. Heydər Əliyev Fondunun rəhbəri, Milli Məclisin üzvü
Mehriban Əliyeva, qızları– fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mayın 12- də yenidənqurmadan sonra rayondakı körpələr evinin açılışında iştirak etmişlər.
Avqust ayında isə ölkə rəhbəri rayon ərazisindəki Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidənqurma işlərinə yerindəcə baxmışdır. Prezident İlham Əliyev yeni dərs ili ərəfəsində– sentyabrın 10- da yenidən rayonun qonağı olmuş, Texniki-Humanitar Liseydə aparılan təmir və yenidənqurma işlərinin yekununu nəzərdən keçirmişdir. Bunlardan sonra ölkə rəhbəri bir dəfə də Nəsimi rayonuna gəlmiş– sentyabrın 12-də Bakı Dəmiryol Vağzalında Sumqayıt marşrutu ilə hərəkət edən yeni tipli ilk sərnişin qatarının yolasalınma mərasimində iştirak etmişdir.
2015- ci ilin yanvar— dekabr aylarında rayonun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər əvvəlki ilin müvafiq dövrünün göstəricilərini xeyli üstələmişdir. Bunu il ərzində həyatın müxtəlif sahələrində əldə edilmiş nailiyyətlərin yığcam statistikası daha əyani göstərir.
Sənaye sahəsində 510664,8 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 40,5 faiz çox məhsul istehsal edilmişdir. Bunun 36,3 faizi məhsulların, 63,7 faizi isə sənaye xarakterli xidmətlərin; 164861,8 min manatlığı və ya 32,3 faizi dövlət, 345803 min manatlığı və ya 67,7 faizi özəl sektorunun payına düşür. Ötən il istehlakçılara 544892 min manatlıq və ya ümumi istehsalın 106,7 faizi qədər məhsul göndərilmişdir.
Tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 1086871,4 min manat məbləğində investisiyadan istifadə edilmişdir. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,5 faiz çoxdur. İstifadə edilmiş vəsaitin 958017,4 min manatı tikinti- quraşdırma işlərinə xərclənmişdir ki, bu da 2014- cü ilə nisbətən 25,1 faiz çoxdur. Özəl sektor əsas kapitala 795273,8 min manat (73,2 faiz), dövlət sektoru isə 291597,6 min manat (26,8 faiz) sərmayə yönəltmişdir.
İnformasiya və rabitə müəssisələrində ayrı- ayrı qurumlara və əhaliyə 69428,3 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz cox, nəqliyyat sektorunda isə 385 536,2 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 faiz cox xidmətlər göstərilmişdir.
Ticarət şəbəkəsində əhaliyə 761 909,8 min manat məbləğində və ya əvvəlki illə müqayisədə 8,4 faiz çox istehlak malları satılmışdır. Əmtəə dövriyyəsinin 99,7 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.
İaşə əmtəə dövriyyəsi bütünlüklə özəl sektorda formalaşır. Əhaliyə bu şəbəkədə 59 079,5 min manatlıq və ya əvvəlki ilin eyni səviyyəsindən 9,7 faiz çox xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faizi artaraq 465 265,9 min manat olmuşdur. Ümumi həcmin 80,8 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 375 935,9 min manatlıq pullu xidmətlər göstərilmişdir.
Pullu xidmətlərin 11,8 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Özəl sektorun müəssisələri tərəfindən əhaliyə 171 494,4 min manatlıq pullu xidmətlər göstərilmişdir.
Rayon üzrə işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2830 nəfər və ya 1,9 faiz artaraq 145 784 nəfər, orta aylıq nominal əmək haqqının səviyyəsi isə 4,5 faiz və ya 20,1 manat artaraq 515,9 manat olmuşdur.
Bu il yanvarın
1-nə rayon əhalisinin sayı 218 200 nəfərə
çatmışdır.
Məşğulluq Mərkəzinə müraciət edən 4321 (ilk dəfə müraciət edənlər 1974 nəfər) nəfərin 971- i daimi işlə təmin edilmişdir ki, bu da nəzərdə tutulduğundan 141 nəfər çoxdur. 59 qaçqın və məcburi köçkün də münasib işlə təmin olunmuşdur. Dörd nəfərə işsizliyə görə müavinət ödənilmiş, 25 nəfər isə peşə təlimi kurslarına cəlb edilmişdir.
Azərbaycan dövlətinin ilbəil güclənən və əhalinin rifahının yüksəldilməsinə yönəldilən sosial siyəsəti Nəsimi rayonunda da uğurla icra olunmuşdur. Bu məqsədlə dövlət başçısının fərman və sərəncamlarının icrası ilə bağlı aztəminatlı əhalinin güzəranının yaxşılaşdırılması üçün məqsədyönlü işlər görülmüşdür. 1165 ailənin 4 311 nəfər üzvünə ünvanlı dövlət sosial yardımı təyin olunmuş və hər ay ödənilmişdir.
Hər bir ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği 151,9 manat, ailə üzvünə düşən orta aylıq məbləğ isə 41,05 manat olmuşdur. 95 qaçqın və məcburi köçkün ailəsi də belə yardımla təmin olunmuşdur. 308 nəfər tənha, ahıl və əlilə evlərdə sosial-məişət xidməti göstərilmişdir. Ramazan bayramında 174, Qurban bayramında isə 145 nəfər tənha qocaya ərzaq yardımı verilmişdir. Ümumilikdə, 2 mindən çox ailəyə qurban payı çatdırılmışdır. 5 042 nəfər sosial müavinət və təqaüd alan vətəndaşa ödənişlər hər ay vaxtında həyata keçirilir.
Rayon ərazisində qeydiyyatdan keçən 7 600 nəfər qaçqın və 9 985 nəfər məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olmuşdur. Köçkünlərin yığcam yaşadıqları 22 yığcam yaşayış obyektlərində, eləcə də fərdi mənzillərdə yaşayanların fasiləsiz olaraq su, qaz, elektrik enerjisi ilə təhciz olunması və kanalizasiya xəttinin normal işləməsi üçün gündəlik tədbirlər həyata keçirilmişdir.
Qarabağ müharibəsinin iki, 20 Yanvar
faciəsinin üç əlili, yeddi şəhid ailəsi, bir
gözdən əlil yeni mənzillərlə
təmin olunmuşlar.
Aparılan məqsədyönlü tədbirlərin, profilaktik peyvəndlərin nəticəsidir ki, uşaqlar arasında məxmərək, qızılca, göy öskürək, difteriya, poliomielit kimi xəstəliklər və eləcə də viruslu hepatit “B” xəstəliyi qeydə alınmamışdır.Yoluxucu xəstəliklərin epidemiyası, kütləvi xəstələnmə halları və eləcə də kütləvi zəhərlənmə halları baş verməmişdir.
2014– 2016-cı
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair dövlət
proqramının icrası istiqamətində müvafiq
tədbirlər ötən il də uğurla yerinə yetirilmişdir.
Abadlıq və yaşıllaşdırma sahəsində tədbirlər
geniş həcmdə davam
etdirilmişdir.
1saylı inzibati ərazidə yerləşən Pişəvəri, A.Salamzadə, C. Səlimov, R.Məmmədov. H. Seyidzadə, Ə.İsgəndərov küçələri və Tbilisi prospekti boyunca, 20 Yanvar, 3- cü və 4- cü mikrorayon dairələri ətrafında səki və yollarda, həyət və binalarda, xidmət obyektlərində və kommunikasiyalarda əsaslı təmir- bərpa işləri görülmüş, kompleks abadlıq- yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Mir Cəlal küçəsində yararsız hala düşmüş 3 hektarlıq park son 2 ayda yenidən qurulmuş, ətrafdakı binaların fasadı rənglənmiş, eyvan, pəncərə, qapı və navalçalar yenilənmiş, yaşıllıq zolaqları bərpa edilmiş və genişləndirilmişdir.
2 saylı inzibati ərazidə – Azadlıq prospektindəki, S.Vurğun və Ə.Salamzadə küçələrindəki bir sıra obyektlərin fasadlarına aqlay daşı vurulmuşdur. Tbilisi prospekti, H.Ələsgərov, S.Vurğun küçələri boyunca yeni yaşillıq zolaqları salınmışdır. H.Əliyev, M.Qaşqay, H.Ələsgərov küçələrində, Azadlıq prospektində səkilərə tava daşlar döşənmişdir.
Heydər Əliyev adına İdman Sarayı əsaslı təmir olunmuş, arenanın və “Azad olunmuş enerji” abidə- kompleksinin ətrafında geniş abadlıq və yenidənqurma, yaşıllaşdırma işləri aparılmışdır. Zorge parkında və R.Behbudov küçəsində yerləşən parkda “Azərişıq” ASC- nin 2 yarımstansiyası inşa edilmiş və ərazinin yol və səki tərəfində kabelləşmə işləri aparılmışdır. Ə.Qasımzadə küçəsi, 72 ünvanda yerləşən 1 saylı körpələr-uşaq evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmişdir. Dövlət proqramına əsasən, 135 saylı uşaq bağçası da əsaslı təmir edilərək istifadəyə verilmişdir.
3 saylı inzibati ərazidə də il boyu geniş quruculuq- abadlıq işləri həyata keçirilmişdir. Azadlıq və Bülbül prospektlərində, S.Əsgərova, Ş.Əzizbəyov, Füzuli, B.Səfəroğlu, Mərdanov qardaşları, Ə.Topçubaşov, Kiçik Dəniz, R.Rza, S.Rüstəm, Ş.Bədəlbəyli, D.Əliyeva küçələrində, ümumilikdə, 4200 metr səki daşları dəyişdirilmiş, 39 min kvadratmetr asfalt örtük salınmışdır. Ü.Hacıbəyli və S.Vurğun küçələrində əsaslı təmir- abadlıq işləri aparılmış, yaşılıqlarda qazon örtük və gül-çiçək kompozisiyaları yaradılmışdır.
Ərazidə məhəllədaxili işıq dirəkləri, qaz boruları rənglənmiş,
M. Qaşqay küçəsində yeraltı qaz xətləri dəyişdirilmişdir. Bir sıra küçəlrdə binaların dam örtükləri cari təmir edilmişdir. Ə. Hüseynzadə küçəsindəki ATS- lərdə isə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Tolstoy küçəsində yerləşən 1 saylı tam orta məktəbdə 10 sinif otağından və idman zalından ibarət üçmərtəbəli bina inşa olunmuşdur. Hazırda Bülbül prospektində yerləşən İncəsənət Kollecində, Ç.Mustafayev adına Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində əsaslı təmir işləri aparılır. Dəmir Yol Vağzalı yenidən qurulur, Dəniz Akademiyasının tələbə yataqxanasının fasadı əsaslı təmir edilir.
Son aylarda rayonda abadlıq, quruculuq,
yenidənqurma və yaşıllaşdırma işləri daha sürətlə aparılır, daha geniş əraziniu əhatə
edir. Nəsimi RİH- in
rəhbərliyi altında sakinlərin
rahatlığının təmin olunması məqsəlilə
mikrorayonlarda intensiv
silsilə tədbirlər həyata keçirir.
İlin sonunadək 70 min kvadratmetrdən çox fasad rənglənmişdir. Ümumilikdə, 114920 kvadratmetr, məhəllədaxili ərazilərə isə 27506 kvadratmetr asfalt örtüyü vurulmuşdur. Uşaqların təhlükəsizliyi üçün 600 kvadratmetr meydançalara yumşaq materiallar döşənmişdir.
Bütün bunlarla yanaşı, rayon ərazisində yerləşən küçələr, bağlar, parklar, meydanlar, həyətlər hər gün süpürülüb təmizlənmiş, zibillər “Təmiz şəhər” ASC- nin poliqonlarına daşınmışdır. Hər gün ərazinin sanitar-təmizlik və ekoloji vəziyyətinə nəzarət təşkil olunmuş, yaranan problemlər dərhal aradan qaldırılmışdır. Bərk məişət tullantıları üçün 356 ünvanda qəbul məntəqələri 849 xüsusi konteyner və 268 yeşiklə təmin olunmuşdur. Bəzi binaların zirzəmisinə dolmuş çirkab və qrunt suların vaxtında təmizlənməsi diqqət mərkəzində olmuşdur. İl ərzində 529098 kvadratmetr sahədə dezinfeksiya və deratizasiya işləri yerinə yetirilmişdir.
Qaz, elektrik enerjisi, istilik enerjisi, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, küçələrinin və məhəllədaxili yolların əsaslı təmiri, yenidənqurulması və işıqlandırması ilə bağlı işlər də ötən il uğurla icra edilmişdir.
Əhalinin fasiləsiz su təminatına keçilməsi istiqamətində 2013-cü ildə icrasına başlanılmış və hazırda davam etdirilən “Azərsu” ASC-nin “Pilot” layihələri çərçivəsində 2, 3 və 4-cü mikrorayon ərazilərində 89 ədəd yaşayış binasının daxili və xarici su təchizatı tamamilə yenidən qurulmuşdur. “Smart” tipli su sayğacları quraşdırılmış və zirzəmilərə su dolmasına son qoyulmuşdur.
Elektrik təchizatını yaxşılaşdırmaq üçün yarımstansiyalarda yenidənqurma işləri aparılmışdır. Avadanlıqlar yenilənmiş, transformatorlar daha güclüsü ilə əvəz edilmişdir. Enerji verilişi xətləri müasir, etibarlı kabellə dəyişdirilmişdir. İstehlak edilmiş elektrik enerjisinin dəyəri 101,5 faiz toplanmışdır.
Mövsüm ərzində 1 saylı İSİS-in Nəsimi rayonu üzrə xidməti ərazisində 220 yaşayış binası, 16 məktəb, 11 uşaq bağçası, 6 səhiyyə və 29 digər obyekt istiliklə təmin olunmuşdur. Payız-qış mövsümünə hazırlıqla əlaqədar RİH-in nəzarəti ilə müvafiq tədbirlər həyata keçirilmişdir.
Nəsimi Bələdiyyəsi “Bir bələdiyyə – azı bir layihə” təşəbbüsü çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əiyevanın Beynəlxalq Ətraf Mühütün Saflaşdırılması aksiyasına dəstək olaraq, “Ən gözəl Bakı eyvanı” müsabiqəsi elan etmiş, I,II,III yerləri tutanlara pul mükafatı verilmişdir. Bələdiyyədə “açıq qapı” elan edilmiş və bələdiyyə üzvləri vətəndaşların qəbulunu məhdudiyyətsiz həyata keçirmişlər.
Keçən il Türkiyənin Koçaeli İzmit bələdiyyəsi ilə Nəsimi Bələdiyyəsi arasında qardaşlaşma protokolunun imzalanmış, bu məqsədlə Bakıya gəlmiş 8 nəfərlik heyətlə Nəsimi Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.
“Ümumrespublika yaşıllaşdırma marafonu”nun ağacəkmə kampaniyaları zamanı 2 minə yaxın yeni ağac və gül kolları əkilmiş, qazon otu döşənmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.
Ötən tədris ilində rayonun orta məktəblərini 1532 nəfər bitirmiş, onlardan 1378- i ali məktəblərə sənəd vermiş, 957 məzun tələbə adı qazanmışdır. Onlardan 200- ü 500- dən, 72- si 600- dən, 29- u isə 650- dən çox bal toplamışdır. Məzunlardan 166-sı xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşdur. Bakı Türk Anadolu Liseyinin məzunu Nurlan Məcidov 700 bal toplayaraq, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdur. 5 məzun qızıl medala, 4 tələbə isə Prezident təqaüdünə layiq görülmüşdür.
İl ərzində gənclər sahəsi üzrə
45 tədbirdə 7654, bədən tərbiyəsi və idman sahəsi üzrə 25 yarışda isə 3486 yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur. Rayon şahmatçısı Məhəmməd Muradlı Yunanıstanda keçirilən 12 yaşlı şahmatçılar arasında dünya cempionu adını qazanmışdır. Günay Məmmədzadə, Ayan Allahverdiyeva, Abdulla Qədimbəyli, Vüqar Manafov, Səid Rəfili, Nail Bəşirli, İsmayıl Süleymanlı isə Avropa və beynəlxalq turnirlərin qalibləri olmuşlar.
Ötən il respublikamızda keçirilmiş V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Nəsimi rayon ictimaiyyəti yüksək fəallıq nümayiş etdirmişdir. 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin hər birində səsvermə yüksək mütəşəkkillik, şəffaflıq və obyektivlik şəraitində keçmişdir.
Tarixi və əlamətdar günlər də rayonda mütəşəkkilliklə qeyd eilmişdir. Noyabr ayında Nəsimi rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir. İlin ən unudulmz mərasimlərindən biri də Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin dərin ehtiramla anılması olmuşdur. “İmperial” sarayında isə ulu öndərin vəfatının 12-ci ildönümü ilə əlaqədar 500 nəfərdən çox insanın iştirakı ilə ehsan süfrəsi açılmışdır.
Dövlət Bayrağı günü münasibəti ilə Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və populyar sənətçilər Daxili Qoşunların Bərdə və Müdafiə Nazirliyinin Tərtər rayonundakı hərbi hissələrində xidmət edən əsgər və zabitlərin görüşünə getmiş, onlara bayram sovqatı çatdırmışlar. Hər iki hissədə təntənəli görüş keçirilmiş və bayram konserti təşkil olunmuşdur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsi gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işlərini uğurla həyata keçirmiş, nəzərdə tutulan plan göstəricilərinə 100 faiz əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
İl ərzində Azərbaycan Respublikası Rrezidenti Administrasiyası rəhbəri, Administrasiyanın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon icra hakimiyyəti başçısı Aparatı, yerli icra hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.
İl ərzində RİH başçısı Aparatına vətəndaşlardan 1438 ərizə və müraciət daxil olmuşdur. 2015-ci il ərzində Nəsimi Rayon İcra Hakimiyyətinə vətəndaşlardan daxil olmuş 1938 ərizə və müraciət araşdırılaraq cavablandılmışdır. Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, təkrar müraciətlərin təhlil edilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri diqqət mərkəzində saxlanmışdır.
Əhalinin aztəminatlı təbəqəsinə rayon icra hakimiyyəti tərəfindən diqqət artırılaraq məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə kömək göstərilmişdir.
Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasına diqqətin artırılması rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas götürülmüşdür.
Nəsimi
rayonunda dinamik sosial-iqtisadi inkişafın bundan
sonra da qorunub saxlanması, önəmli layihələrin
ardıcıl gerçəkləşdirilməsi, sakinlərin
rifahının daha da
yaxşılaşdırılması yönündə məqsədyönlü
tədbirlər bu il də
uğurla davam etdiriləcəkdir.
Nəsimi Rayon İcra Hakimiyyətinin
illik hesabatı əsasında
hazırladı:
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2016.- 2
fevral.- S.7.