Azərbaycan gəncliyi dövlətçilik

maraqlarına böyük sədaqət bəsləyir

 

Müstəqilliyimizi bərpa etdikdən bugünə qədər Azərbaycan gəncliyi böyük inkişaf yolu keçmişdir. Ümummilli lider Heydər Əliyevin  atdığı müdrik addımlar, islahatlar sayəsində bu gün gənclərimiz dövlətimizi xaricdə layiqincə təmsil edən bir elitaya çevrilmişdir.

 

Azərbaycan Ordusunun özəyini sağlam, vətənpərvər gənclər təşkil edir. Azərbaycan təhsilində gənc pedaqoqların sayı artmış, səhiyyəmizdə gənc mütəxəssislərin nüfuzu əhəmiyyətli həddə yüksəlmişdir. Bu gün Azərbaycan gəncləri  həyatımızın  bütün sahələrində layiqincə təmsil olunur. Dövlət strukturlarında, parlamentdə Azərbaycan gəncləri dövlətimizin iqtisadi, mədəni siyasətinin formalaşdırılmasında fəal iştirak edirlər.

Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. Respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşmüröz müsbət rolunu oynayır.

Bu gün Azərbaycan gəncliyinin qarşısında duran əsas məqsədlər  bu sahənin intellektual səviyyəsinin artırılması, onların elmə, təhsilə yiyələnmələrinə nail olunması, iqtisadi amillər - yəni maliyyə durumlarının, sosial rifah göstəricilərinin yüksək olması,  azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması və s.  məsələlərdir.

Prezident İlham Əliyevin son 12 ildə Azərbaycanda gənclərlə işin inkişaf etdirilməsi ilə bağlı verdiyi göstərişləri, sərəncamları qeyd etmək yerinə düşər. Həmin faktlar dövlətin bu sahəyə olan qayğısının birbaşa Prezidentin nəzarətindən kənarda olmadığını göstərir. Bu günlərdə mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən bir qrup gəncə  2016-cı il Gənclər üçün Prezident mükafatlarının, Prezidentin fəxri diplomlarının verilməsi bir daha dövlət başçısının gənclər sektoruna xüsusi önəm verdiyinibu sahənin dövlətin qayğısı ilə əhatələndiyini sübut etdi.

Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə” və 2011-ci ildə imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramları xüsusi qeyd edilməlidir. Həmin proqramlar dövlət başçısının Azərbaycan gəncliyinə münasibətinin birbaşa təzahürüdür. Əslində, ötən bir neçə il ərzində də məlum oldu ki, bu proqrama Azərbaycan gəncliyinin nə qədər ehtiyacı var imiş.     Bakı 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatına, 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi etdi. Bu tədbirlərdə Azərbaycanın gənci idmançıları öz sözünü dedi və ölkəmizə çoxsaylı qızıl medallar qazandırdı. Azərbaycanın 2016-cı il Ümumdünya Şahmat Olimpiadası, 2017-ci il İslam Həmrəyliyi Oyunları və 2019-cu il bədii gimnastika üzrə dünya çempionatı kimi beynəlxalq tədbirlərə ev sahibliyi şansını əldə etməsi gənclərin üzərinə böyük məsuliyyət qoyur. Bütün bunlar ölkədə bu sahədə aparılan dinamik işin təzahürü və həm də gənclər siyasətinin uğurlu davamı kimi qiymətləndirilir. Təsadüfi deyildir ki, ötən il Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum keçirildi və Azərbaycanın artıq bir gənclər paytaxtına çevrildiyi nümayiş olundu.  Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılmışdır. Burada təkcə son illər Prezident İlham Əliyevin birbaşa qərarları ilə yaradılan çoxsaylı gənclər mərkəzlərinin və evlərinin açılışını da qeyd etmək olar.

Azərbaycan gənclərinin dünyanın ən tanınmış ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində fəaliyyət göstərməsi dövlətin bu sektora olan etibarının nəticəsidir.  Gənclərimizi xarici ölkələrin ali təhsil müəssisələrinə göndərməklə Azərbaycanın ölkə sərhədlərindən kənarda tanınması və təbliği üçün zəmin yaradan ulu öndərin ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. İndi həmin kadrlar ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli mütəxəssislər kimi çalışırlar. Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən bu diqqət ölkə gəncliyinin dünya birliyinə inteqrasiyasını sürətləndirir. Bu gün xarici ölkələrdə Dövlət Neft Fondunun vəsaitləri hesabına təhsil alan azərbaycanlı gənclər bir neçə ildən sonra Azərbaycanın ictimai həyatında çalışaraq respublika iqtisadiyyatının qüdrətlənməsinə, nüfuzunun yüksəlməsinə öz layiqli töhfələrini verəcək, xalqımızın qürur mənbəyinə çevriləcəklər. Həmin gənclər təhsil aldıqları, işlədikləri ölkələrdə Azərbaycanı təmsil edən diaspor təşkilatlarının fəal üzvlərinə çevrilərək respublika həqiqətlərinin dünya xalqlarına çatdırılması istiqamətində çalışır, onların arasında tanınmış ictimai- siyasi xadimlər, görkəmli alimlər yetişir.

Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiyi nailiyyətləri müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclər dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai-siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər. Seçkilərdə gənclərə xüsusi diqqət yetirilməsi ölkənin ictimai-siyasi həyatında, demokratiyanın inkişafında daha fəal iştirak etmək istəyinin təzahürüdür. Azərbaycanlı gənclərin qələbə sorağının dünyanın bütün qitələrindən eşidilməsi dövlətimizin dünya birliyinə inteqrasiyasının məntiqi nəticəsidir. Respublikanın gənclər təşkilatları BMT, Avropa Şurası, İƏT, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla əlaqə yaradır, birgə layihələr həyata keçirirlər. Bütün bunlar intellektual Azərbaycan gəncliyinin formalaşmasını sübut edir.  Azərbaycan müstəqillik baxımından gənc ölkədir. Eyni zamanda, əhali də çox gənc, dinamik və fəaldır. Gənc nəslimizi iqtisadisiyasi həyatımızın hər bir sahəsinə qoşmaq məqsədilə apardığımız fəal dövlət siyasəti hazırda yaxşı bəhrə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  biz böyük əmək qüvvəsinə, müsbət demoqrafik vəziyyətə malik olan ölkəyik. Azərbaycanda savadlılıq səviyyəsi demək olar ki, yüz faiz təmin edilib. Gənclər siyasətinə gəldikdə, həmçinin olduqca mükəmməl qanunvericilik bazası mövcuddur. Gənclər siyasəti ilə bağlı qanun var. Azərbaycanda gənclərlə bağlı iki Dövlət Proqramı qəbul edilibuğurla həyata keçirilib. Bu yaxınlarda ölkədə Gənclər Fondu yaradılıb. Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətə təqdim etməyə şərait yaradır. Onlar mədəniyyət, təhsil və sosial sahələrə, eləcə də siyasi islahatlara aid olan layihələr üzərində işləyirlər. Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətə təqdim etməyə və beləliklə, ölkəmizin inkişafına töhfə verməyə yardım edir.

Bu gün Azərbaycan gənci sayəsində Vətənimizin əmin-amanlığı etibarlı əllərdədir. Ordumuz düşməni hər zaman nəzarətdə saxlayır və torpaqlarımızın işğaldan azad olunması üçün hər an Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanından əmr gözləyir. Prezident İlham Əliyev Bakıda təşkil olunan Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda bildirmişdi ki, təhlükəsizlik məsələlərinə gəldikdə, biz yalnız gənc nəslə güvənirik. Sərhədlərimizi qoruyan, hazırda erməni təcavüzkarları ilə üzbəüz səngərdə dayanan gənc azərbaycanlılar Vətəni qoruyurlar. Erməni təcavüzü zamanı əziyyət çəkmiş insanlarımızın əksər hissəsi gənc nəslin nümayəndələri olub. Bu, regional təhlükəsizliyə ən böyük təhdiddir. Əfsuslar olsun ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində Azərbaycan Ermənistanın silahlı təcavüzü, etnik təmizləmə siyasəti və tarixi torpaqlarımızı işğal etməsi ilə üzləşdi.  Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir, əsrlər boyu azərbaycanlılar bu bölgədə yaşayıblar. Ermənistanın dəstəklədiyi təcavüzkar separatizm bu vəziyyəti yaratdı. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi iyirmi ildən çoxdur ki, Ermənistanın işğalı altındadır.

Bu gün Azərbaycan dünyada özünün çoxkonfessiyalı və etnik müxtəlifliyinə baxmayaraq sabit daxili siyasi şəraiti olan, tolerant mühitə sahib olan ölkələrdən biri kimi tanınır. Bu prosesdə dövlətin siyasəti nə qədər mühüm rol oynayırsa, tolerant, sülhsevər insan amilini yüksək qiymətlədirən Azərbaycan gəncinin bu sahədə şəxsi əzmi də mühüm rol oynayır. Biz sivilizasiyalararası  dialoqa böyük töhfələr veririk. İki dəfə mədəniyyətlərarası dialoq forumlarını keçirmişik. Mədəni müxtəlifliyə, multikulturalizmə aid, dünyanın müxtəlif yerlərində yaşayan insanların hansı şəkildə birgə işləməsinə, əməkdaşlığına və qarşılıqlı fəaliyyətinə həsr olunmuş Bakı Beynəlxalq Humanitar Forumunu dörd dəfə təşkil etmişik.  Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi hesab edilən gənclik yaxşı anlayır ki,  bu gün ən böyük təhdidlərdən biri sivilizasiyalar arasında ayrılma və bu ayrılmanı gündəmə gətirərək, fərqliliyi qabardaraq ixtilafa çevirməkdir. Yaxın Şərqdə və digər dünya ölkələrində baş verən dini, irqimilli ayrı-seçkilikdən yaranan münaqişələri Azərbaycana transfer etmək mümkün deyil. Azərbaycan gənci dövlətinin, xalqının maraqlarını hər zaman müdafiə edirheç bir siyasi qüvvənin oyuncağına çevrilmir. Yaxın günlərdə Bakının mərkəzində tikilən və bütün Qafqazın ən böyük ibadət ocağı hesab edilən “Heydər məsçidi”ndə qılınan vəhdət namazı buna əyani sübutdur. İllərdir, əsrlərdir müsəlmanların arasında sünni və şiə məzhəblərinin qızışdırılması üçün addımlar atılır və ölkəmizdə sabitliyi pozmaq üçün cəhdlər göstərilir. Lakin həm dövlətin, həm də xalqın ayıqlığı nəticəsində belə hallara ölkəmizdə heç zaman yol verilməyib. Bu baxımdan “Heydər Məscidi”ndə inanclı  müsəlmanların iştirakı ilə vəhdət namazının qılınması sevindirici hal olmaqla yanaşı, eyni zamanda, böyük təqdirəlayiq hadisə kimi qiymətləndirilməlidir. Elə buna görədir ki, bu il AzərbaycandaMultikulturalizm ilielan edilmişdir. Təbii ki, Azərbaycan dövlətinin, ölkəmizin bu imicə sahiblənməsində gənclərimizin rolu müstəsna əhəmiyyət daşıyır. Bu, həm onu göstərir ki, Azərbaycan gəncliyi prinsipial məsələlərdə daim dövlətimizin maraqlarını üstün tutur.

Bu gün Azərbaycanda dövlət gənclər siyasətinin əsas hədəfi ondan ibarətdir ki, gənclərin öz bilik bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər həyata keçirilən tədbirlər sistemləşdirilsin praktiki əhəmiyyət daşısın. Paytaxt Bakı başda olmaqla ölkənin müxtəlif guşələrində tikilən gənclər mərkəzləri, gənclər evləri, Olimpiya kompleksləri gənclərimizin rifahı işıqlı, sağlam gələcəklərinin təmin olunması üçündür.

Bu gün dünya internet əsrinin inkişaf dövrünü yaşayır. Azərbaycan gəncləri bayrağımızda ehtiva edilən milli, mənəvi eyni zamanda, müasir dəyərləri əxz etmək baxımından geniş imkanlar əldə etmişdir. Bu şansı dəyərləndirmək hər bir vətənpərvər gəncin başlıca devizi olmalıdır. Çünki həssas regionda yerləşən ölkəmiz üçün bütün hücumlara təsirlərə qarşı mütəşəkkil mövqe ortaya qoya bilən, daxilən güclü amallara söykənən Azərbaycan gəncləri lazımdır. İnanırıq ki, Azərbaycan dövlətinin gənclərimizə göstərdiyi etimad, diqqət qayğı, hər zaman olduğu kimi, bundan sonra da xalqımızın maraqlarına xidmət edəcək bu xidmət öz bəhrəsini, yüksək nəticəsini prinsipial məqamlarda həmişə göstərəcəkdir.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2016.- 2 fevral.- S.5.