Vətəndaşların müraciətlərinə qayğı

və həssaslıqla yanaşılması prokurorluq

orqanlarının əsas vəzifələrindən biridir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşlara layiqli xidmət göstərilməsi, onların qəbulu, müraciətlərinə tam və hərtərəfli baxılması, haqlı tələblərinin təmin edilməsi ilə bağlı tapşırıqları Baş Prokurorluğun rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır.

 

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bəzi kütləvi informasiya vasitələrində fevralın 3-də bir qrup vətəndaşın prokurorluq orqanları əməkdaşları tərəfindən guya onların müraciətlərinə obyektiv baxılmaması, şikayətlərində qaldırılan problemlərin həll edilməməsinə etiraz əlaməti olaraq Baş Prokurorluğun inzibati binası qarşısında aksiya keçirmələri barədə informasiyalar yayılıb.

Bununla əlaqədar Baş Prokurorluq bildirir ki, vətəndaşlardan daxil olmuşprokurorluğun səlahiyyətlərinə aid olan bütün müraciətlər üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tamobyektiv araşdırmalar aparılmaqla qanunamüvafiq qərarlar qəbul edilir. Vətəndaşların müraciətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar şikayətlərin, habelə sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqdaya aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilir. Həmçinin vətəndaşlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada Baş Prokurorluğun rəhbərliyi və aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilironlara şikayətləri üzrə qəbul olunan qərarlarla bağlı müfəssəl izahlar verilir.

Belə ki, vətəndaş Süleymanova Sevda Fətəli qızının əri Qüvvətəli Süleymanovun Cinayət Məcəlləsinin 178.3.2-ci, 310-cu və 320.1-ci maddələri ilə əsassız olaraq məhkəmə məsuliyyətinə verilməsi, habelə əmlakının ələ keçirilməsi ilə əlaqədar şikayətinin Bakı Şəhər Baş Polis İdarəsində qeyri-obyektiv araşdırılması ilə bağlı Baş Prokurorluğa daxil olmuş müraciətləri araşdırılıb. Hazırda Q.Süleymanov barəsində cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. S.Süleymanovanın əmlakının ələ keçirilməsi ilə əlaqədar müraciəti isə Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunda müvafiq qaydada araşdırılıb. S.Süleymanova baş prokuror tərəfindən 2, baş prokurorun birinci müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun aidiyyəti idarələrinin rəhbərliyi tərəfindən 5 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilib.

Vətəndaş Təmrazova Alya Həsən qızının qanunsuz olaraq psixiatriya müəssisəsinə yerləşdirilməsi və əmlakının oğurlanması barədə Baş Prokurorluğa etdiyi müraciətlər əsasında hazırda Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 146.2-ci və 313-cü maddələri ilə istintaq tədbirləri davam etdirilir. Evindən oğurluq edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə olan cinayət işi üzrə isə istintaq Bakı Şəhər Baş Polis İdarəsində davam etdirilir. A.Təmrazova baş prokuror tərəfindən 3, baş prokurorun birinci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarələrinin rəhbərliyi tərəfindən 5 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilib.

Vətəndaş Mahmarzayeva Mətanət Ağarza qızının övladı Fatimə Mahmarzayevanın zərərçəkmiş şəxs olduğu cinayət işi üzrə ibtidai istintaqın obyektiv aparılmaması və cinayəti törətmiş şəxslərin bəzilərinin cinayət məsuliyyətinə cəlb edilməməsi barədə Baş Prokurorluğa etdiyi müraciətlər üzrə Hüseyn İsmayılovun və Emin Alıyevin Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məmmədov Hacı Taleh oğlunun Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə istintaq Yasamal Rayon Polis İdarəsində yekunlaşmaq üzrədir. Digər təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. M.Mahmarzayeva baş prokuror tərəfindən 1, baş prokurorun birinci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən bir dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilib.

Vətəndaş Kərimova Rəsmiyyə Əvəz qızının övladına qarşı törədilmiş seksual zorakılıq hərəkətləri ilə bağlı Bakı Şəhər Prokurorluğunda istintaq aparılıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. R.Kərimova baş prokuror tərəfindən 2, baş prokurorun birinci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarələrin rəhbərliyi tərəfindən 5 dəfə qəbul edilib, ona şikayətləri ilə bağlı müvafiq izahlar verilib.

Vətəndaş Axundov Rafiq Fazil oğlunun özünə məxsus mənzilin qanunsuz olaraq ayrı-ayrı hüquqi şəxslər tərəfindən ələ keçirilməsi və ona qarşı dələduzluq edilməsi barədə müraciətləri üzrə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilib. R.Axundov baş prokuror tərəfindən 1, baş prokurorun birinci müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun aidiyyəti idarələrin rəhbərliyi tərəfindən 2 dəfə qəbul olunaraq şikayətləri ilə bağlı müvafiq izahlar verilib.

Vətəndaş İsmayılov Elmidar Məhərrəm oğlunun atası Məhərrəm İsmayılovun idarə etdiyi avtomaşının Yasamal rayonu ərazisində avtomaşınla toqquşması nəticəsində sonuncunun avtomaşında olan şəxslər tərəfindən döyülməsi ilə əlaqədar tədbir görülməməsi barədə müraciəti üzrə hazırda Baş Prokurorluqda araşdırmalar davam etdirilir. E.İsmayılov baş prokuror tərəfindən 2, baş prokurorun birinci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarələrin rəhbərliyi tərəfindən 2 dəfə qəbul edilib, ona şikayətləri ilə bağlı müvafiq izahlar verilib.

Həmçinin vətəndaş Hümbətova Roza Müslüm qızının döyülməsi və ona qarşı qanunsuz hərəkətlər edilməsi ilə əlaqədar müraciətləri hazırda Bakı Şəhər Prokurorluğunun istintaq idarəsində araşdırılır. R.Hümbətova baş prokuror tərəfindən 2, baş prokurorun birinci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 1 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilib.

Vətəndaş İsayev İsa Qeyubşah oğlunun qızı Afaq Süleymanovanın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı Bakı Hərbi Prokurorluğunda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub. İ.İsayev baş prokuror tərəfindən 1, baş prokurorun birinci müavini tərəfindən 2, respublika hərbi prokuroru tərəfindən 1, həmçinin Baş ProkurorluğunRespublika Hərbi Prokurorluğunun aidiyyəti idarələrinin rəhbərliyi tərəfindən dəfələrlə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilib.

Vətəndaş Hacıəliyeva Mədinə Yuzbəyovnanın bağ evinin dələduzluq yolu ilə satılması və pulunun mənimsənilməsi barədə şikayətləri əsasında hazırda Bakı Şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir. M.Hacıəliyeva baş prokuror tərəfindən 1, baş prokurorun birinci müavini tərəfindən 1, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 2 dəfə qəbul olunaraq şikayətləri ilə bağlı müvafiq izahlar verilib.

Vətəndaş Yusupova Yelena Talqatovnanın atasına məxsus qarajın sökülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə cinayət işi başlanmaqla, hazırda Yasamal Rayon Prokurorluğunda istintaq tədbirləri davam etdirilir. Y.Yusupova baş prokuror tərəfindən 1, baş prokurorun birinci müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 1 dəfə qəbul edilibona şikayətləri ilə bağlı müvafiq izahlar verilib.

Vətəndaş Zeynəddinova Lətifə Balasoltan qızının döyülməsi və digər qanunsuz hərəkətlərə məruz qalması barədə müraciətləri əsasında Abşeron Rayon Polis İdarəsində araşdırmalar aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul olunub. L.Zeynəddinova baş prokuror tərəfindən 3, baş prokurorun müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 2 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilib.

Bundan başqa, vətəndaş Qulami Südabə Mirzəağa qızının oğlu Vüqar Məmmədovun tanışları Rəhim Ələkbərov və Xəqani Alıyev tərəfindən döyülməsi, külli miqdarda əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci və 178.3.2-ci maddələri ilə cinayət işi başlanaraq hazırda istintaq tədbirləri davam etdirilir. S.Qulami baş prokuror tərəfindən 1, baş prokurorun birinci müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 1 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilib.

Vətəndaş Abbasova Nəzakət Talan qızının oğlu Ramal Abbasovun yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına görə başlanmış cinayət işinin icraatına xitam verilib. Nəzakət Abbasova baş prokuror tərəfindən 1, baş prokurorun birinci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 2 dəfə qəbul edilərək şikayəti ilə bağlı müvafiq izahlar verilib.

Vətəndaş Hüseynov Bayraməli Mirzəhüseyn oğlunun Xəzər Rayon Prokurorluğunun böyük müstəntiqi Zaur Ağakişiyevin icraatında olan material üzrə ona qarşı qanunsuz hərəkətlərə yol verməsi və “200 saylı” MTK-nın sədri Etibar Fərziyevin qanunsuz hərəkətləri barədə müraciətlərinə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Baş Prokurorluğun Təşkilat-analitik idarəsində müvafiq qaydada baxılıb. Xəzər Rayon Prokurorluğunun böyük müstəntiqi barəsində Təşkilat-analitik idarəsində aparılmış xidməti yoxlama zamanı şikayətçinin göstərdiyi xüsusatlar təsdiqini tapmayıb. Eyni zamanda, “200 saylı” MTK-nın sədri Etibar Fərziyevin qanunsuz hərəkətləri barədə ayrı-ayrı vətəndaşların müraciətləri üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  B.Hüseynovun irəli sürdüyü tələbin mülki hüquqi xarakteri olması nəticəsinə gəlinərək həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi və Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi tərəfindən qəbul edilərək ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilib.

Vətəndaş Vəliyev Tofiq Əşrəf oğlunun Abşeron rayon dəniz neft donanma idarəsinin rəhbərliyi tərəfindən işdən qanunsuz azad olunması, işlədiyi müddət ərzində əmək haqqının düzgün hesablanmaması və digər qanunsuzluqlarla bağlı müraciətləri əsasında Xəzər Rayon Prokurorluğunda aparılmış araşdırmalar üzrə cinayət işinin başlanması rədd edilib. İşdən əsassız olaraq çıxarılması məsələsinə mülki hüquqi qaydada Ali Məhkəmədə baxılıb və iddiası təmin olunmayıb. T.Vəliyev baş prokuror tərəfindən 1, baş prokurorun birinci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarənin rəhbərliyi tərəfindən 3 dəfə qəbul edilərək şikayəti ilə bağlı müvafiq izahlar verilib.

Vətəndaş Qurbanov Xəyyam Cümşüd oğlunun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və istintaqı aparan müstəntiqin qanunsuz hərəkətləri barədə müraciətlərinə baxılarkən müəyyən edilib ki, Bakı Apellyasiya Məhkəməsinin 2009-cu il 4 iyun tarixli hökmü ilə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin X.Qurbanov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət işi üzrə 2007-ci il 28 mart tarixli hökmü ləğv edilib və təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilib. Daxili İşlər Nazirliyi tərəfindən aparılmış xidməti yoxlama zamanı cinayət işi üzrə ibtidai istintaq aparmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Musa Əliyevin hərəkətlərində qanun pozuntusu aşkar olunmayıb. X.Qurbanov baş prokuror tərəfindən 3, baş prokurorun birinci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarənin rəhbərliyi tərəfindən 3 dəfə qəbul edilərək şikayəti ilə bağlı müvafiq izahlar verilib.

Vətəndaş Eyyubova Zeynəb İsmayıl qızının oğlu Toğrul Eyyubovun çaya düşərək ölməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tədbirləri Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir. Zeynəb Eyyubova baş prokuror tərəfindən 2, baş prokurorun birinci müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 1 dəfə qəbul edilərək şikayəti ilə bağlı müvafiq izahlar verilib.

Vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işi Baş Prokurorluğun rəhbərliyinin gündəlik nəzarətində saxlanılmaqla Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrin qeyd-şərtsiz icrası, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması bundan sonra da təmin olunacaq.

 

Xalq qəzeti.- 2016.- 4 fevral.- S.6.