Ruhu rənglər dünyasında yaşayan rəssam

 

Oqtay Sadıqzadə – 95

 

Rəssamlıq  qəribə sənətdir. Bu sənəti seçən insanlar adətən  özləri də qəribə  xarakterli olurlar. Rənglər kimi  onların da təbiəti müxtəlif  çalarlıdır.  Bu insanlar  zəngin daxili aləmə, həssas  qəlbə  bir  sərt  xarakterə malik olurlar. Hər dəfə  rənglərin  çoxçalarlı  dünyasına  səyahət edəndə, orada özlərini tapır,  hisslərinə, duyğularına  yovuşan  rənglərdən  möcüzələr  yaradırlar.

 

Bu, sadəcə ilahi bir  vergidir.  Elə  Xalq rəssamı Oqtay Sadıqzadə   təbiətən rəssam  doğulmuşdu, yaşadığı aləmin  gözəlliyini,  xalqın  qüdrətli  sənətkarlarının portretlərini  rənglərin dili ilə  canlandırmaq  onun sənət dünyasında özünəməxsus  yer tutur. Bu yazı  ilə   anadan olmasının 95  illiyini  qeyd etməyə hazırlaşdığımız böyük sənətkarın  həyat yoluna  qısa bir nəzər salmaq istərdik.

O, 1921-ci il fevralın 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri - yazıçı Seyid Hüseynin şairə Ümgülsümün ailəsində anadan olub. Yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirmişdi. O, 1935-1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil aldığı  illərdə əsərləri sənətşünasların diqqətini cəlb etmişdi. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olundu. Həmin illəri  xatırlayan rəssam  müsahibələrinin birində  deyirdi: “Altay diyarında soyuqlar 50 dərəcəyə çatırdı. Qazma daxmalarda yaşayırdıq. Səhər yuxudan duranda divarların  elə bil ki, ağappaq don geyindiyini görürdük. Bir qazmada 250 adam yaşayırdı. Düz 5 il belə şəraitdə yaşadım. Sən demə, buna da alışmaq olarmış. O şərait hər kəs üçün əsl imtahandır, elə dəhşətlərdə insanın daxili, onun özü görsənir.  Rəssamlar İttifaqının sədri Mürsəl Nəcəfov sürgündə olduğum şəhərin rəhbərliyinə məktub yazaraq qayıtmağım haqqında xahiş etdi “O, bizə lazımdır” – deyə Mürsəl Nəcəfov yazmışdı. Həmin  məktubun mənə böyük köməyi oldu, 1946-cı ildə sürgündən azad olaraq Bakıya qayıtdım”.

Oqtay Sadıqzadə  Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub 1956-cı ildə qrafika ixtisası üzrə institutu bitirib.

Təhsilini başa vurduqdan sonraAzərnəşr”də bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Balzakın, Hüqonun, Turgenevin, Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin digər söz ustalarının ədəbi qəhrəmanlarının dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb.  Bunlar  rəssamın Azərbaycan dünya  ədəbiyyatına   gözəl  töhfəsi idi.

Uşaqlıqdan poetik ruhda böyüyən rəssam təbiidir ki, incəsənətdə öz yolunu ədəbi obrazlarla tapmaq istəyirdi. Əslində  elə tapdı da. Bu yolda müəllimləri ona  bələdçilik  etmişdilər. Oqtay Sadıqzadə  o vaxtkı müəllimlərindən  rəssam Piralovu minnətdarlıqla xatırlayırdı. Yüksək savada malik olan bu rəngkar, eyni zamanda, musiqiçi riyaziyyatçı idi. Fransa İtaliyada təhsil almış, çox ziyalı bir adam idi. O, özü daxil  olmaqla Azərbaycan rəngkarlığının indiki korifeyləri sayılan Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə ilə bir yerdə oxuyurdular. Onlar müəllimin rəhbərliyi altında rəsmin proporsiyasını, perspektivin incəliklərini öyrənmişdilər. Bu da  onların  sonrakı  sənət  talelərinə  müsbət  təsir  göstərmişdi.Oqtay Sadıqzadə   ilk yaradıcılığından  Nizami Gəncəvinin əsərlərinə  illüstrasiyalar   çəkməyə  başlamışdı. “Fitnəuşaq kitabına çəkdiyi illüstrasiyalar  olduqca  cəlbedici idi.

O, Hüseyn Cavidin, demək olar ki, bütün pyeslərinə, Cəlil Məmmədquluzadənin, S.Hüseynin, C.Cabbarlının əsərlərinə, M.F.AxundzadəninAldanmış kəvakib”, həmçinin Rəşad Nuri GüntəkininÇalı quşuromanına illüstrasiyalar çəkmişdi. Xaqaninin, Qətran Təbrizinin, Nəsiminin, Natəvanın, Heyran xanımın  poeziyası, müğənnilərin, bəstəkarların  obrazları onun əsərlərində  məxsusi yer tuturdu.

RəssamNizami Gəncəvi dünya mədəniyyətiadlı monumental silsilə əsərlər yaratmaq üçün uzun müddət  material axtarıb. Bir müddət düşündükdən sonra  beş böyük tablo yaratmaq qərarına gəlib.  Ekspozisiyanın mərkəzindəNizami Gəncəvi dünya mədəniyyəti”, onun yanındaAntik filosoflar”, “Nizaminin sələfləri”, “Nizaminin xələfləriNizami Avropa mədəniyyəti”. Oqtay Sadıqzadə bu məsuliyyətli işə 6 ildən artıq vaxt sərf edib, nəhayət, 1999-cu ildə  həmin  əsərlərin təqdimatı keçirilmişdi.       

Onun tematik tablo, kompozisiya portret janrlarında çəkdiyi əsərlər   sənətşünaslar  tərəfindən yüksək  qiymətləndirilir, bu əsərlər  müxtəlif  sərgilərdə nümayiş etdirilirdi. Dövrün sənət salnaməsinə çevrilən bu əsərlər  təsvir formalarının sadəliyi rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutur.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Milli Azərbaycan Tarixi Muzeyini, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun Bülbülün ev muzeylərini  ziyarət  edənlər  onların tərtibatında  Oqtay  Sadıqzadənin  yaradıcılıq izlərini  duymamış  deyillər.  Nizami Gəncəvi dünya mədəniyyətiadlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanlarıtablosu Hüseyn Cavidin aləmitriptixi bu muzeylərdəki  diqqətçəkən əsərlərdir.

Rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyinin, eləcə , Moskva Dövlət Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzinin daimi eksponatlarına  çevrilmişdir. Eyni  zamanda,  onun tabloları Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.     

1980-90-cı illərdə Oqtay Sadıqzadə koloritinə, kompozisiyanın xarakterinə görə  müxtəlif növ portretlər yaratmışdı.  2000-ci ildə  rəssam incəsənət həvəskarı  rəngkarlıq kolleksiyasının sahibəsi, Drezdendə yaşayan tibb elmləri doktoru,  professor frau Mario Marrenin portretini çəkmişdi. Rəssamın yüksək ustalığı  barədə  professorun məktubunda yazılır:  “...Sizin əsərinizə baxanda mən heyran oldum. Şəklə baxan kimi hiss etdim ki, bu, həqiqətən mənəm. Mən, sadəcə olaraq, öz portretimə baxmıram, burada  daxilimi, ruhumu görürəm”.     

Oqtay Sadıqzadənin yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub dövlət tərəfindən yüksək qiymətləndirilib. Rəssamın müstəqil respublikamızın ali mükafatları olanŞərəfŞöhrətordenləri ilə təltif edilməsi onun sənətinə, şəxsiyyətinə diqqət ehtiramın parlaq ifadəsidir. O, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. 1977-ci ildə Azərbaycan Əməkdar incəsənət xadimi, 1992 ci ildəAzərbaycan Xalq rəssamı  fəxri  adlarına layiq görülmüşdür.     

Amansız ölüm 20 dekabr 2014-cü ildə  bu böyük sənətkarı aramızdan apardı. Əsl ziyalı qayğıkeş insan Oqtay Seyid Hüseyn oğlu Sadıqzadənin işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

 

Elçin ORUCOV,

rəssam, Əməkdar

mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2016.- 13 fevral.- S.7.