Azərbaycan dövləti Xocalı faciəsi barədə

həqiqətləri artıq bütün dünyaya çatdırır

 

Bilirsiniz ki, ermənilər xaricdəki imkanlarından istifadə edərək, dünya birliyinə Xocalı faciəsi haqqında təhrif edilmiş məlumatlar çatdırmağa cəhd etmişlər. Əfsuslar olsun ki, uzun illər ərzində buna müvəffəq olmuşlar. Bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız bu vəziyyəti, demək olar ki, tamamilə dəyişdirdi... Biz bütün ölkələrdə kampaniyalar keçiririk, həm səfirliklər, həm də Heydər Əliyev Fondu vasitəsilə. Bildiyiniz kimi, fond bu məsələ ilə çox fəal məşğul olur. Bizim təşəbbüsümüzlə yaradılmış İslam Konfransı Təşkilatının Gənclər Forumu da bu məsələ ilə bağlı fəal işləyir... Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq edən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

İndi  artıq elə bir gün olmur ki, beynəlxalq aləmdən bu məzmunlu bir xəbər eşitməyək. Xocalı faciəsini soyqırımı kimi tanıyan ölkələrin, parlamentlərin, qeyri-hökumət təşkilatlarının sayı gündən-günə artmaqdadır.

 

Bu məzmunlu ən son xəbərlərdən biri Amerika Birləşmiş Ştatlarından gələn rəsmi məlumata əsaslanırdı. Həmin xəbərdə oxuyuruq: “ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok  rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevralı Xocalını anma günü olaraq tanımağa və yad etməyə çağırıb.  Azərbaycanın Los – Ancelesdəki Baş Konsulluğuna daxil olan sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib. Adıçəkilən qubernatorun bəyanatı  Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir. Bəyanatda bildirilir: “Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla, münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”.  

Sənədin sonunda 26 fevral 2016-cı il tarixinin Montanada Xocalını Anım Günü elan edildiyi vurğulanır. Agentlik əlavə edir ki, bu sənədlə ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb.

Xocalı məzmunlu başqa  bir yeni məlumatda isə məlum olur ki, təkcə soydaşlarımızın deyil, haqqı, ədaləti sevən hər kəsin bu faciənin dünya miqyasında tanıdılmasına töhfə vermək imkanı olacaq. AZƏRTAC-ın yaydığı həmin məlumatda deyilir: “Xocalıya ədalət!” Beynəlxalq Kampaniyası İctimai Birliyi dövlət qurumları və ictimai təşkilatlar tərəfindən aparılan təbliğat-təşviqat işlərinin səmərəliliyinin artırılması və bu fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi məqsədilə dövlət qurumları, gənclər təşkilatları, ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edir”.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində fevralın 18-də Dövlət İdarəçilik Akademiyasında  tələbə və müəllim heyətinin iştirakı ilə tədbir keçirilib. Tədbir zamanı “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd edilib ki, kampaniyanın fəaliyyəti nəticəsində bir sıra dövlətlərin parlamentləri tərəfindən Xocalı hadisələrinin rəsmi şəkildə soyqırımı kimi tanınmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsinə nail olunub. Bildirilib ki, yaxın günlərdə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının faciə barədə müfəssəl məlumatların toplandığı, resurs bazası olan saytı istifadəyə veriləcək. Sayt internet istifadəçilərinə, o cümlədən gənclərə kampaniyanın gedişatında iştirak etmək imkanı yaradan interaktiv platforma rolunu oynayacaq. Hər kəs “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına könüllü kimi qoşulmaqla yanaşı, bu sayt vasitəsilə həyata keçiriləcək müxtəlif aksiyalarda da fəal iştirak edə bilər.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəzdində fəaliyyət göstərən Prezident Kitabxanasında (“preslib.az”) Xocalı faciəsi barədə  ən dəqiq, dürüst məlumatların toplandığı internet saytı  istifadəçilərin xidmətindədir. Kitabxana əməkdaşlarının yaratdığı “khojaly.preslib.az” saytında toplanmış materiallar “Xocalı soyqırımı”, “Rəsmi materiallar”, “Xocalı faciəsinin əks-sədası”, “Xocalıya ədalət!”, “Xocalı soyqırımının tanıdılması” və “Elektron resurslar” başlıqları altında verilmişdir.Ümumiyyətlə,  dövlətin 20 Yanvar və Xocalı faciələri ilə bağlı yeritdiyi siyasət elə vəziyyət yaradıb ki, bu iki mövzu artıq istənilən azərbaycanlının şəxsi və gündəlik məşğul olduğu məsələyə çevrilib.

Xocalı faciəsinin mahiyyətinə gəlincə isə, bunun artıq xırda detallarla izah edilməsinə ehtiyac qalmayıb. Bu faciə  ermənilərin azərbaycanlılara qarşı son 150-200 il ərzində qurub-yaratdığı fitnə-fəsad torunun  bu gün  Ermənistana rəhbərlik edən cani, uşaq qatili Serj Sarkisyan tərəfindən icra olunmuş ən qanlı səhifəsidir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən isə Xocalı şəhərini Yer üzündən birdəfəlik silmək olmuşdur. Çünki Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Faciədən bir ay əvvəl “Dalğa” qəzetində həyəcan təbili çalan alim Arif Abbasov deyirdi ki, həmin şəhər ərazisindəki orta əsrlərə məxsus Xoca Əli (“Xocalı” sözü həmin mənbədən yaranmışdı) məqbərəsi təhlükə altındadır. Ermənilər həmin əraziləri işğal etməklə məhz o qəbildən olan Azərbaycan-türk abidələrini birdəfəlik olaraq Yer üzündən silmək məqsədi güdürdülər. Zamanın xalqımıza bəxş etdiyi talesizlik idi ki, həmin illərdə ölkəyə rəhbərlik edənləri Xoca Əli məqbərəsi deyil, vəzifə, hakimiyyət ehtirası düşündürürdü. O qəbildən olan abidələrin tarixi mahiyyətini bizdən yaxşı bilən ermənilər  onların axırına çıxmağı bacardılar.

Alimlər yazırlar ki,  işğal edilmiş həmin ərazilərdəki qədim mədəniyyətimiz  tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının qədim tarixi abidələri – siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhvi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Kütləvi informasiya vasitələri yazırlar ki, Xocalıda baş verənlərin soyqırımı olduğunu elə həmin dövrdə bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri də təsdiqləmişlər.  Faciənin baş verdiyi günlərdə  Xankəndidə ezamiyyətdə olmuş fransalı jurnalist Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını “qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi bir çox müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. Jurnalist  qələmə aldığı  “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazıda Xocalıda baş verənlərin əvvəlcədən cızılan ssenari olduğunu açıq şəkildə qeyd  etmişdir. Onun fikrincə, məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizmi dünyanı məhz bu yollaram etməyə” çalışmışdır.

Ermənilərin türklərə və azərbaycanlılara qarşı əsrlərdən bəri törətdiyi çoxsaylı terror və təxribatlar seriyasının XX əsrdəki ən murdar ruhlandırıcısı olmuş, “Böyük Ermənistan” ideyasının əsas ideoloqlarından biri kimi çoxsaylı qan tökülməsinin baiskarına çevrilən   Zori Balayanın Xocalı soyqırımında birbaşa iştirakını təsdiqləyən faktlar mövcuddur. Türk qanına susayan  bu vəhşi  1996-cı ildə dərc olunmuşRuhumuzun canlanması” adlı kitabında Xocalıda törətdikləri  soyqırımı barədə qeyd edir: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincindən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim”.

Bu gün Ermənistana rəhbərlik, daha doğrusu, ermənilərə cəlladlıq edən Serj Sarkisyan da Xocalı faciəsinin törədilməsində  şərəfsizlik baxımından Zori Balayandan geri qalmayıb. Biz dünya ictimaiyyətinə məhz bu faktları çatdırmaq istəyirik və çatdırırıq. Bu faktlardan, canlı şahid ifadələri, fotovideomateriallardan istifadə edən Azərbaycan bütün dünyada Xocalı soyqırımı ilə bağlı təbliğat aparmaq imkanlarını genişləndirir. Beynəlxalq hüquq normaları da Xocalı faciəsinin soyqırımı olduğunu bir daha təsdiqləyir. Dünya hüquqşünasları təsdiq edirlər ki,  Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) nizamnaməsində ifadə olunmuş, sonradan həmin cinayət tərkibləri YuqoslaviyaRuanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapmışdır.

Hüquqşünaslar onu da qətiyyətlə deyirlər ki, Xocalı soyqırımından nə qədər vaxt ötsə də, həmin cinayətləri törətmiş şəxslər məsuliyyətdən yayına bilməzlər. “Biz müdafiədə deyil, hücumda olmalıyıq” – deyən Prezident İlham Əliyev də bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Həmin vəzifələrin yerinə yetirilməsi çərçivəsində Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, BosniyaHerseqovina, Rumıniya, Çexiya və İordaniyanın parlamentləri Xocalı soyqırımını tanımışlar.

Bir sözlə, Azərbaycan xalqı öz dövlətinin və liderinin rəhbərliyi ilə düşmənə layiqli cavab vermək, indiyədək üzləşdiyi faciələrin heç birinin qanını yerdə qoymamaq əzmindədir. 20 Yanvar və Xocalı faciələri hər birimiz üçün sırf milli mahiyyət daşıdığına görə dünyanın bütün qitələrinə səpələnmiş 50 milyonluq azərbaycanlıların hamısı bu məsələlərdə bir adam şəklində birləşərək dövlətimizin atdığı addımları dəstəkləyir. Bu dəstək tam qələbəmizədək davam edəcəkdir.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2016.- 20 fevral.- S.3.