Göygöl rayonunda əldə
edilmiş
inkişaf səviyyəsi
yeni uğurlara təminat yaradır
Bu qış havalar dağlıq və
dağətəyi bölgələrdə daha
sərt keçsə də, dəfələrlə qar- çovğun təbii
çətinliklər yaratsa da, belə ərazidə yerləşən Göygöl rayonunda həyatın
ahəngi pozulmamış, yaranan maneələr
dərhal aradan
qaldırılmışdır. Mövsümə vaxtında və
lazımi hazırlq görmüş
göygöllülər ötən ili uğurla başa vurmuş, yeni ilin ilk günlərindən
isə əllərini iş-gücdən soyutmadan
qarşıda duran vəzifələrin
yerinə yetirilməsini davam etdirmişlər.
Keçən ilin uğurlarını, 2016- cı ilin hədəflərini ərtaflı götür- qoy etmiş rayon rəhbərliyi regional inkişaf proqramlarının ardıcıl gerçəkləşdirilməsi ənənəsinə uyğun olaraq, əldə edilmiş nailiyyətləri daha da artırmaq üçün zəruri tədbirlər planı hazırlamışdır. Göygöl Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısında bütün bunlar barədə geniş müzakirə aparılmışdır.
Məclisi giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov əvvəlcə Nazirlər Kabinetinin illik hesabat iclasında və sonrakı ümumrespublika toplantılarında Prezident İlham Əliyevin ölkəmizdə cari işlərin uğurla yerinə yetirilməsi ilə bağlı icra qurumlarının qarşısına qoyduğu vəzifələr, səsləndirdiyi tələblər barədə məlumat vermiş, rayonda məsul şəxslərin öz borclarına daha ciddi yanaşmalarını xatırlatmışdır. Sonra RİH- in hesabat məruzəsini rayon fəallarının müzakirəsinə təqdim edən başçı əvvəlcə ötən ilin nailiyyətləri üzərində dayanmışdır.
Bildirilmişdir ki, 2015-ci ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq- quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında rayon üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi olaraq son 12 ildə rayonun iqtisadiyyatı dinamik inkişaf etmişdir.
Hesabat ilində rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi faktiki qiymətlərlə 112 milyon 316,6 min manata çatmışdır. Bunun 68 milyon 650,3 min manatı (76,1 faiz) istehsalın, 43 milyon 666,3 min manatı (23,9 faiz) xidmət sahələrinin payına düşür. Rayon büdcəsinin mədaxil və məxaric hissəsi üzrə proqnoz tapşırıqların icrası təmin olunmuş, vəsaitin təyinatına görə səmərəli istifadə olunmasına, maliyyə intizamına riayət edilmişdir. Büdcənin gəlirləri 4 milyon 437 min manata qarşı 4 milyon 558,0 min manat (102,7faiz), xərcləri 15 milyon 706,0 min manata qarşı 14 milyon 720,7 min manat (93,7 faiz) icra edilmişdir.
Ötən il 51 xidmət, 176 istehsal, 1 emal obyektləri istifadəyə verilmişdir. Ümumi məhsul 3,1 dəfə, sənaye 2 dəfə, kənd təsərrüfatı 2,6 dəfə, pərakəndə ticarət dövriyyəsi 3,4 dəfə artmışdır. 8 milyon 652,6 min manat əsas kapitala investisiya qoyulmuş, bundan 7 milyon 846,1 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir.
Əhali 611,5 kadratmetrlik sahibkar obyekti və ümumi sahəsi 2219,8 kvadratmetr olan 14 fərdi ev tikmiş, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan 16 mənzil təmir olunmuşdur. Aşıqlı kəndində ötən il 1 nəfər, son 12 ildə isə 8 nəfər Qarabağ Müharibəsi əlilinə fərdi yaşayış evi tikilmişdir. Mənzil uçotuna götürülmüş imtiyazlı təbəqəyə aid şəxslərdən 52 nəfər mənzillə təmin olunmuşdur.
Əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərin nəticəsi olaraq 2015-ci ildə rayon üzrə orta aylıq əmək haqqı 250 manata çatmış, adambaşına düşən pul gəliri 1809,1 manat təşkil etmişdir. Rayon üzrə 2700 nəfərə 2 milyon 339,9 min manat sosial müavinət, 8703 nəfərə 16 milyon 517,6 min manat əmək pensiyası ödənilmiş, orta aylıq pensiyanın məbləği 158 manat olmuşdur. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılmışdır.
Əhalinin, xüsusilə də gənclərin məşğulluğunu təmin etmək məqsədilə rayon üzrə “Ərazi məşğulluq proqramı” hazırlanaraq icrası yerinə yetirilmişdir. Rayonda əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məqsədilə rayon Məşğulluq Mərkəzində vakant iş yerləri haqqında məlumatlar toplanılmış, 456 nəfər işləməyən vətəndaş qeydiyyata götürülmüş, onlardan 293 nəfəri işlə təmin olunmuş, 12 nəfərə işsizlik müavinəti verilmişdir. “Əmək yarmarkası” keçirilərək 168 iş yeri müəyyənləşdirilmiş, 44 nəfər özlərinə münasib iş yeri tapmışdır. Son illərdə rayonda 6962-si daimi olmaqla 10321, o cümlədən 2015-ci ildə 714-ü daimi olmaqla 832 iş yeri açılmışdır.
Ötən il Göygöl şəhərində kompleks abadlıq- quruculuq işləri davam etdirilmiş, rayon mərkəzinin problemlərinin həlli istiqamətində ciddi irəliləyiş əldə edilmişdir. Şəhriyar kəndində və Göygöl şəhərində ucaldılmış Böyük Vətən Müharibəsində həlak olanların xatirə komplekslərində və ətraflarındakı parklarda təmir bərpa və yenidənqurma işləri aparılmışdır. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Göygöl rayon şöbəsi, Kənd təsərrüfatı idarəsi üçün inzibati binaların tikintisi davam etdirilir.
Göygöl şəhərinin sanitar təmizliyinə xüsusi diqqət yetirilmiş, küçələrdən məişət tullantılarının vaxtlı-vaxtında daşınması təmin olunmuşdur. Rayonda ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə ağac əkmə kompaniyası davam etdirilmiş, meşə dolaylarında 61 min, şəhər, qəsəbə və kəndlərdə, park və xiyabanlarda, yol kənarlarında 6 600 müxtəlif cins ağac və bəzək kolları əkilmişdir.
Prezident İlham Əliyevin ayırdığı vəsait hesabına 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 15,1 kilometr uzunluğunda Yeni Zod - Çaykənd - Qarabulaq - Quşçu - Sarısu avtomobil yoluna asfalt örtük salınmışdır. Yalqışlaq - Danayeri kəndarası avtomobil yolu, Balçılı, Cümşüdlü, Kərəmli, Üçtəpə, Qızılca kəndlərinin daxili yolları isə çınqıl tökülərək əsaslı təmir olunmuşdur.
Prezident İlham Əliyevin özəl fəaliyyəti təşviq etmək siyasətinə uyğun olaraq, rayonda yeni sahibkarlıq subyektlərinin yaradılmasına, kiçik və orta sahibkarlığın inkişafına əlverişli şərait yaradılmışdır. Nəticədə, 2015-ci ilin yekunlarına görə rayonda sahibkarların sayı 614 subyekt artaraq 1860-a çatmışdır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 115 sahibkara 1 milyon 494,4 min manat güzəştli kredit verilmişdir. Dövlət başçısının tapşırığına əsasən, əsassız yoxlanmaların və süni maneələrin qarşısının alınması ilə bağlı görülən tədbirlər orta və kiçik sahibkarlığın inkişafına təkan verəcəkdir.
Keçən il 1011 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına, toxum istehsalına və mineral gübrələrə görə dövlət büdcəsindən 703,5 min manat yardım verilmiş, bu da bolluq yaradılmasına müsbət təsirini göstərmişdir.
Ötən mövsümdə 47 milyon 787 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, Bunun da 99,3 faizi qeyri-dövlət sektorunun payına düşür. Kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illə müqayisədə 11,3 faiz artmışdır. 9714,8 hektarda taxıl əkilmiş, 27 min 728 ton məhsul tədarük edilmişdir ki, bu da keçən illə müqayisədə 75,9 faiz çoxdur. Bu ilin məhsulu üçün isə 9610 hektarda payızlıq taxıl əkilmiş, 130 hektarda yazlıq taxıl əkilməsi nəzərdə tutulmuşdur.
Rayonda fəaliyyət göstərən Aqroservis xidməti kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına olan ehtiyacını tam ödəyir. Hazırda rayonda 80 kənd təsərrüfatı texnikası var.
Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 164 subartezian quyusu, qapalı boru şəbəkəsinin 6 kilometr hissəsi təmir edilmiş, çay məcrasında 261 min kubmetr təmizləmə işləri aparılmışdır. Balçılı və Xaqani kəndlərinin hər birində 2, Quşqara kəndində 3, Haçaqaya kəndində və Bəhrəmbağ qəsəbəsinin hər birində 1 ədəd olmaqla cəmi 9 subartezian quyusu qazılmışdır. Balçılı kəndində 3, Xaqani və Quşqara kəndlərinin hər birində 1 ədəd olmaqla 5 subartezian quyusu bərpa edilmişdir.
Məruzəçi qeyd etmişdir ki, rayonda əkin sahələrinin su təminatını yaxşıladırmaq məqsədilə Şəmkirçay su anbarından çəkilmiş kanal hesabına 1474 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil ediləcəkdir, bu da kənd təsərrüfatı məhsulları istehsalının artmasına səbəb olacaqdır. Kənd təsərrüfatı təyinatlı torpaqlardan, xüsusilə də pay torpaqlarından təyinatı üzrə səmərəli istifadə olunmasına, torpaqların təyinatının dəyişdirilərək qanunsuz tikililər aparılmasının və digər məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasına nəzarət gücləndirilmişdir.
Rayonda ötən il heyvandarlıq da inkişaf etmiş, iri mal 20 min 216 başa, xırda mal isə 156 min 231 başa çatmışdır. Heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə 50 faiz güzəştlə lizinq yolu ilə 2015-ci ildə 53 baş cins mal satılmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 192,3 ton, ət istehsalı 57,1 ton, yun istehsalı 0,7 ton, yumurta istehsalı 6,2 min ədəd artmışdır. Heyvanlar arasında aparılan baytarlıq profilaktiki tədbirlər nəticəsində kütləvi yoluxucu xəstəliklər baş verməmiş, epizodik vəziyyət sabit olaraq qalmışdır.
RİH başçısı daha sonra bildirmişdir ki, 2015-ci ildə əhaliyə göstərilən ticarət, nəqliyyat, rabitə və məişət xidmətləri sahəsində də müsbət nəticələr əldə olunmuşdur. Ticarətin bütün növləri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 10 milyon 678,4 min manat artaraq 116 milyon 49,2 min manata çatmışdır. Əmtəə dövriyyəsində ərzaq mallarının xüsusi çəkisi 52,6 faiz, qeyri- ərzaq mallarının xüsusi çəkisi isə 47,4 faiz təşkil etmişdir. Əhaliyə 2 milyon 113,9 min manat məişət xidməti, 17 milyon 561,5 min manat pullu xidmət göstərilmiş, adambaşına düşən pullu xidmətin həcmi 282 manat olmuşdur.
Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə 2015-ci ildə elektrik təsərrüfatında 129,9 min manat dəyərində təmir-bərpa quraşdırma işləri aparılmış, 112 müxtəlif güc transformatorları təmir edilmişdir. 18,6 kilometr elektrik xətti çəkilmiş, qəza vəziyyətində olan 195 dayaq və 16 transformator yenisi ilə əvəz olunmuşdur.
Yeni Qızılca, Qızılca, Sərkərli, Haçaqaya kəndlərinin və Bəhrəmbağ qəsəbəsinin qazlaşdırılmasına başlanılmış, 53657 metr uzunluğunda müxtəlif diametrli qaz xətti çəkilmiş, 508 sayğac quraşdırılmışdır. Hazırda rayonun 45 yaşayış məntəqəsindən 24-ü təbii qazla təmin edilmiş, digər kəndlərə təbii qazın verilməsi ilə bağlı müvafiq tədbirlər görülür.
Ali məktəblərə sənəd verən 420 nəfər məzundan 200-ü tələbə adı qazanmış, qəbul olanların sayı əvvəlki ilə nisbətən 30 nəfər artmışdır. 40 nəfər 500-dən, 14 nəfər isə 600-dən çox bal toplamışdır. Yüksək nəticə göstərmiş abituriyentlərlə rayon icra hakimiyyətində görüş keçirilərək hədiyyələr verilmişdir.
Əhalinin sağlamlığının qorunub saxlanılması, onlara göstərilən tibbi xidmətin yaxşılaşdırması istiqamətində müəyyən işlər görülmüşdür. Quşçu kənd tibb məntəqəsi əsaslı, Göygöl Mərkəzi Rayon Xəstəxanası və Topalhəsənli kənd həkim məntəqəsi cari təmir edilmiş, 52,0 min manat dəyərində müasir tibbi avadanlıqlar alınmışdır. Yoluxucu xəstəliklərə qarşı 7808 nəfər peyvənd edilmiş, 380 min manat dəyərində dərman preparatları alınaraq əksər hissəsi imtiyazlı xəstələrə pulsuz paylanılmışdır.
2015-ci il ərzində rayon icra hakimiyyətində vətəndaşların qəbul edilməsinə, onların ərizə və şikayətlərinə baxılmasına xüsusi diqqət yetirilmiş, müraciətlər hərtərəfli araşdırılaraq haqlı tələblər öz həllini tapmışdır. RİH başçısının aparatında 771, o cümlədən başçı tərəfindən 654 vətəndaş qəbul edilmişdir. 45 səyyar qəbul keçirmişdir.
Məruzəçi sonda bildirmişdir: – Göygöl rayonunda əhalinin rifah halının yaxşılaşdırılması, ictimai-siyasi fəallığının daha da yüksəldilməsi, rayonun sosial-iqtisadi cəhətdən yüksək inkişaf etmiş bir bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il daha da sürətləndiriləcəkdir. Prezident İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu vəzifələrin icrası yüksək səviyyədə təmin ediləcəkdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Rövşən Rzayev yığıncaqda çıxış etmişlər.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2016.- 26
fevral.- S.10.