Söz və mətbuat azadlığını ölkəmizdə demokratik inkişafın əsası kimi araşdıran dəyərli elmi mənbə Yeni kitablar

 

 

Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Vüqar Rəhimzadənin “Söz və mətbuat azadlığı demokratik inkişafin əsası kimi: Azərbaycan təcrübəsi” monoqrafiyası barədə düşüncələrimi oxucularla  bölüşərkən, ilkin olaraq bildirim ki, hər bir dövlətin, cəmiyyətin inkişafı demokratiyadan keçir. Artıq uzun illərdir ki, demokratiya bütün dünyada ən uğurlu inkişaf modeli kimi qəbul edilir. Demokratik cəmiyyətlərin ən böyük özəlliklərindən biri söz və mətbuat azadlığının mövcudluğudur.

 

Beynəlxalq birliyin fəal üzvlərindən birinə çevrilən, Avropaya inteqrasiya yolunu tutan Azərbaycanda da insan hüquq və azadlıqlarının əsas tərkib hissəsi olan söz və mətbuat azadlığının təmin edilməsi dövlət siyasətinin əsasını təşkil edir. Müstəqilliyin bərpasından ötən dövr ərzində bu sahədə mükəmməl qanunvericilik bazası yaradılıb. Bu gün ölkə rəhbərliyi söz və mətbuat azadlığının daha mükəmməl şəkildə təmin edilməsi üçün lazım olan dəstəyi, diqqət və qayğını göstərir. Elə bunun nəticəsidir ki, hazırda Azərbaycanda çoxlu sayda qəzet və jurnal çap edilir, televiziyaradio kanalları yayım həyata keçirir, elektron kütləvi informasiya vasitələri fəaliyyətini uğurla davam etdirir.

 

Bu baxımdan Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının dosenti Vüqar Rəhimzadənin müəllifliyi ilə yenicə çap edilən “Söz və mətbuat azadlığı demokratik inkişafin əsası kimi: Azərbaycan təcrübəsi” adlı monoqrafiya insan hüquq və azadlıqlarının tədqiqi sahəsində mükəmməl və etibarlı mənbə kimi diqqəti cəlb edir. Elmi redaktoru və “Ön söz” müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov olan monoqrafiyada söz və mətbuat azadlığı ilə bağlı dünya təcrübəsi, bu ali dəyərlərin beynəlxalq hüquqda tənzimlənmə mexanizmi, eləcə də Azərbaycandakı mövcud vəziyyət və reallıqlarla bağlı məqamlar öz əksini tapıb. Monoqrafiyada azadlıq anlayışının sosial-siyasi dəyərləri, vətəndaş cəmiyyətində insan hüquq və azadlıqlarının inkişaf xüsusiyyətləri, söz və mətbuat azadlığının plüralist mahiyyəti tariximüasir inkişaf kontekstində təhlil edilir. Elmi mənbədə Azərbaycan milli mətbuatının inkişaf istiqamətləri aydınlaşdırılır, mətbuatın azad fəaliyyətində siyasi-hüquqi təminat məsələsinə elmi-siyasi baxımdan baxış keçirilir.

 

Vüqar Rəhimzadə monoqrafiyanın “Söz azadlığına siyasi-hüquqi yanaşma” adlı birinci fəslində qeyd edir ki, insan azadlıqlarının mühüm tərkib hissəsi olan söz azadlığı həqiqətin tətbiqi, özünüidarəetmə, siyasi sistemin elastikliyinin təmin edilməsi, şəxsiyyətin özünüreallaşdırması, insanların təbii hüquqları və onların qorunması ilə sıx bağlıdır. Müasir məhkəmə qərarları, hüquqi baxışlar və hüquqi təsisatlar söz azadlığına və onun tarixinə, adətən, “söz azadlığı təbiət etibarilə sosialya siyasi xarakter daşımaqdan daha çox hüquqidir, söz azadlığının qorunması, əldə olunması insanların deyil, məhkəmənin vəzifəsidir və Konstitusiyaya aiddirkimi xüsusi baxışlarla yanaşır.

 

 Siyasi sistem baxımından söz azadlığının ən vacib tərəfi hökumətin işinə, yaxud seçkilərin nəticəsinə təsiretmə informasiyasının yayılmasıdır. KİV-lər aydın şəkildə göstərməlidirlər ki, doğrudan da onların məqsədi seçkilərə təsir etmək və bu prosesə kimin cavabdehlik daşımasını anlatmaqdır. Hər bir seçkidən əvvəl insanlar seçkilərə dair məlumatlanmaq üçün bir sıra fikirlərlə tanış olmalıdırlar. Hazırda belə məlumatlanma yeri əsasən ya televiziyadır, ya da bir-birindən azad mənbələrdir.  Monoqrafiyanın ikinci fəslində isə söz və mətbuat azadlığının demokratik inkişafin əsas göstəricisi olması kifayət qədər ciddi faktlar və arqumenlərlə bir daha təsdiqini tapır. Bildirilir ki, söz azadlığı demokratik cəmiyyətlərlə diktatura rejimləri arasında mövcud olan çox mühüm fərqlərdən biridir. Cəmiyyət söz azadlığını, xüsusilə də başqa dəyər və ya hüquqlarla toqquşduqda müəyyən sərhədlər çərçivəsində qəbul edir. Söz azadlığının müstəqil və prosedural aspektləri birlikdə fikirlərin boğulmasının legitim bir idarəetmə funksiyası olmadığı prinsipinin yaranmasına səbəb olur.

 

Bu gün Azərbaycanda kifayət qədər KİV qeydiyyatdan keçib və onların fəaliyyəti üçün münbit şərait yaradılıb. Bu amil ölkəmizdə söz və mətbuat azadlığına olan diqqət və qayğının təzahürüdür. Vüqar Rəhimzadə monoqrafiyada qeyd edir ki, Azərbaycan kütləvi informasiya vasitələrinin sayına görə lider ölkələrdəndir. Ölkəmizdə KİV-lərin inkişaf tarixi göstərir ki, onlar Azərbaycan ədəbi dilinin yaranması və inkişafında, xalqımızın maarifləndirilməsində, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, dünya azərbaycanlılarının birliyi və həmərəyliyi ideyalarının yayılmasında və möhkəmlənməsində əvəzsiz rol oynayıblar.

 

Bununla yanaşı, xüsusi olaraq vurğulanır ki, postsovet məkanı ölkələrində hüquqi, demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu problemi praktik planda bütövlükdə cəmiyyət, nəzəri aspektdə isə humanitarictimai elmlər üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan problemin təcrübi və konseptual həlli ilə bağlı konkret təsəvvürlərin olmaması ictimai sferanı tədqiq edən mütəxəssisləri inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyə sövq edib.

 

Müasir tədqiqatların ümumi səciyyəsi bir daha sübut etdi ki, özünü təsdiqləyən demokratiyaların sosiomədəni modellərinin müsbət təsirləri postsovet dövlət quruculuğuna mühüm təsir göstərib. Ona görə də bu kontekstdə ölkəmizdə demokratik dövlətçilik ənənələrinin Azərbaycan modelinin təşəkkülündə humanitarictimai elmlərin nəticələri çox vacib rol oynayıb.

 

Müstəqilliyin bərpasından sonra həyata keçirilən islahatlar sırasında ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi qarşıda duran mühüm vəzifələrdən idi. İlk olaraq bu sahədə mükəmməl qanunvericilik bazası yaratmaq lazım idi. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi. Monoqrafiyada qeyd edilir ki, Azərbaycanda söz və mətbuat azadlıqlarının əsas prinsipləri ölkə konstitusiyasında öz təsbitini tapmışdır. Konstitusiyanın 47 və 50-ci maddələri ilə ölkənin hər bir vətəndaşının söz, fikir və məlumat azadlığına birbaşa və etibarlı təminat verilir. Bundan başqa, “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən bir sıra dəyişikliklər və əlavələr bu qanunu beynəlxalq qurumların tələb etdiyi səviyyəyə uyğunlaşdırdı.

 

Monoqrafiyada yeni mediada söz azadlığının realizə edilməsi, internetdə ifadə azadlığı məsələlərinə də xüsusi diqqət ayrılıb. Vüqar Rəhimzadə bildirir ki, XXI əsrdə ifadə azadlığının məzmunu bilikinformasiya siyasəti adlandırılan daha böyük maraqlara aid edilir. Beynəlxalq təcrübəyə nəzər yetirəndə görürük ki, Birinci Düzəlişdə əsas dəyərlər - şəxsin öz fikirlərini ifadə etmək, ifadə formalarını, incəsənət nümunələri yaratmaqelmi tədqiqatlarda iştirak etmək azadlığının müdafiəsi; fərdlərin və qrupların digər insanlarla fikir mübadiləsi aparmaq və başqalarının fikirlərinə arxalanmaq bacarığı; məlumat, ideyaların təşviqi və yayılması heç vaxt olmadığı qədər əhəmiyyət qazanır

 

Müəllif “Azərbaycan mətbuatının inkişaf istiqamətləri: yeni media erasına keçid” adlı üçüncü fəsildə mətbuatın inkişafına müasir baxış keçirir, dövlətin bu sahəyə diqqət və qayğısını qeyd edir. O bildirir ki, Azərbaycan mətbuatı tarix boyu mütərəqqi ideyaların carçısı kimi çıxış edib, xalqın istəklərinin reallaşmasına öz töhfəsini verib, milli müstəqillik mübarizəsinin güclənməsində, milli-mənəvi dəyərlərin zənginləşməsində, milli özünüdərkin, mədəniyyətin formalaşmasında böyük rol oynayıb. Bu faktorlara münasibət kontekstində Azərbaycan mətbuat tarixi bir neçə mərhələyə bölünür.

 

Monoqrafiyada müstəqil mətbuatın inkişafında ulu öndər Heydər Əliyevin rolu xüsusi olaraq vuğulanır, məhz ümummilli liderin təşəbbüsü ilə bu sahədə həyata keçirilən islahatlar sadalanır. Qeyd edilir ki, dövlət müstəqilliyini bərpa edən Azərbaycanda kütləvi informasiya vasitələrinin hüquqi bazasının formalaşması prosesinə start verildi. KİV-in qeydiyyatı sadələşdirildi, onların fəaliyyəti üçün maneələr aradan qaldırıldı.

 

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra mətbuatın fəaliyyətində kəskin dönüş yarandı. O cümlədən mətbuat üzərində mövcud olan senzuraların ləğvi ilə bağlı qətiyyətli qərarlar qəbul olundu. Beləliklə də, hərbi senzura 1996-cı ildə, siyasi senzura isə 1998-ci ildə ləğv edildi. Məlumat azadlığının genişləndirilməsi və kütləvi informasiya vasitələrinin işində maneələrin aradan qaldırılması üçün ümummilli lider Heydər Əliyev 1998-ci il avqustun 6-da “Söz, fikir və məlumat azadlıqlarının təminatı sahəsində əlavə tədbirlər haqqında” fərman imzaladı. Mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirrinin Mühafizəsi Baş İdarəsi həmin fərmanla ləğv edildi, həmin vaxtadək geniş vüsət almış senzuraya son qoyuldu. Sonradan Mətbuat və İnformasiya Nazirliyinin ləğvi isə dövlətin mətbuat üzərindəki nəzarətini tamamilə aradan qaldırdı.

 

Vüqar Rəhimzadə kitabda Prezident İlham Əliyevin mətbuata diqqət və qayğısını, bununla da KİV-in inkişafında keyfiyyətcə yeni mərhələnin başlandığını bildirir. 15 oktyabr 2003-cü ildə ölkə rəhbəri İlham Əliyevin Prezident seçilməsi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirməklə söz və mətbuat azadlığı sahəsində də geniş perspektivlər açılıb.

 

Hazırda mətbuatın bəşəri, demokratik keyfiyyətləri daha qabarıq şəkildə özünü büruzə verir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə gedən müstəqil respublikamızda vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşməsi, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmaqda və təkmilləşdirilməkdədir. Azərbaycanda Qərb standartlarına cavab verən KİV-lərin mövcudluğu məhz bu reallığın nəticəsi olaraq qiymətləndirilə bilər.

 

Müəllif monoqrafiyada bütün dünyada olduğu kimi, Azərbaycanda da KİV sahəsində müəyyən problemlərin mövcudluğunu vurğulayır və bu sahədə görülən tədbirləri qeyd edir. Təbii ki, son dövrlərin ən uğurlu layihələrindən olan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, bir qrup jurnalistin mənzillərlə təmin edilməsi və s. uğurlu islahatlar sırasındadır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiqləndi. Sənədin təsdiqlənməsi ilə milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyuldu.

 

Sonda müəllif belə bir qənaətə gəlir ki, Azərbaycan dövləti özünün informasiya siyasətinin həyata keçirməklə demokratiyanın, yeni mədəniyyətin, yeni siyasi sistemin formalaşmasını, qanunverici aktların real siyasətə uyğunlaşmasını əsas götürür və gələcək inkişafa hesablanmış perspektiv addımlar atır.

 

Monoqrafiya ilə ətraflı tanışlıqdan sonra aydın görmək mümkündür ki, müəllif söz və mətbuat azadlığının hərtərəfli tədqiqini reallaşdırıb. O, beynəlxalq təcrübəyə də istinad edərək tutarlı faktlarla öz mövqeyini ortaya qoyub. Hesab edirəm ki, Vüqar Rəhimzadənin müəllifi olduğuSöz və mətbuat azadlığı demokratik inkişafin əsası kimi: Azərbaycan təcrübəsi” monoqrafiyası söz və mətbuat azadlığının tədqiqi istiqamətində etibarlı mənbə kimi elmi ictimaiyyətin və oxucuların diqqətini cəlb edəcək, jurnalistika sahəsindəki mükəmməl elmi araşdırmalar sırasında yer alacaq.

 

Əflatun AMAŞOV,

Azərbaycan Mətbuat Şurasının sədri,

Milli Məclisin deputatı

Xalq qəzeti.- 2016.- 5 iyun.- S.7.