Xalqımızın səsini dünyaya çatdıran qurultay
nümayəndəsi
Dünya Azərbaycanlılarının IV qurultay nümayəndəsi, gənc vokalçı, beynəlxalq müsabiqələr laureatı Emin Eminzadə ilə ilk görüş, həqiqətən, qəlbimdə böyük qürur hissi doğurdu.
Ömrünün bu yaşında neçə-neçə beynəlxalq müsabiqələrin laureatı olub, Amerika, Avropa musiqiçilərini əsl mənada heyran edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktoru olduğu və Moskvada nəşr olunan “Baku” jurnalının 2014-cü il sentyabr-oktyabr nömrəsində Emin Eminzadənin uğurlarına verilən qiymət kimi “Bolşie Nadejdı” adlı məqalə dərc olunub. Haqqında xoş sözlər yazılıb, uğurlarından söhbət açılıb. Bu gənc vokalçı haqqında sosial şəbəkələrdə də kifayət qədər məlumatlar yer alıb.
Emin Eminzadə 1997-ci il martın 29-da Bakı şəhərində doğulub. Uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Valideynəri isə onu musiqiçi yox, həkim görmək istəyirdilər. Amma o, öz yolundan çəkinmədi, musiqi yolunu seçdi.
Əvvəlcə, Bakıdakı 35 saylı musiqi məktəbində təhsil alıb, sonra isə MTN-in musiqi məktəbində fortopiano sinfini bitirib. Bu illər onun musiqiyə qovuşan anları idi. Musiqi ilə yaşayırdı, konsertlərə, müsabiqələrə qoşulurdu. Özü də konsertlərdə mahnılar ifa edirdi, tamaşaçılarla mütəmadi ünsiyyətdə olmağa can atırdı. Uşaq yaşlarından artıq festivallara qatılmağa başlamışdı. 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012), 16 yaşında Qazaxıstanda (2013) və Hollandiyada(2014) keçirilmiş beynəlxalq müsabiqələrdə iştirak etmişdi və böyük nailiyyətlər əldə etmişdi. Elə bil onun taleyinə uşaqlıqdan birinci olmaq yazılmışdı.
İtaliyanın Roma şəhərində keçirilən müsabiqədə də böyük uğur qazanmışdı. Orada iki əsər ifa etmişdi, qalib olmuşdu. Dünya şöhrətli italyan müğənnisi Robertino Lorettinin Bakı konsertində çıxış edən Emin Eminzadə bir neçə ay keçəndən sonra Romaya dəvət almışdı. Əslində, Emin festivalın həm dəvətlisi idi, həm də fəxri qonağı. Fevral konsertindən sonra İtaliyanın TV kanallarında, internet saytlarında Eminin ifa etdiyi mahnılar səsləndirilmişdi.
Moskvada da böyük bir konsertdə mahnılar ifa etmişdi. Ondan əvvəl də bir çox ölkələrdə konsert proqramlarına dəvət olunmuşdu. Qazaxıstanda keçirilən “Qızıl mikrofon” müsabiqəsində birinciliyi Müslüm Maqomayevin “Azərbaycan” və Consuelo Velazquezin dünya şöhrətli “Bessame muço” mahnısının ifasına görə qazanmışdı. Niderlandda avropalıların cəm olduğu böyük bir festivala da qatılmışdı. Dünyanın məşhur müğənniləri ilə yanaşı onun da ifası hərarətlə qarşılanmışdı.
Emin Eminzadə təhsilini davam etdirmək, vokal sənətinin sirlərinə daha yaxından bələd olmaq istəyirdi. Ona görə də, əvvəlcə, Bakı Musiqi Akademiyasına qəbul oldu, eyni zamanda, ABŞ Dövlət Departamentinin xətti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Texas ştatındakı “Marshall High School”da təhsil aldı.
Amerikalılarla azərbaycanlılar arasında mübadilə proqramı var. O, imtahan verərək bu mübadilə proqramının üç turunu keçdi. Çoxsaylı tələbələrin içindən onu seçidilər. Beləliklə, Emin Amerika Musiqili və Dramatik Akademiyasına (American Musical and Dramatic Academy - AMDA) daxil oldu. Los-Anceles və Nyu-Yorkda yerləşən AMDA-da məşhur müğənni Ceyson Derulo, aktyor Cesi Teylor Fergyuson, aktrisa Nina Aryaanda, Sem Andervud, Trey Bayers, Rizvan Manci , Li Tergesen və başqaları təhsil alıb.
Universitetdə ona bildirmişdilər
ki, o, burada təhsil alan ilk azərbaycanlıdır.
Oradakı birillik proqramı
mənimsəyəndən sonra
yenidən Azərbaycana
qayıtdı. Hazırda Emin
Bakı Musiqi Akademiyasında Xalq artisti Fidan
Qasımovanın sinfində
təhsilini davam etdirir.
Bu gün Emin Eminzadənin repertuarında
türk, rus, ingilis, italyan və ispan dillərində
mahnılar var və bu dillərdə
sərbəst danışır.
Azərbaycan bəstəkarlarından söhbət düşəndə böyük
hörmət və məhəbbətlə Tofiq Quliyevin adını çəkir. “Tofiq
nüəllimin mahnılarını
çox sevirəm”-deyir. – Bu mahnılardan
Azərbaycanın səsi
gəlir. Onları dinləyəndə
adamın ruhu təzələnir. Müslüm
Maqomayevə də böyük simpatiyası
var. Repertuarında bu böyük müğənni və bəstəkarın bir neçə mahnısı yer alıb.
Deyir ki, mənim yolum böyük səhnəyədir. Ola bilər ki, gələcəkdə özümə
ikinci sənət, biznes və sair seçim. Amma əsas hədəfim səhnədir. Sənətimi heç zaman atmaram. Bu mənim
uşaqlıq arzumdur.
Dünyaya öz mesajımı
çatdırmaq istəyirəm.
İstəyirəm ki, öz yazdıqlarımdan ibarət
olan albom çıxartdırım.
Artıq
2014-cü ildə ingilis
dilində mahnıları
Amerikanın və Avropanın bir çox radiostansiyalarında
səsləndirilib. Barəsində xeyli məqalə dərc olunub. Öz musiqilərindən ibarət
12 mahnı ilə albom çıxartdırmaq
istəyir.
İstəyi budur ki, insanlar məhz onun zövqünə qulaq assınlar, onun mesajını qəbul etsinlər.
Çox maraqlı mesajdır. Bu, gələcəyə böyük ümidlərlə addımlayan bir gəncin qəlbinin səsidir. Sənətin astanasından sabaha boylanan bu gənc Azərbaycanımızın səsini dünyaya yaymaq arzusundadır. Ona bu yolda uğurlar arzulayırıq.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq
qəzeti”
Xalq qəzeti.- 2016.- 5 iyun.- S.3.